Cəmiyyət 

Həmin şəxslərin pensiyası dayandırılır – AÇIQLAMA

86 yaşlı qadının pensiyası sənədlərdəki kiçik uyğunsuzluğa görə dayandırılıb. Sənədlərdəki ad və doğum tarixi fərqi onun sosial ödəniş almasına mane olub. Qadın bildirir ki, illərlə yığılan stajına baxmayaraq, bu xırda səhvə görə ödəniş verilməsi dayandırılıb. Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müfadiə Nazirliyindən bildirildi ki, Nərgiz Kərimovanın yaşa görə pensiyası şəxsiyyət vəsiqəsi deaktiv olduğu üçün bu ilin iyul ayından dayandırılıb: “Dövlət Sosial Müdafiə Fondunun həyata keçirdiyi ödənişlər vətəndaşla münasibətdə şəxsiyyət vəsiqəsinə bağlıdır. Buna görə də qüvvədə olan şəxsiyyət vəsiqəsi olmasa ödənişlərin sistem üzərindən həyata keçirilməsi mümkün deyil”. Mövzu ilə…

Read More
Cəmiyyət 

Bakıda “Şirinquş”lar peyda olub – əməkdaşlarımızın gördükləri – FOTOLAR

O vaxtlar hər şey daha sadə idi. Qonşuların qapısı bağlı qalmaz, uşaqlar axşamacan həyətlərdə tumançaq qaçardı. Küçələrin küncündə tum qabıqları səpələnər, nənələrin bükdüyü qəzet kağızlarının içindən günəbaxan tumlarının iyi gələrdi. Günəşin istisində əriməsin deyə kölgədə gizlədilən, şüşə bankalarda par-par yanan rəngbərəng “Şirinquş”lar isə həmin günlərin ayrılmaz simvolu idi. O xoruz formasında bərk şəkərlər — sanki uşaqlığımızın öz dadı idi. Qırmızı, narıncı, bəzən qəhvəyi rəngdə, işığın altında bal kimi parlayan o “Şirinquş”lar əlimizə yapışardı. Ən çox da məktəbdən qayıdanda, cibimizdə qalan 20 qəpiyə o xoruzdan almaq dünyanın ən böyük xoşbəxtliyi idi.…

Read More
Cəmiyyət 

Kişilərdə süd vəzi xərçəngi niyə artır?

Erkən diaqnoz və məlumatlılıq: kişilərdə xərçənglə mübarizə Azərbaycanda kişilərdə süd vəzi xərçənginin aşkarlanmasında artım müşahidə olunur. Bunu “Report”a açıqlamasında həkim-onkoloq Nərmin Axundova “Fərqində ol: Ümumdünya Süd Vəzi Xərçəngi ilə mübarizə ayı” adlı tədbir çərçivəsində deyib. Onun sözlərinə görə, bu artım xəstəliyin artması hesabına qeydə alınmır, sadəcə olaraq ölkədə kişilər də süd vəzi xərçəngi riskini gözə alaraq müayinələrə cəlb edilir: “Çünki əvvəllər kişilər süd vəzi xərçəngi üçün müayinələrə gəlməkdən utanırdılar. Nəticədə daha gecikmiş mərhələlərdə müraciət edirdilər. Süd vəzi xərçənginin çox ağır ağrı simptomları yoxdur. Ona görə də kişilər həkimə müayinəyə yalnız…

Read More
Cəmiyyət 

Xocalının Badara kəndində mənzillərin açarları təqdim edildi – FOTOLAR

Bu gün səhər saatlarında yola salınan növbəti köç karvanı Xocalı rayonunun Badara kəndinə çatıb. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, bu mərhələdə 62 nəfərdən ibarət 17 ailə Xocalının Badara kəndinə qayıdıb. Təqdimetmə mərasimində çıxış edən Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov bildirib ki, işğaldan azad edilmiş digər yaşayış məntəqələri kimi Badara kəndində də genişmiqyaslı tikinti-bərpa işləri həyata keçirilir. Onun sözlərinə görə, kənddə infrastrukturun yenidən qurulması ilə yanaşı, əhalinin məşğulluğunun təmin olunması istiqamətində də…

Read More
Cəmiyyət 

Genetik analizlər nə dərəcədə doğrudur? – AÇIQLAMA

Genetik tədqiqatçı, DNT layihə admini, irsi xəstəliklər üzrə araşdırmaçı Orxan Xansuvar son günlər genetik analizlərə qarşı cəmiyyətdə yaranan şübhələr, bəzilərinin bu məlumatlara inanmamaları barədə müzakirələrə aydınlıq gətirib. O, Pravda.az-a açıqlamasında deyib ki, genetik analizlər dünyada və böyük elmi inkişafın getdiyi ölkələrdə uzun illərdir, aparılır. “Müxtəlif genetik araşdırma aparan kommersiya və tədqiqat məqsədli şirkətlər mövcuddur. Avropada daha çox “23andme”, “Ancestry DNA” kimi şirkətlər tanınır. Lakin bu şirkətlər daha dərin və effektiv genetik analiz apara bilmirlər. Dünya üzrə ən çox tanınan və keyfiyyətli, eyni zamanda dərin genom analizi və tam marker tədqiqatı…

Read More
Cəmiyyət 

Qərbi Zəngəzurda bir nəfər minaya düşüb

Qərbi Zəngəzur bölgəsində bir nəfərin yaralandığı hadisə ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb. Musavat.com erməni mediasına istinadən bildirir ki, həmin şəxs minaya düşərək xəsarət alıb. Bundan əvvəl bildirilmişdi ki, oktyabrın 27-də Zəngəzur (Sünik) rayonunda hadisə baş verib, bir vətəndaş xəsarətlə xəstəxanaya çatdırılıb. Ermənistan Daxili İşlər Nazirliyinin məlumatında bildirilir: “Polisə Sünik rayonunda bir ovçunun yaralanması barədə məlumat daxil olub. Faktla bağlı vəziyyət araşdırılır”. Minaya düşən Qorayk icmasının 31 yaşlı sakini Ara Arustamyandır.

Read More
Cəmiyyət 

Rəşad Dağlı əməliyyat olundu

Həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlı əməliyyat olunub. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat tibb məntəqəsində həyata keçirilib. Meyxanaçının səhhətində yaranan müəyyən problem səbəbindən ona tibbi cərrahi müdaxilə edildiyi bildirilir. Məsələ ilə bağlı Rəşad Dağlının vəkili Elvin Əliyevlə əlaqə saxladıq. Vəkilin sözlərinə görə, Rəşad Dağlı tibbi müayinə olunub və onun əsasında kiçik bir cərrahi prosedur icra edilib: “Hazırda səhhəti yaxşıdır, narahat olmağa əsas yoxdur”. Fotoda: vəkil Elvin Əliyev Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Meyxanaçının 6 il 6 ay…

Read More
Cəmiyyət 

AYNA xaosun “güzgüsü” qismində – yığılan pulların aqibəti

“AzParkinq”lə bağlı ictimai narazılıq kütləviləşir, dövlət televiziyası da sürücülərin şikayətini işıqlandırdı – ekspertlər şəffaflığı yoxlamağa çağırdı Son günlər “AzParkinq”lə bağlı ictimai narazılıq yenidən gündəmə gəlib. AzTV-nin hazırladığı süjetdə sürücülərin çoxsaylı şikayətlərinə yer verilib. İnsanlar haqlı olaraq sual edirlər: park üçün yığılan pullar hara gedir, kimə xidmət edir, nə üçün şəffaflıq yoxdur? Deputat Vüqar Bayramov bildirib ki, parklanma sistemindən əldə edilən gəlirlər yalnız şəhər infrastrukturunun yaxşılaşdırılmasına, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsinə xərclənməlidir: “Əgər bu vəsaitlər şəhərin abadlaşdırılması, yol nişanlarının yenilənməsi, ictimai dayanacaqların qurulması və ya elektron sistemlərin təkmilləşdirilməsi üçün istifadə olunmursa, deməli,…

Read More
Cəmiyyət 

“Etimad KİDS” bağçasında uşağın başı yarıldı, ailəsinə xəbər verilmədi (FOTO)

Masazırda yerləşən bağçada nəzarətsiz qalan uşaq batutdan yıxılıb. Bu barədə Qaynarinfo-ya uşağın atası, Masazır qəsəbə sakini Murad Nurullazadə məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində uşağın baş yarılıb: “Hadisə oktyabrın 22-də Masazırda yerləşən “Etimad KİDS” bağçasında baş verib. Uşaq yıxılıb və başı yarılıb. Hadisə ilə bağlı bizə heç bir məlumat verilməyib. Uşağı bağçadan götürən zaman onun başında zədələri gördük. Girdim bağça müdiri Məxmər xanımın yanına ki, bu nədir, axı mən bu uşağı sizə salamat verib getmişəm? Niyə hadisə ilə bağlı bizə dərhal məlumat verilməyib? Üstəlik tibbi yardım da göstərilməyib. Bu…

Read More
Cəmiyyət 

Bakı-Ağstafa qatarından istifadə edənlərin NƏZƏRİNƏ

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə noyabrın 1-də Bakı-Ağstafa, noyabrın 2-də isə Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edib. Bu barədə Musavat.com ADY-yə istinadən xəbər verir. Məlumata görə, eyni zamanda, sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər edə bilərlər. Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.

Read More