Cəmiyyət 

Daha bir şəhidimizin nəşi tapıldı – FOTO

Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəhid Mübariz Ağahüseyn oğlu Şahmurovun nəşi tapılıb. Şəhid Mübariz Şahmurov sabah Keşlədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq. Qeyd edək ki, şəhid Mübariz Şahmurov Sabirabadın Nərimankənd kəndində anadan olub. Onun vaxtilə oxuduğu kənd məktəbi də şəhidimizin adını daşıyır. Xatırladaq ki, M.Şahmurov Milli Qəhrəman Aqil Quliyevin dəstəsində döyüşüb. Mübariz Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda qəhrəmanlıqla şəhid olub. /”Teleqraf”

Read More
Cəmiyyət 

Qaranohur gölündə “tıxac” yarandı – VİDEO

Müxtəlif tur şirkətlərinin təşkil etdiyi səfərlər nəticəsində son günlər Qaranohur gölündə böyük insan sıxlığı müşahidə olunub. Sosial şəbəkələrdə yayılan görüntülərdə göl ətrafına istirahət üçün gələn insanların çoxluğu açıq şəkildə görünür. Şəhərin səs-küyündən uzaqlaşıb təbiətin qoynunda dincəlmək istəyən bir çox vətəndaş göldə yaranan izdihamdan narazılıq edib. Onların sözlərinə görə, bu qədər sıxlıq həm istirahət şəraitini çətinləşdirir, həm də təbiətə zərər vurma riski yaradır. Ekoloqlar da bildirirlər ki, belə hallarda təbiət ərazilərinə nəzarətin gücləndirilməsi və turist axınının tənzimlənməsi vacibdir.

Read More
Cəmiyyət 

Azərbaycanda sobalar, plitələr və aspiratorlar üçün məcburi standartlar hazırlanır

Azərbaycanda “Məişət sobaları, plitələr və aspiratorlara ekodizayn tələblərinə dair Texniki reqlament” və “Məişət sobaları və aspiratorların enerji etiketlənməsinə dair Texniki reqlament” layihələri hazırlanıb. Musavat.com xəbər verir ki, sənəd Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşəbbüsü ilə ərsəyə gətirilib. İctimai müzakirələr başa çatdıqdan sonra təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək. Yeni texniki reqlament məişət elektrik və qaz sobalarına (o cümlədən bişiricilərdəki sobalara), məişət qaz plitələrinə, eləcə də məişət elektrik aspiratorlarına (qeyri-məişət məqsədli istifadə üçün bazara çıxarılan aspiratorlar da daxil olmaqla) şamil olunur.

Read More
Cəmiyyət 

Xocalıda Xan Şuşinskinin evindən GÖRÜNTÜLƏR: görün necə istifadə olunub – VİDEO

AzTV-nin çəkiliş qrupu Xocalı rayonunun Ballıca kəndindən eksklüziv görüntülər təqdim edib. Hazırda 215 ailənin, 965 nəfərin yaşadığı kənddə həyat yenidən canlanıb. Sakinlərlə söhbət zamanı məlum olub ki, məşhur xanəndə Xan Şuşinskinin doğulduğu ev də məhz bu kənddə yerləşir. Uzun illər əvvəl məktəb, daha sonra isə anbar kimi istifadə olunan bina bu gün vandallığın izlərini daşıyır. Xan Şuşinskinin ata yurdundan eksklüziv görüntülər keçiddə:

Read More
Cəmiyyət 

Bərdəyə raket hücumundan beş il keçir – dinc sakinlərin qətli unudulmur

Bu gün İkinci Qarabağ müharibəsi zamanı Bərdə rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən raket atəşinə tutulmasından beş il ötür. Musavat.com xəbər verir ki, 2020-ci il oktyabrın 27-də cəbhə xəttindən uzaqda yerləşən Bərdənin Qarayusifli kəndi “Smerç” tipli raketlərlə vurulmuşdu. Hücum nəticəsində dinc sakinlər – Cəfərova Ofeliya Məcid qızı, Əhmədova Aybəniz Əşrəf qızı, İsmayılov Ehtiram Xəlil oğlu, 2013-cü il təvəllüdlü İsgəndərova Aysu Rövşən qızı və Əliyeva Almaz Salah qızı şəhid olmuş, 13 nəfər müxtəlif dərəcəli xəsarət almışdı. Raket zərbələri nəticəsində kənddə bir neçə ev tamamilə dağıdılmış, mülki əhaliyə və təsərrüfatlara böyük maddi zərər…

Read More
Cəmiyyət 

Sertifikasiyadan maksimum bal toplayan müəllim qəfil vəfat etdi

Xaçmazda ibtidai sinif müəllimi qəfil vəfat edib. Xaçmaz şəhər 2 saylı tam orta məktəbin müəllimi Elnarə Hümmətova bu gün günorta saatlarında yaşadığı ünvanda qəfil ürəktutmasından dünyasını dəyişib. O, 42 yaşında idi. Qeyd edək ki, Elnarə Hümmətova sertifikasiya imtahanında maksimum nəticə göstərərək 60 bal toplayaraq nailiyyət qazanmışdı./oxu.az

Read More
Cəmiyyət 

Avtobusda gediş haqları 60 qəpik olub: Bəs xidmət keyfiyyəti dəyişib?

“Xülasə” verilişinin yeni buraxılışı yayımlanıb. Artıq avtobusda gediş haqları 60 qəpik oldu, amma xidmət keyfiyyəti, avtobusların texniki vəziyyəti və sərnişinlə davranış niyə hələ də dəyişmir Özəl sektorda 7 illik vergi güzəştinin bitməsi və yeni 3 faiz vergilərin tətbiqi kiçik sahibkarların fəaliyyətinə necə təsir göstərəcək? Xaricdən gətirilən hər ikinci telefona görə 100 manat aksiz vergisinin tətbiqi istehlakçıların cibinə necə təsir edəcək? İşləməyən vətəndaşların 16 manat ödəməsi sosial ədalət prinsiplərinə uyğundur? İnfrastruktur işləri zamanı niyə insan həyatı nəzərə alınmır və alternativ yollar niyə əvvəlcədən hazırlanmayıb? Verilişdə həftə ərzində gündəm olan bu və…

Read More
Cəmiyyət 

Soğan anbarlarda qalıb: Fermerlər məhsulun ucuzluğundan gileylənirlərVİDEO

Fermerlər bu il soğanın qiymətinin aşağı olmasından narazıdırlar. Onlar qazanc əldə etmək məqsədilə soğan əkiblər, lakin məhsulu sata bilmirlər. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, Ağdamlı fermerlərin sözlərinə görə, əvvəlki illərdə də soğan əkiblər, ancaq bu il sahədən gəlir əldə etmək mümkün olmayıb. Fermerlər qiymətin maya dəyərindən aşağı olmasının əsas səbəblərindən biri kimi ixrac imkanlarının olmamasını göstərirlər. Hazırda əllərindəki məhsulu borclarının bir qismini ödəmək üçün maya dəyərindən aşağı satmağa məcbur qaldıqlarını qeyd ediblər. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Read More
Cəmiyyət 

Gündə 30 qram qoz-fındıq demensiya riskini azalda bilər – həkim açıqladı

Qastroenteroloq Saurabh Sethi bildirib ki, gündəlik qoz-fındıq istehlakı demensiya riskini azaltmağa kömək edir. “The Daily Mirror” qəzetinə verdiyi müsahibədə o, qoz-fındığın beyin üçün faydalı maddələrlə zəngin olduğunu açıqlayıb: antioksidantlar, minerallar, yağ turşuları və lif. Sethi izah edib ki, bu maddələr iltihabı azaldır, qan təzyiqi və xolesterin səviyyəsini normada saxlayır, nəticədə beyni erkən yaşlanmadan qoruyur. Həkim vurğulayıb ki, gündə 30 qram duzsuz qoz-fındıq yeyənlərin demensiya riski, qoz-fındıq yeməyənlərlə müqayisədə təxminən 17% aşağıdır. Eyni zamanda, o qeyd edib ki, qoz-fındıq təkbaşına möcüzəvi vasitə deyil; nəticə yalnız balanslaşdırılmış, sağlam qidalanma ilə mümkün olacaq.//E-saglam.az

Read More
Cəmiyyət 

Sel olacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Oktyabrın 26-sı gündüz Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq 27-si səhərədək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Read More