Cəmiyyət 

Bu gündən heyvan bazarları bağlanır

Bu gündən etibarən Azərbaycan üzrə fəaliyyət göstərən heyvan bazarları müvəqqəti bağlanır. Musavat.com xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yayıb. Bildirilib ki, müxtəlif ölkələrdə heyvanlar arasında xüsusi təhlükəli yoluxucu xəstəliklərin yayılması müşahidə olunur və bu, region ölkələri, o cümlədən Azərbaycan üçün real risk yaradır. Qərara əsasən, bu gündən heyvan bazarlarında dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılacaq. Tədbirlər başa çatdıqdan sonra bazarların fəaliyyəti mərhələli şəkildə bərpa olunacaq. Bu prosesdə yerli icra hakimiyyətləri və polis orqanları da nəzarəti təmin edəcəklər. Qeyd edək ki, bir müddətdir ölkənin müxtəlif bölgələrində…

Read More
Cəmiyyət 

Övlad sahibi olmaq “bahalaşır” – Təklif

Ginekoloq: “Toylara pul tapılır, uşağın yaranmasına gələndə dövlətin puluna göz dikilir” Süni mayalanma və sonsuzluğun müalicəsi kimi xidmətlərin əhəmiyyəti getdikcə artır. Lakin hazırda bu istiqamətdə tibbi müdaxilələr yalnız özəl sektorda həyata keçirilir. Ailə qurub övlad sahibi olmaq istəyən, lakin maddi imkanı məhdud olan cütlüklər isə bu tibbi imkanlardan kənarda qalır. Milli Məclisin Səhiyyə komitəsinin üzvü Pərvanə Vəliyeva (Modern.az) bildirib ki, süni mayalanma prosedurunun icrası “Əhalinin sağlamlığının qorunması” haqqında qanunda 5-ci fəsil, 29-cu maddədə süni mayalanma haqqında fundamental hüquqi çərçivə müəyyən edilib. Deputatın sözlərinə görə, burada qeyd olunur ki, yetkinlik yaşına…

Read More
Cəmiyyət 

Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova: Yenidən həyata qovuşdum

Meyitdən ilk dəfə qaraciyər köçürülən Mənzər Şərifova əməliyyatdan sonra həyatının tamamilə dəyişdiyini, yenidən həyata qovuşduğunu deyib. “Report”un Sumqayıt bürosu xəbər verir ki, Mənzər Şərifova bu barədə jurnalistlərə açıqlamasında danışıb. Onun sözlərinə görə, iki il ərzində dializ müalicəsində olub: “Axşam saat 12 radələrində həkimdən zəng gəldi və mənə orqan köçürülməsi ediləcəyini bildirdilər. Çox sevindim. Əməliyyat uğurla keçdi və özümü çox yaxşı hiss etdim. Sonradan öyrəndim ki, mənə köçürülən orqan meyit donordan götürülüb. Bu xəbəri eşidəndə həm duyğulandım, həm də çox sevincli oldum. Çünki uzun müddət dializdə olarkən çox çətinliklər çəkirdim –…

Read More
Cəmiyyət 

Naxçıvanda duz istehsalı niyə dayandırılıb? – AÇIQLAMA

Naxçıvan deyiləndə ilk olaraq bu qədim diyarın simvollarından biri olan duz yada düşür. Əsrlər boyu keyfiyyəti və təbii tərkibi ilə seçilən Naxçıvan duzu bölgənin ən məşhur nemətlərindən biri sayılıb. Lakin hazırda vəziyyət fərqlidir, Naxçıvanda yerli duz tapılmır. Sakinlərin sözlərinə görə, artıq bir neçə aydır ki, satışda Naxçıvan duzu yoxdur. Onlar bildirirlər ki, hazırda mağazalarda Türkiyədən və digər ölkələrdən gətirilən duzlar satılır, lakin bu duzlar yerli duzun dadını və keyfiyyətini əvəz etmir. “Gözümüzü açıb Naxçıvan duzu görmüşük, indi xaricdən gələn duzlar bizə uyğun gəlmir” – deyə sakinlərdən biri bildirib. Naxçıvan Muxtar…

Read More
Cəmiyyət 

Nazirlik pensiya ödənişləri ilə bağlı məlumat yaydı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının bütün sosial ödənişləri başa çatdırılıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

Read More
Cəmiyyət 

10 minə Həcc ziyarəti – QMİ-nin qiymət artımının səbəbi

Azərbaycanda Həcc ziyarətinin qiyməti 6100 dollar, yəni təxminən 10 400 manata çatıb. Məsələn, 2018-ci ildə qiymət 4150 dollar, yəni 7055 manat olub. Deməli, ötən müddət ərzində qiymət 3400 manata yaxın – az qala 50 faiz artıb. Qafqaz Müsəlmanları İdarəsinin builki bahalaşma ilə bağlı izahında deyilir: “Bütün ölkələrdə müşahidə edilən qiymət artımları, habelə, Səudiyyə Ərəbistanı Krallığının müvafiq qurumları tərəfindən yeni xidmətlərin təqdim edilməsi ilə əlaqədar olaraq QMİ 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiymətini 6 100 ABŞ dolları müəyyən edib”. Qiymət artımı və yekun məbləğ (6100 dollar) nə…

Read More
Cəmiyyət 

Regionlarda yeni universitetlərin açılması gözlənilir?

Ölkəmizdə ali təhsil müəssisələrinin əksəriyyətinin paytaxt Bakıda cəmlənməsi uzun illərdir müzakirə mövzusudur. Bu vəziyyət bir tərəfdən tədris və elmi potensialın paytaxtda toplanmasına şərait yaratsa da, digər tərəfdən regionların sosial-iqtisadi və intellektual inkişafını ləngidir. Son illər bəzi bölgələrdə yeni ali məktəblərin yaradılması, filialların açılması və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində addımlar atılsa da, bu proses hələ tam sistemli xarakter daşımır. Bir çox bölgələrdə gənclərin keyfiyyətli ali təhsil alması üçün lazımi şərait mövcud deyil. Qeyd etmək lazımdır ki, dünyanın inkişaf etmiş ölkələrində, hətta ən kiçik şəhərlərdə belə universitetlər fəaliyyət göstərir. Bu təhsil ocaqları…

Read More
Cəmiyyət 

Rəqsanə İsmayılova azadlığa çıxır? VİDEO

Ekstrasens Natavan Qarayeva Rəqsanə İsmayılovanın tezliklə azadlığa çıxacağını deyib. O, bununla yanaşı müğənninin ailəsi ilə bağlı xoş olmayan proqnozlar da verib. Ekstrasens bildirib ki, müğənninin ailəsi dağılacaq: “Rəqsanə xanım hazırda hamının marağındadır. Həyatında yaxşı şeylər görmürəm. Lakin bunun müddəti qısa olacaq. Tezliklə azadlığa çıxacaq, amma ailəsi dağılacaq. Onu tək görürəm. Övladlarından yarıyacaq. Bu ilin axırına qədər azadlığa çıxacaq və Yeni ili övladları ilə birlikdə keçirəcək”. Qeyd edək ki, R. İsmayılova 2 zərərçəkən şəxsin 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirməkdə təqsirləndirilir.…

Read More
Cəmiyyət 

Metroda qatarların intervalında gecikmə olub?

“Bakı Metropoliteni” QSC-də şənbə günü qatarların intervalındakı gecikməyə aydınlıq gətirilib. Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib. “Hazırda “Bakı Metropoliteni”nin xətlərinin “28 may” və “Əhmədli” stansiyaları arasında qatarların hərəkəti üç dəqiqəlik intervalla tənzimlənir. “Bakı Metropoliteni”nin “28 may”- “Dərnəgül, “28 may”- “İçərişəhər” stansiyaları arasındakı sahələrdə qatarların hərəkəti isə altı dəqiqəlik intervalla tənzimlənir. Çünki “28 may” stansiyasında “Bakı Metropoliteni”nin xətləri birləşir, kəsişir. Bu səbəbdən “28 may” stansiyasına qədər qatarlar eyni yolu gedir, daha sonra hər bir qatar öz xətti ilə müstəqil hərəkət edir. Bundan əlavə olaraq, əgər qatar “Nəriman Nərimanov”…

Read More
Cəmiyyət 

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq. “Report” xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq. Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

Read More