Cəmiyyət 

Bakıda Zəfər konserti və atəşfəşanlıq olacaq

Dənizkənarı Milli Parkda Zəfər Günü münasibəti ilə konsert olacaq. “Report” xəbər verir ki, noyabrın 8-də saat 20:00-da Dənizkənarı Milli Parkda Saat qulləsinin yanında bayram konserti baş tutacaq. Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçiriləcək bayram konsertində Azərbaycanın tanınmış incəsənət ustaları – müğənnilər, rəqs kollektivləri çıxış edəcək. Konsertin sonunda atəşfəşanlıq olacaq. Qeyd edək ki, noyabrın 8-də Bakıda hərbi parad keçiriləcək. Müdafiə Nazirliyi artıq məşqlərə başlanması ilə bağlı məlumat paylaşıb.

Read More
Cəmiyyət 

“Ya pul verməlisən, ya da obyekti bağlamalısan” – AQTA və qəssablar arasında qalmaqal

Paytaxtda qanunsuz ət kəsimi ilə bağlı mübarizə tədbirləri davam etdirilir. Növbəti belə bir tədbir Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Yasamal rayonunda həyata keçirilib. Proses AQTA əməkdaşları ilə qəssablar arasında qalmaqala səbəb olub. Onlardan biri qurum əməkdaşlarına “cərimənizi hələ ödəməmişəm, indi nə üçün gəlmisiniz?!” deyərək etiraz edib. “Rüşvət istəyirlər, ya pul verməlisən, ya da obyektini bağlamalısan”, – deyə qəssab əlavə edib. AQTA-nın Bakı Regional Bölməsinin böyük məsləhətçisi Qurban Əliyev isə sözügedən rüşvət iddiasını təkzib edib. “Elə şey ola bilməz. Biz həmişə qanunun tələblərini icra etmişik”, – deyə o bildirib. AQTA-nın…

Read More
Cəmiyyət 

Doğum azalır, yaşlılar artır – səbəb

Ölkənin demoqrafik balansı dəyişir Son onilliklərdə Azərbaycanda əhalinin strukturunda ciddi dəyişikliklər müşahidə olunur. Rəsmi statistika göstərir ki, ölkədə doğum səviyyəsi getdikcə azalır, yaşlı nəsil isə əhalinin ümumi tərkibində daha böyük paya sahib olur. Bu tendensiya yalnız ailə qurmaq və uşaq sahibi olmaqla bağlı fərdi seçimlərlə məhdudlaşmır, burada sosial, iqtisadi, mədəni və psixoloji amillər kompleks şəkildə təsir göstərir. Statistik mənzərə onu deyir ki, ölkədə 30 ilə doğum iki dəfədən çox azalıb. Belə ki, 1991-ci ildə, müstəqilliyin ilk illərində, Azərbaycanda hər 1000 nəfərə 26,6 doğum qeydə alınırdı. O dövr üçün bu, postsovet…

Read More
Cəmiyyət 

Tibbi sığortanın əhatə dairəsi genişləndirilir

Milli Məclisin bu gün keçirilən iclasında “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb. Musavat.com bildirir ki, qanun layihəsinə əsasən, həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən (məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkənlər istisna olmaqla) əcnəbilərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlər göstəriləcək. Layihə həbs edilmiş, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərin tibbi müayinəsinin icbari tibbi sığorta çərçivəsində həyata keçirilməsi məqsədilə hazırlanıb. Bildirilib ki, təklif olunan dəyişikliklərə əsasən, sözügedən qanunun müvafiq maddəsində həbs edilmiş, müəyyən…

Read More
Cəmiyyət 

Daşbulaq kəndinə növbəti köç karvanı yola salındı

Xocalının Daşbulaq kəndinə növbəti köç karvanı yola salınıb Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Daşbulaq kəndinə 24 nəfərdən ibarət 8 ailənin daimi qayıdışı təmin edilib. Bununlada Daşbulaq kəndinə qayıdan ailələrin sayı 21 ailə (91 nəfər) təşkil edib.//Report

Read More
Cəmiyyət 

Bu müəllimlərə əlavə 2000 manat veriləcək

Gələn ildən kənd məktəblərinə işləməyə gedəcək gənc müəllimlərin əməkhaqqına əlavə və stimullaşdırıcı ödənişlər ediləcək. Bu məsələ “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, pedaqoji ixtisaslı ali və orta ixtisas təhsil müəssisələrinin 9,9 mindən çox məzunu kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərinə işə cəlb olunacaq. Bu məqsədlə 20,1 milyon manat vəsait ayrılması planlaşdırılır. Vəsait gənc müəllimlərin yol və nəqliyyat xərcləri, əmlakın daşınması, yaşayış şəraitinin yaxşılaşdırılması, kommunal və kirayə haqqı kimi ehtiyaclarının qarşılanmasına yönəldiləcək. Hesablamalara görə, kənd məktəblərində işləyən hər bir gənc müəllim ildə orta hesabla…

Read More
Cəmiyyət 

Naxçıvanda duz istehsalı dayandırıldı

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin tabeliyindəki “Naxçıvan Duz İstehsalı” MMC-də istehsal və qablaşdırma dayandırılıb. Bu barədə “Report”a nazirlikdən bildirilib. Məlumata görə, duz dağındakı 5 saylı mədəndə texniki təhlükəsizliyin gücləndirilməsi üçün müvafiq işlərin görülməsinə zərurət yarandığından, eləcə də gələcəkdə duz istehsalının daha yüksək keyfiyyətdə təşkil olunması məqsədilə şaxtadan duzun çıxarılması müvəqqəti dayandırılıb. Nazirlik əhalinin və duzdan xammal kimi istifadə edən istehsal müəsisələrinin tələbatının fasiləsiz və dayanıqlı təmin olunması üçün ölkəmizin digər bölgələrində, eləcə də qonşu ölkələrdə istehsal olunan duzun muxtar respublikaya gətirilməsini nəzarətdə saxlayır.

Read More
Cəmiyyət 

Tıxacların azaldılması üçün iş qrafiki dəyişəcək? – ekspertlərdən təkliflər

“Bakıda tıxacların azaldılması üçün iş qrafikinin dəyişdirilməsi müəyyən rol oynaya bilər. Lakin bu təsir kompleks tədbirlər çərçivəsində mümkündür”. Bunu Musavat.com-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, iş saatlarının azaldılması dövlət və büdcə təşkilatlarında mümkündür: “Çünki dövlət və büdcə təşkilatlarının daxili qərarı ilə  iş saatlarının azaldılması ilə bağlı qərar verilə bilər. Bunun onsuz da iqtisadiyyata ciddi təsiri yoxdur. Onların hamısı büdcədən maaş alan təşkilatlardır. Onların əlavə dəyər yaratdığı bir məsələ mövcud deyil. Amma orada həkimlər, müəllimlər var. Bu peşə sahiblərinin iş saatının azaldılması səhiyyə və təhsil xidmətinə necə təsir…

Read More
Cəmiyyət 

Leyla və Arzu Əliyevalar qızları ilə sərgidə… – Fotolar

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Eşq-i Nur” sərgisindən qızı ilə birgə fotolar paylaşıb. “Qafqazinfo” xəbər verir ki, sərgiyə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və onun qızı da qatılıb. Qeyd edək ki, Heydər Əliyev Fondu, ICESCO, Nəsimi Festivalı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən bu layihə işıq, sevgi və sənətin birləşdiyi unikal bir mədəniyyət hadisəsidir. Sərgi 25 sentyabr – 25 oktyabr tarixlərində Şirvanşahlar Saray Kompleksində keçirilir.

Read More