Cəmiyyət 

Qarabağa getmək üçün rüsum ödəmək lazımdır? – DİN-dən cavab

İşğaldan azad olunmuş ərazilərə səfər etmək istəyən vətəndaşların “E-Polis” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçib rahat gedə bilərlər. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, müraciət prosesi tamamilə pulsuzdur və heç bir əlavə rüsum və ya ödəniş tələb olunmur. Qeydiyyat zamanı vətəndaşlar sadəcə şəxsiyyət vəsiqəsi məlumatlarını və səfər məqsədinə dair zəruri məlumatları daxil etməklə elektron şəkildə müraciət edə bilirlər. Məlumatlar yoxlanıldıqdan sonra müraciətlər aidiyyəti üzrə araşdırılır və cavablandırılır.

Read More
Cəmiyyət 

DYP-dən sürücülərə müraciət- VİDEO

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) yolayrıcında hərəkətin təşkili ilə bağlı müraciət edib. Musavat.com xəbər verir ki, qurum sürücüləri belə hallarda işıqforun siqnallarını və yol nişanlarını düzgün qiymətləndirməyə, yalnız yolun hərəkət hissələrinin kəsişmələri açıq olduqda hərəkətə başlamağa çağırır. “Müşahidələr göstərir ki, bəzi sürücülər, xüsusilə hərəkətin sıx olduğu küçə və prospektlərdə yolun kəsişmə hissəsinə yaxınlaşarkən qarşıdakı sahədə nəqliyyat sıxlığı və ya tıxac olmasına baxmayaraq, işıqforun yaşıl işığı yandığı andaca keçid hissəsinə daxil olmağa çalışırlar. Nəticədə nəqliyyat vasitələri işıqforun növbəti siqnalı verilənədək yolayrıcında dayanmağa məcbur qalır ki, bu da digər istiqamətdən hərəkət…

Read More
Cəmiyyət 

BDU rektoru Mehdiyevçi şəbəkə ittihamlarına cavabdan qaçdı – FOTO

Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bu gün Dövlət Məşğulluq Agentliyinin təşkil etdiyi “PeşəFest” festivalının yekun tədbirində iştirak edib. Tədbir çərçivəsində Musavat.com-un əməkdaşı rektora yaxınlaşaraq ona ünvanlanan ittihamlarla bağlı suallar verib. Lakin Elçin Babayev suala cavab verməkdən imtina edərək “Mən sadəcə tədbirə qulaq asıram” – deyə jurnalistlə ünsiyyətdən yayınmağa üstünlük verib. Xatırladaq ki, sabiq millət vəkili Etibar Əliyev son günlər sosial mediada Elçin Babayevin adı ilə bağlı ciddi ittihamlar səsləndirib. O bildirib ki, ən böyük Mehdiyevçilər BDU-nun sabiq rektoru Abel Məhərrəmov və hazırkı rektoru Elçin Babayevdir: “Ramiz Mehdiyevin həyat yoldaşı Qalina…

Read More
Cəmiyyət 

Dünyanı sürətlə bürüyən “Z nəsli” etirazları – gənclərin qələbəsini onlar mənimsəyir – SENSASİON YAZI

Son 2 ayda dünyanın 3 ölkəsində kütləvi etirazlar baş verdi. Sentyabrın əvvəlində dağlıq Nepalda gənc nəslin kütləvi etirazları son nəticədə kütləvi ixtisasların baş verməsi və son nəticədə hökumətin devrilməsi ilə nəticələndi. Sentyabrın sonlarında isə Madaqaskarda ölkədə sosial problemlər, elektrik və su çatışmazlığına etirazla başlayan gənclərin yürüşləri oktyabrın əvvəlində kütləvi ixtisaslara və nəticədə prezident Andry Rajoelina Fransa ordusuna məxsus təyyarə ilə ölkəni tərk etdi və hərbçilər hakimiyyəti ələ keçirdilər. Madaqaskar Konstitusiya Məhkəməsi polkovnik Maykl Randrianirinanı keçid dövrü ölkə prezidenti vəzifəsinə təyin edib. Mərakeşdə də əsasən gənclər (Z nəsli) ölkədə hökumətin artan xərclərini…

Read More
Cəmiyyət 

“Bakubus” sürücüsü sərnişinlərin başına oyun açdı: yaşlı qadının halı PİSLƏŞDİ – VİDEO

“BakuBus”un 3 nömrəli avtobusunda insident yaşanıb. Sözügedən avtobusda xoşagəlməz hadisə baş verib. Məlumata görə, yaşlı bir qadın sıxlığa səbəbi ilə arxa qapıdan minib əyləşdiyi üçün avtobusun sürücüsü nəqliyyat vasitəsini hərəkətə gətirməkdən imtina edib. Bu isə avtobusdakı digər sərnişinlərin narazılığına səbəb olub. Gərginlik zamanı yaşlı sərnişinin halı pisləşib. Sürücü şikayət əsnasında nəqliyyat vasitəsini hərəkətə gətirib. “Gənclik” metrosu yaxınlığında isə avtobusu dayanacaqda deyil, yolun əks istiqamətindəki saxlanma yerində saxlayaraq sərnişinlərə “arxadan gələn avtobusa minin, avtobus işləmir” deyib. Hadisə şahidlərindən biri baş verənləri mobil telefonla lentə alıb və görüntüləri sosial şəbəkədə paylaşaraq sürücüdən…

Read More
Cəmiyyət 

Sumqayıtda yeni avtobuslar niyə yığışdırılıb? – AYNA-dan açıqlama

Sumqayıt şəhəri ilə Saray qəsəbəsini əlaqələndirən 522 nömrəli marşrut xəttində yenilənmə sevinci uzun çəkmədi. Bir neçə gün öncə xəttə buraxılan müasir “Karsan” markalı avtobuslar “Tərlan” istiqamətində cəmi üç gün işlədikdən sonra qəfil xətdən çıxarılıb. Onların yerinə isə yenidən köhnə, texniki cəhətdən nasaz avtobuslar buraxılıb. Sakinlərin “Yeni Müsavat”a verdiyi məlumata görə, “Karsan” avtobusları sərnişinlər tərəfindən böyük razılıqla qarşılanmışdı. Onlar həm komfort, həm də təhlükəsizlik baxımından əvvəlki avtobuslardan qat-qat üstün idi: “Bu avtobuslar təzə və içərisi təmiz idi. Nəhayət, normal şəraitdə hərəkət edəcəyimizi düşündük. Amma cəmi üç gün işlədilər, sonra onları birdən-birə yığışdırdılar.…

Read More
Cəmiyyət 

Bakıda ŞOK: övladı məktəbdə döyülən ata CƏRİMƏLƏNDİ

Bakıda qadın dönərxanada döyülüb. Hadisə Xəzər rayonu Zirə qəsəbəsində qeydə alınıb. Məlumata görə, qəsəbədə dönərçi işləyən təqsirləndirilən şəxs, 34 yaşlı Məzahir İsmayılovun (ad və soyad şərtidir) övladı oxuduğu məktəbdə sinif yoldaşı tərəfindən döyülüb. Məzahirin sözlərinə görə, hadisə zamanı övladına bədən xəsarəti yetirilib: “Bu hadisə ilə əlaqədar müəlliməyə şikayət etdim. Dedi ki, həmin şagirdin ata-anası yoxdur. Həmin vaxt gördüm o uşağı bir taksi sürücüsü aparır. Sürücüyə dedim ki, uşağı təhvil verəndə valideyninə desin ki, övladına tərbiyə versin”. Axşam saatlarında bir qadın Məzahirin işlədiyi dönərxanaya gələrək, onu axtarıb. Sonra isə üstünə hücum…

Read More
Cəmiyyət 

Odlu silah vətəndaşların əlinə necə keçir?

Ekspert: “Aşkarlanan silahların əksəriyyəti 90-cı illərdən qalıb” Azərbaycanda elə gün yoxdur ki, polis əməkdaşları qanunsuz saxlanan silah-sursat aşkarlamasınlar. Bu barədə demək olar ki, hər gün rəsmi məlumat verilir. Azərbaycan Ermənistanla 30 il müharibə şəraitində olub. Həmin dövrdə xüsusilə sərhəd bölgələrində insanlar özlərini müdafiə etmək üçün ən müxtəlif ünvanlardan silahlar əldə edirdilər. Azərbaycan torpaqlarının işğalına son qoyulmasının 5-ci ili tamamlanır. Vaxtilə müxtəlif yollarla silah əldə edənlərin bir çoxu onu könüllü surətdə təhvil verib. Əlbəttə, həmin silahlarla cinayət törədənlər də olub. Odlu silah belə bir şeydir ki, uzun müddət bir ailədə, bir…

Read More
Cəmiyyət 

Ədliyyə Nazirliyinin Probasiya xidməti CEP-in tamhüquqlu üzvü olubFOTO

14-16 oktyabr tarixlərində Avstriyanın Vyana şəhərində Avropa Probasiya Konfederasiyasının (CEP) 15-ci Baş Assambleyası və “Probasiya sahəsində gender əsaslı zorakılıq: çağırışlar və öyrənilmiş dərslər” mövzusunda beynəlxalq konfrans keçirilib. NEUSTART təşkilatı ilə əməkdaşlıq çərçivəsində keçirilən və Avropanın müxtəlif ölkələrindən 100-dən artıq CEP üzvü, probasiya xidmətlərinin rəhbər şəxsləri, probasiya mütəxəssisləri, habelə ekspert və alimlərin qatıldığı tədbirdə ölkəmizi Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Vüqar Ağayev təmsil edib. İki hissədən ibarət olan tədbirin birinci hissəsində CEP-in 15-ci Baş Assambleyası tərəfindən qurumun üçillik fəaliyyəti qiymətləndirilib, qarşıdakı illər üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib, eləcə də quruma yeni üzvlərin…

Read More
Cəmiyyət 

Keyfiyyətsiz dərmanlar Bakı apteklərinə necə yol tapır?

Mütəxəssis deyir ki, dərman istehsal edən müəssisələrin qurulması işi artıq bitməli idi, amma… Bu ilin doqquz ayı ərzində dərmandan zəhərlənmə səbəbilə KTM Toksikologiya şöbəsinə 379 nəfər qəbul edilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən məlumat verilib. Qeyd olunub ki, zəhərlənən şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib: “Həkimlərin səyinə baxmayaraq, 8 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Zəhərlənmə halları əsasən həkim məsləhəti olmadan qəbul edilən dərman vasitələri ilə bağlı olur”. Amma o da sirr deyil ki, apteklərdə bahalaşmadan sonra müşahidə olunan əsas problemlərdən biri də dərmanların keyfiyyətidir. Bu vəziyyəti şərtləndirən səbəblərdən…

Read More