Cəmiyyət 

Paytaxtda beynəlxalq tədbir keçirilir-40-a yaxın xarici qonaq var- FOTOLAR

Bakıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq simpozium keçirilir. “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” mövzusunda baş tutan tədbir Azərbaycan Dövlət Himninin oxunması ilə başlayıb. Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konsessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonaq iştirak edir. İlk olaraq çıxış…

Read More
Cəmiyyət 

Rusiya onları Azərbaycana təhvil verdi

Beynəlxalq axtarışa verilən 4 nəfər Rusiyada saxlanılaraq Azərbaycana ekstradisiya edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Azərbaycan vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Baş Prokurorluğu tərəfindən təmin edilib. Həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər. Onlar Rusiya ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun…

Read More
Cəmiyyət 

AZAL-ın təyyarə qəzası ilə bağlı TƏCİLİ AÇIQLAMA – Yeni ildən sonra…

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus “Embraer-190” təyyarəsi ilə bağlı araşdırmanın nəticələri Yeni ildən sonra açıqlana bilər. Musavat.com xəbər verir ki, bu barədə faciəni araşdıran dövlət komissiyasına rəhbərlik edən Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev parlamentdə jurnalistlərə bildirib. “İstintaq üçün standart müddət təxminən bir ildir, bəlkə də bir az daha uzundur. İş davam edir”, – Bozumbayev deyib. Avqustun əvvəlində Bozumbayev bildirib ki, Qazaxıstan bir neçə ay ərzində “Azərbaycan Hava Yolları”nın təyyarəsinin qəzaya uğraması ilə bağlı yekun hesabatı təqdim edəcək. Eyni zamanda, baş nazirin müavini məlumat verib ki, təyyarənin modul avionik bölməsi ekspertiza üçün ABŞ-a göndərilib.…

Read More
Cəmiyyət 

İsrail aviaşirkəti Təl-Əvivdən Bakıya reysləri bərpa edir

İsrailin “Arkia Israeli Airlines” aviaşirkəti oktyabrın 28-dən Təl-Əvivlə Bakı arasında birbaşa reysləri bərpa etməyi planlaşdırır. “İki sahil” xəbər verir ki, bu barədə şirkətə istinadən xəbər verir. “Airbus” təyyarələri ilə uçuşlar həftədə üç dəfə: çərşənbə axşamı, çərşənbə və şənbə günləri həyata keçiriləcək. Qeyd edək ki, “Arkia Israeli Airlines” 1949-cu ildə təsis edilmiş İsrailin ikinci ən böyük aviaşirkətidir.

Read More
Cəmiyyət 

Bakının mərkəzində “aləmi bir-birinə qatan” maşınlar kimindir? – VİDEO

Bir neçə gündür sosial şəbəkələrdə yayılan videolar müzakirə mövzusuna çevrilib. Videoda UAZ avtomobillərinin Bakının mərkəzi küçələrində “aləmi bir-birinə qatması” əks olunub. Videoların birində “Kamaz”la maşınları əzirlər, digərində “UAZ” bazarı yara-yara keçir. Məlumata görə videolar film çəkilişindəndir. Belə ki, yaponların “Vivant” serialının davamı Azərbaycanda lentə alınır./Milli.az/

Read More
Cəmiyyət 

Üç il sonra eyni mənzərə: Belarus mağazası yenə boşdur – REPORTAJ, FOTOLAR

Ukrayna müharibəsinin ilk vaxtlarında boykot edilən Belarus məhsulları mağazasına yenidən baş çəkirik. Üstündən üç ildən çox vaxt keçib, lakin görünən odur ki, zamanın dəyişməsi burada elə də ciddi fərq yaratmayıb. Musavat.com əməkdaşının müşahidələrinə görə, mağazada hələ də səssizlik hökm sürür. Elə bir səssizlik ki, deyirlər, milçək uçsa, səsi eşidilər. Mağazada olduğumuz müddətdə sadəcə bir-iki alıcıya rast gəldik. Ziyarət etdiyimiz mağazada bizi sarışın, Belarus milli geyimində, slavyan əsilli xanımlar qarşılayır. Ləhcə ilə danışsalar da, Azərbaycan dilində kifayət qədər səlis və nəzakətli cavab verirlər. Uzun illərdir burada çalışdıqlarından, alıcılarla ünsiyyətdə çətinlik çəkmədikləri görünür.…

Read More
Cəmiyyət 

Dabaq xəstəliyi qida məhsulları vasitəsilə insanlara keçə bilər? – Nazirlikdən AÇIQLAMA

“Dabaq virus mənşəli yüksək kontagioz iti gedişli infeksion xəstəlik olub xüsusən də cütdırnaqlı heyvanlarda bədən temperaturunun yüksəlməsi, ağız boşluğu selikli qişasının, yelin və ətrafların aftalı zədələnmələri ilə səciyyələnir”. Musavat.com xəbər verir ki, bu açıqlamanı Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Bayandur Rzayev verib. Onun sözlərinə görə, dabaq virusunun 7 tipi və 60-dan artıq alt tipi var: “Dabaq xəstəliyinə yoluxmuş heyvanlar digər sağlam heyvanlardan təcrid edilməlidir. Orqanizmin rezistentliyi yüksək olan heyvanlarda xəstəlik özünü yüngül formada büruzə verir, orqanizmin rezistentliyi aşağı olan heyvanlarda isə xəstəlik bir qədər ağır formada biruzə verir.…

Read More
Cəmiyyət 

Heyvanlarda dabaq xəstəliyi yayılır: İnsanlara keçə bilərmi? – Nazirlikdən AÇIQLAMA

Son zamanlar regionlarda heyvanlar arasında dabaq xəstəliyinin yayılması ilə bağlı məlumatlar verilir. Azərbaycanda insanlar arasında bu xəstəliyə yoluxma halları qeydə alınırmı? Belə hallar müşahidə olunarsa, yoluxmalar əsasən hansı bölgələrdə qeyd edilir və epidemioloji vəziyyət necə idarə olunur? Musavat.com bu barədə Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Nazirlikdən bildirilib ki, Azərbaycanda son 30 il ərzində insanlar arasında dabaq xəstəliyinə yoluxma halları qeydə alınmayıb: “Dabaq xəstəliyi zoonoz (yəni heyvandan insana keçə bilən) xəstəlikdir və insanlara əsasən xəstə cütdırnaqlı heyvanlarla birbaşa təmas zamanı, eləcə də heyvan mənşəli çiy qida məhsullarının istehlakı nəticəsində keçə bilər. Dabaq xəstəliyinin spesifik müalicəsi yoxdur.…

Read More
Cəmiyyət 

“Yaxşı kişiyə heç kəs xəyanət etməz” – Psixoloqdan QALMAQALLI AÇIQLAMA

Son aylarda Azərbaycanda ailədaxili münaqişələr və xəyanət zəminində baş verən cinayətlərin artması cəmiyyətdə ciddi narahatlıq yaradıb. Sosial şəbəkələrdə yayılan hadisələr və məhkəmə materialları göstərir ki, qısqanclıq, etimadın pozulması və emosional gərginlik bir çox hallarda faciəvi sonluqlara gətirib çıxarır. Ailə dəyərlərinin zəifləməsi və psixoloji dəstəyin çatışmazlığı bu cür cinayətlərin əsas səbəblərindəndir. Musavat.com xəbər verir ki, tanınmış psixoloq Samirə Bağırova Manset.az-a açıqlamasında bildirib ki, həm xəyanətin, həm də xəyanət sonrası cinayətin kökün bir sıra fərqli psixoloji nüanslar dayanır: “Bir kişi öz yoldaşına və ya öz sevgilisinə əl qaldırdıqda o, artıq bunu dəfələrlə də…

Read More
Cəmiyyət 

Pensiya alanlara ŞAD XƏBƏR

Respublika üzrə oktyabr ayının pensiya ödənişi yekunlaşıb. Bu barədə Musavat.com-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu və Naxçıvan MR-də, bu gün isə ölkənin bölgələrində yaşayan şəxslərin oktyabr ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə təyin edilmiş pensiyalar ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More