Cəmiyyət 

“Uşaq Hüquqları Aylığı”: Gələcək nəsillərin təhlükəsizliyi naminə

Teymur Mərdanoğlu: Cəmiyyət səviyyəsində bir sıra mexanizmlərin gücləndirilməsinə ehtiyac var Azərbaycanda 20 oktyabr – 20 noyabr tarixlərini əhatə edən “Uşaq Hüquqları Aylığı”na start verilib. Aylıq tədbirlər planı BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasının müddəalarına əsaslanaraq uşaqların hüquq və azadlıqlarının müdafiəsini, onların sosial rifahının təmin olunmasını, eləcə də cəmiyyətdə uşaq hüquqları mədəniyyətinin formalaşdırılmasını hədəfləyir. Bu təşəbbüsün əsas məqsədi təkcə uşaqların hüquqlarını qorumaq deyil, eyni zamanda, cəmiyyətin diqqətini onların fiziki, mənəvi və psixoloji təhlükəsizliyinə yönəltməkdir. “Uşaq Hüquqları Aylığı” uşaqların təhlükəsiz və sağlam mühitdə böyüməsi, zorakılıq və istismardan qorunması, təhsilə və həyata bərabər çıxışının…

Read More
Cəmiyyət 

incivan qəsəbəsinin işğaldan azad olunmasından beş il ötür

Azərbaycanın qədim yaşayış məntəqələrindən olan Zəngilan rayonunun Mincivan qəsəbəsinin erməni işğalçılarından təmizlənməsindən beş il ötür. “Report” xatırladır ki, 2020-ci il oktyabrın 21-də Mincivan qəsəbəsi ilə yanaşı, rayonun Babaylı, Üçüncü Ağalı, Sarıl, Xumarlı, Hacallı, Xurama, Cahangirbəyli, Turabad, İçəri Müşlan, Qıraq Müşlan, Məlikli, Üdgün, Baharlı, Cəbrayıl rayonunun Balyand, Papı, Tulus, Tinli kəndləri, Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli və Zərgər kəndləri işğalçılardan azad edilib. Mincivan qəsəbəsi Araz çayının sahilində, düzənlikdə yerləşir. 1795-1798-ci illərdə aclıq nəticəsində Cənubi Azərbaycanın Mincivan kəndindən gələn ailələrin məskunlaşması nəticəsində yaranıb, oradakı kəndin adı da yeni məntəqəyə verilib. XIX əsrdə…

Read More
Cəmiyyət 

Ağzıköpüklü heyvanlar, natəmizlik, satıcı narazılığı – Mal bazarından REPORTAJ

Ölkədə heyvanlar arasında virus və infeksiya xəstəlikləri yayılıb. Əsasən dabaq xəstəliyinə yoluxma sayında artım müşahidə edilir. Oxu.Az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bununla bağlı heyvan satışı bazarlarında monitorinqlərə başlayıb. Monitorinqlər zamanı məlum olub ki, heyvan satış bazarlarında təhlükəsizlik tədbirləri görülməyib, dezinfeksiya işləri aparılmayıb. Bu da heyvanların yoluxmasına şərait yaradır. Bu məqsədlə AQTA oktyabrın 25-dən etibarən heyvan satışı bazarlarının fəaliyyətini dayandıracaq. Məsələ ilə bağlı Bakıdakı heyvan satış bazarına baş çəkdik. Bakının Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində fəaliyyət göstərən, Bakının ən böyük mal-qara satışı bazarlarından olan obyektdə müşahidə apardıq. Müşahidə…

Read More
Cəmiyyət 

Hacıqabulda erkən nikah cəhdinin TƏFƏRRÜATI: “Xəstə uşağımın arzusu idi, gəlinsiz məclis etdik”VİDEO

Hacıqabul rayonunun Meyniman kəndində qarşısı alınan erkən nikah cəhdi ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Belə ki, kənd sakini, 23 yaşlı oğlanın Qaraağac kənd sakini, 16 yaşına çatmayan qızla planlaşdırılan toy mərasimi dayandırılıb. Hadisə ilə bağlı oğlanın anası Validə Zərbalıyeva jurnalistlərə müsahibə verib. Ananın sözlərinə görə, məqsəd erkən nikah deyil, xəstə övladının arzusunu yerinə yetirmək olub: “Oğlum üçün elçi getdik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Ona görə bu işi dayandırdıq. Sadəcə, xəstə uşağımın arzusu var idi. Həkimlər ömrünün az olduğunu deyiblər. Qardaşının toyunu görmək istədiyi üçün gəlinsiz məclis…

Read More
Cəmiyyət 

Taksi sürücüləri üçün imtahan keçiriləcək

21 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən taksi sürücüləri, avtomobil ilə beynəlxalq sərnişin və yükdaşımaları fəaliyyətinin operatorunun məsul şəxsləri və beynəlxalq yükdaşımalarını həyata keçirən sürücülərin hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə imtahanlar təşkil olunacaq. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, imtahanlarda iştirak etmək üçün ümumilikdə 1624 (taksi – 1550, yükdaşıma – 44, operator – 30) nəfər qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 20 imtahan rəhbəri, 109 nəzarətçi və 13 buraxılış rejimi əməkdaşı ayrılıb. Xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün imtahan Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda…

Read More
Cəmiyyət 

Dabaqdan ölmüş heyvanların əti dönərxanalara verilir? – Ekspertdən şok AÇIQLAMA

“Dabaq xəstəliyi respublikanın hər yerində yayılıb. Dünən mənə fərdi sahibkar müraciət etdi və bildirdi ki, heyvanları xəstələnib, çox primitiv üsullarla müalicə edirlər. Çox təəssüflər olsun ki, yayılmanın coğrafiyası ilə bağlı dövlət orqanları geniş məlumat vermir”. Bu fikirləri Musavat.com-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Onun sözlərinə görə, istisna deyil ki, dabaq xəstəliyindən ölən heyvanların əti regionlarda restoranlara, uşaq bağçalarına verilir: “Və yaxud da sağlam ətlərə qatılaraq satıla da bilər. Bunların baş verməsi mümkündür. Ona görə də insanlar diqqətli olmalı, dövlət orqanları fəal iş aparmalıdırlar, xüsusən də fərdi təsərrüfatlarda daha ciddi…

Read More
Cəmiyyət 

Dövlət Məşğulluq Agentliyinin nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunda olub

Dövlət Məşğulluq Agentliyinin rəhbəri Sadiq Əliyevin başçılıq etdiyi nümayəndə heyəti Veysəloğlu Şirkətlər Qrupunun (VŞQ) fəaliyyəti və iş mühiti ilə yaxından tanış olub. Səfər çərçivəsində nümayəndə heyəti “ARAZ” supermarketlər şəbəkəsi və “OBA” marketlər şəbəkəsinin ofislərini ziyarət edib. Qonaqlara əməkdaşlar üçün yaradılmış müasir iş şəraiti, insan resurslarının idarə edilməsində tətbiq olunan beynəlxalq standartlar və innovativ iş mühiti barədə ətraflı məlumat verilib. Daha sonra nümayəndə heyəti ilə VŞQ-nin təsisçisi və Baş icraçı direktoru Aydın Talıbovun, eləcə də Şirkətlər Qrupunun digər rəhbər şəxslərinin iştirakı ilə görüş keçirilib. Görüş zamanı Aydın Talıbov 30 ildən artıq…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyinin mütəxəssisi – Sümük sağlamlığını qoruma tədbirləri uşaqlıq və gənclik dövründən başlanmalıdırFOTO

1997-ci ildən etibarən hər il oktyabrın 20-si Ümumdünya Osteoporozla Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə profilaktika, diaqnostika və metabolik sümük xəstəliklərinin müalicəsi haqqında cəmiyyəti məlumatlandırmaq məqsədilə təsis edilib. Osteoporozun yaranma səbəbləri, növləri və əlamətləri, onun müalicəsi və digər suallara Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun Baş direktorunun müavini – baş həhim Nizami Məmmədov aydınlıq gətirir. – Nizami müəllim, ilk öncə bilmək istərdik ki, osteoporoz nədir? – Osteoporoz sümük toxuması kütləsinin və keyfiyyətinin azalması ilə xarakterizə olunan, sümükləri zəif və kövrək edən metabolik xəstəlikdir.…

Read More