Cəmiyyət 

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin verilməsinə BAŞLANILDI – FOTO

Azərbaycan vətəndaşlarına verilən şəxsiyyət vəsiqələri dəyişib. Bir müddətdir vətəndaşlara yenilənmiş şəxsiyyət vəsiqələri təqdim edilir. Qeyd edək ki, avqust ayında Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. Şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri əlavə edilib. Məlumat şəxsiyyət vəsiqəsinin arxa hissəsində yerləşdirilib. Elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatlar saxlanılıb./Modern.az/

Read More
Cəmiyyət 

Nizami Rəmzinin qızı həbs olunduVİDEO

Mərhum meyxanaçı və şair Nizami Rəmzinin qızı Reyhan həbs edilib. Bu barədə bloger Nail Kəmərli məlumat yayıb. O, Reyhanın görüntüsünü paylaşaraq bunları yazıb: “Heyf səndən, Reyhan. Gərək səni elə o gün aparardım, Reyhan. Məni aldatdın. İnandım sənə. Reyhan artıq həbsdədir. Çox heyf”. Qeyd edək ki, Nail Kəmərli narkotik aludəçisi olub küçədə yaşayan Reyhanın 2023-cü ildə acınacaqlı həyatını nümayiş etdirmişdi. O, müalicə almaq üçün reabilitasiya mərkəzinə yerləşdirilməli idi.

Read More
Cəmiyyət 

Noyabrın əvvəlində ardıcıl 4 gün iş olmayacaq

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, noyabr ayında 2 tarixi günlə əlaqədar qeyri-iş günü olacaq. 8 Noyabr Zəfər Günü, 9 noyabr isə Azərbaycan Respublikasının Dövlət Bayrağı Günüdür. Hər iki gün isə müvafiq olaraq şənbə, bazar gününə təsadüf edir. Bu səbəbdən noyabrın 10,11 tarixlərinin də qeyri-iş günü olacağı gözlənilir. Ümumilikdə bayramlara görə, noyabrda şənbə-bazar daxil olmaqla, 4 gün ardıcıl iş olmayacaq.

Read More
Cəmiyyət 

“Açıq qapı” günlərində Azərbaycan Dəmiryol Muzeyini 9 mindən çox insan ziyarət edib FOTO

14–19 oktyabr tarixlərində keçirilən “Açıq qapı” günləri çərçivəsində Azərbaycan Dəmiryol Muzeyi 9 mindən çox ziyarətçini qəbul edib. ADY-dən Musavat.com-a verilən məlumata görə, məktəblilər başda olmaqla, ziyarətçilər dəmir yollarının 145 illik tarixi, keçmişdən bu günə inkişaf yolu, müxtəlif eksponatlar və daha çoxu ilə yaxından tanış olublar. “Açıq qapı” günləri bitsə də, muzey ənənəvi olaraq bazar ertəsi istisna olmaqla, hər gün ziyarət üçün açıqdır” – deyə qurumdan bildirilib.

Read More
Cəmiyyət 

“Uşaq Hüquqları Aylığı”: qanunlar var, bəs uşaqlar qorunurmu?

 20 oktyabr-20 noyabr tarixləri Azərbaycanda “Uşaq Hüquqları Aylığı” elan edilib. Bununla bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı müraciət edib. Müraciətdə deyilir: “Uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsi insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən biridir. Hər bir uşaq təhlükəsiz, sağlam və öz potensialını reallaşdıra biləcəyi mühitdə böyüməlidir. 1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş, Azərbaycan Respublikasının da iştirakçısı olduğu “Uşaq hüquqları haqqında” Konvensiya (UHK) uşaqların hüquqlarının…

Read More
Cəmiyyət 

Çörəyin ən ucuz olduğu ölkələr – Azərbaycan neçənci yerdədir?

ent.az xarici mediaya istinadla xəbər verir ki, Azərbaycan çörəyin ən ucuz olduğu ölkələrin ilk onluğundadır. Dünya üzrə çörəyin orta qiyməti Orta hesabla 500 qramlıq buğda çörəyinin qiyməti təxminən 2 manat 70 qəpik təşkil edir. Ən bahalı çörək Cibutidə satılır, burada qiymət 16 manatdan çoxdur. Bu, ölkənin ərzaq idxalından yüksək asılılığı ilə izah olunur. Ən bahalı on ölkə və region siyahısına həmçinin aşağıdakılar daxildir: Bermud adaları – 14.72 manat Kayman adaları – 10.85 manat Monako – 9.17 manat Baham adaları – 8.34 manat Konqo – 8.06 manat Mərkəzi Afrika Respublikası – 7.20 manat…

Read More
Cəmiyyət 

Bazarda “optika fırıldağı”: İnsanlar belə aldadılır FOTOLAR

Bazarda irəlilədikcə diqqəti ən çox çəkən səslərdən biri artıq satıcıların “pomidor, xiyar” çağırışı yox, “zəif görənlər yaxınlaşsın” səsləridir. Balaca bir stol, üstünə səpələnmiş onlarla eynək və özünü “həkim” kimi təqdim edən satıcı, yanından keçən hər kəsi sanki “müayinəyə” dəvət edir. Nizami rayonundakı bazarda müşahidə etdiyimiz mənzərə göstərir ki, artıq küçə ticarətinə paltar, ayaqqabıdan başqa tibbi vasitə olan eynəklər də daxil olub. Satıcının çağırışı dayanmaq bilmir, qiymətlər də alıcı üçün son dərəcə cəlbedicidir: 5, 6, 8, 10 manat. O, eynəkləri “keyfiyyətli” adlandırır, “Uruqvaydan gəlmə” deyə xüsusi vurğulayır, guya çeşid müxtəlifliyi göstərmək…

Read More
Cəmiyyət 

Hazır olun! Azərbaycana dəhşətli soyuqlar gəlir- QAR YAĞACAQ

Son günlər ölkə ərazisində havalar nisbətən isti keçir. Lakin bəzi proqnozlara görə, Azərbaycanda havanın temperaturu qəfildən enəcək. Bu ehtimallar nə dərəcədə doğrudur? Bakıya qar nə vaxt yağacaq? Mövzu ilə bağlı meteroloq Cavidan Əliyev Referans-a açıqlamasında deyib ki, uzunmüddətli proqnozlara əsaslansaq və eləcə də Sibir antisiklonunun anomal şəkildə tez formalaşmasını da nəzərə alsaq deyə bilərik ki, təxminən oktyabr ayının 20 – dən sonra və noyabrın ilk ongünlüyü aralığında soyuq hava kütlələrinin ölkəmizə daxil olacağı real görünür. Hətta bəzi düzən ərazilərimizdə yağıntıların sulu qara keçəcəyi ehtimalı da var. Meteroloq həmçinin onu da…

Read More
Cəmiyyət 

Nazir əmr imzaladı – 3 qurum ləğv olundu

Səhiyyə Nazirliyinin tabeliyindəki bir sıra müəssisələr ləğv edilib. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı nazirlik müvafiq qərar qəbul edib. Qərara əsasən, Gəncə Şəhər Təsərrüfathesablı Ailə və Nikah Məsləhətxanası, Gəncə Şəhər Təsərrüfathesablı Reproduktiv Sağlamlıq və Ailə Planlaması Mərkəzi, Gəncə Şəhər Körpələr Evi ləğv edilib. Bu məqsədlə ləğvetmə komissiyası yaradılıb və adıçəkilən müəssisələrin bütün maliyyə, hüquqi və təşkilati məsələlərinin tənzimlənməsi üçün fəaliyyətə başlanılıb.

Read More
Cəmiyyət 

Oktyabrın 20-də qaz kəsiləcək -Bu ərazilərdə

Lənkəran rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, Ələt–Astara–İran İslam Respublikası Dövlət sərhədi (M3) avtomobil yolu üzərində yerləşən iki ədəd körpünün yenidən qurulması ilə bağlı olaraq, yolun 197-ci kilometrində Girdəni çayı üzərində tikiləcək yeni körpünün inşası məqsədilə Lənkəran rayonu ərazisində yerləşən Göyşaban və Ürgə kəndləri, həmçinin Liman qəsəbəsinin Xutor adlanan hissəsində ümumilikdə 1550 abonentin qaz təchizatının 20 oktyabr saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır. Qurumdan əlavə olunub ki, qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamanızı və təhlükəsizlik tədbirlərinə ciddi şəkildə riayət etməyinizi xahiş…

Read More