Cəmiyyət 

“Broyler ətini tez-tez istifadə etməkdən çəkinmək və mütləq yaxşı bişirmək lazımdır” – Qida eksperti

“Broyler toyuqları, yəni süni şəkildə tez böyüməsi üçün xüsusi yem və şəraitdə yetişdirilən quşlar bazarda geniş yayılıb. Lakin qida mütəxəssisləri bu məhsulların sağlamlığa müəyyən zərərləri barədə xəbərdarlıq edirlər. Qida eksperti Hüseyn Kərimov BiG.AZ-a bildirib ki, broyler toyuqlarının bir neçə həftə ərzində kütləvi şəkildə böyüməsi onların orqanizminin təbii inkişafına uyğun deyil: “Broyler toyuqları çox vaxt hormon və antibiotik tərkibli yemlərlə qidalandırılır. Bu maddələr ətin tərkibində qala və uzunmüddətli istifadədə insan orqanizmində hormonal pozğunluq, allergiya və immun sisteminin zəifləməsinə səbəb ola bilər.” Broyler ətində su və yağ nisbəti də təbii kənd toyuğuna nisbətən…

Read More
Cəmiyyət 

BƏƏ onu Azərbaycana təhvil verdi

Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir. Oktyabrın 16-da İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilmiş daha bir şəxsin Nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib. Belə ki, bir sıra şəxslərlə mütəşəkkil dəstə yaradaraq xüsusilə külli miqdarda pul vəsaitlərini (kriptovalyuta) qanunsuz olaraq ölkəmizdən xarici ölkələrə və xarici ölkələrdən Azərbaycan Respublikasına köçürülməsi fəaliyyəti ilə məşğul olmuş və mütəşəkkil dəstə halında cinayət yolu ilə əldə olunmuş xeyli miqdarda əmlakı leqallaşdırma (Cinayət…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Azərbaycanda Əməkdar artist VƏFAT ETDİ

Əməkdar artist Rəşad Bəxtiyarov vəfat edib. Musavat.com xəbər verir ki, bu barədə aktyorun sənət dostları sosial mediada məlumat yayıb. Aktyor bir müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Xatırladaq ki, R.Bəxtiyarov 1978-ci il dekabrın 25-də Bakıda anadan olub. O, “Həqiqət işığında”(Mirzəyev) və “Bəyaz həyat” (Sonanın oğlu) telefilmlərində çəkilib. R.Bəxtiyarov 10 may 2019-cu ildə, 7 may 2020-ci ildə, 7 may 2021-ci ildə və 8 may 2025-ci ildə Prezident Mükafatına layiq görülüb.

Read More
Cəmiyyət 

Ağdamla bağlı MÜHÜM XƏBƏR – 2040-ci ilə qədər…

Gələn il daha 300 ailə Ağdam şəhərində ikinci yaşayış kompleksinə yerləşdiriləcək. Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov Xankəndidə keçirilən III Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, hazırda Ağdam şəhərinin 4-cü və 5-ci yaşayış massivlərində də tikinti işləri davam edir: “Bu layihələrin gələn ilin yaz aylarından başlayaraq, yay aylarına qədər tamamlanması planlaşdırılır və bu iki yaşayış kompleksinə toplam 2 000-dən çox ailənin köçü nəzərdə tutulur. Biz ilin sonuna qədər üçüncü yaşayış kompleksində, gələn ilin yanvar-fevral aylarında isə birinci yaşayış kompleksində tikinti işlərinə başlayacağıq. Ümid edirik ki,…

Read More
Cəmiyyət 

Nazir: “Ramiz Quliyev tarı danışdırırdı”

Azərbaycanın tanınmış tarzəni, Xalq artisti Ramiz Quliyev bu gün son mənzilə yola salınır. Vida mərasimində çıxış edən Mədəniyyət naziri Adil Kərimli sənətkarın Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan danışıb. Musavat.com-un məlumatına görə nazir bildirib ki, Ramiz Quliyev sənəti ilə hər bir azərbaycanlının qəlbindədir: “Azərbaycan mədəniyyətinə ağır itki baş verib. Ramiz müəllim sənəti ilə hamımızın qəlbindədir. Onun yaratdığı irs zamana sığdıra bilməyəcəyimiz örnəkdir”. Adil Kərimli qeyd edib ki, Ramiz Quliyev Azərbaycan musiqisini bütün dünyaya tanıdan sənətkarlardandır: “O, Azərbaycan musiqisini dünyaya tanıtmaqla mədəniyyətimizi sevdirib. Sanki tarı danışdırırdı, oxudurdu”. Nazir vurğulayıb ki, sənətkarın yaradıcılığı və…

Read More
Cəmiyyət 

Ramiz Quliyevlə vida mərasimi başa çatdı- Alqışlarla son mənzilə yola salındı – VideoYENİLƏNİB

Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başa çatıb. Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilib. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. *** Xalq artisti Ramiz Quliyevlə vida mərasimi başlayıb. Musavat.com xəbər verir ki, tarzənlə vida Beynəlxalq Muğam Mərkəzində keçirilir. Mərhum II Fəxri Xiyabanda dəfn olunacaq. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev 1947-ci il aprelin 30-da Ağdamda qulluqçu ailəsində anadan olub. O, 1954-cü ildə Ağdam şəhər yeddiillik musiqi məktəbinə gedib, 1960-cı ildə isə Üzeyir Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbinə daxil olub. R.Quliyev 1964-1969-cu illərdə Ü.Hacıbəyov adına…

Read More
Cəmiyyət 

Hərbi Prokurorluqda YENİ TƏYİNATLAR

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda yeni təyinatlar olub. Bu barədə müvafiq əmrlər imzalanıb. Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika Hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib. Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini, ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin böyük prokuroru vəzifəsinə təyin olunub. İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi, ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib. Respublika Hərbi Prokurorluğundan təyinatları təsdiq ediblər. Qeyd edək ki, bir müddətdir Hərbi Prokurorluqda kadr islahatları aparılır. /Qafqazinfo.az/

Read More
Cəmiyyət 

Bərdə Rayon Mədəniyyət Mərkəzində ” Qaravəlli” tamaşası göstərilib

15 oktyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzində əl işlərindən və qədim əşyalardan ibarət sərgi təşkil edilib və Bərdə Xalq Teatrının hazırladığı “Qaravəlli” tamaşası nümayiş olunub. Media1.az-ın xəbərinə görə , tədbirdə Bərdə rayon İH yanında Ailə, Uşaq, Qadın Problemləri üzrə komitənin sədr və üzvləri iştirak ediblər. Tamaşaöncəsi foyedə yaradıcılıq məhsullarının nümayişi olub. Mədəniyyət işçisi Sevinc Orucovanın rəsmləri böyük maraqla qarşılanıb. Eyni zamanda toxuma,tikmə, tətbiqi sənət nümunələrinə də baxış keçirilib. “Qaravəlli” tamaşasının rejissoru Mehman Quliyev bildirib ki, tamaşanın təşkilində məqsəd Azərbaycan xalqının milli dəyərlərini qoruyub saxlamaq…

Read More
Cəmiyyət 

SOS! Kənddə uzunömürlü olmaq çətinləşib – nədən?

Dövlət Statistika Komitəsinin son məlumatlarına görə, Azərbaycanda orta ömür uzunluğu bir qədər artıb. 2024-cü ilin göstəricilərinə əsasən, qadınların gözlənilən ömür uzunluğu 79,2 yaş (2023-cü ildə 78,4 yaş idi), kişilərin isə 74,5 yaş (əvvəl 73,5 yaş) təşkil edir. Lakin bu artımın arxasında diqqətçəkən bir tendensiya gizlənir: şəhərlilərlə müqayisədə kəndlilərin ömrü qısalır. Statistikaya əsasən, şəhər qadınları orta hesabla 79,3 il, rayon qadınları isə 79 il yaşayır. Kişilərdə də fərq eynidir: şəhərlərdə 74,6, kəndlərdə 74,4 yaş. Kiçik görünən bu fərq illərlə sabit qaldıqda, uzunömürlülükdə ciddi uçurum yaradır. Ən narahatedici fakt ondan ibarətdir ki,…

Read More