BDYPİ sürücülərə müraciət etdi – VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi sükan arxasında telefondan istifadə ilə bağlı sürücülərə müraciət edib. Bu barədə Musavat.com-a BDYPİ-dən məlumat verilib. “Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərin diqqətinə çatdırır ki, sükan arxasında mobil telefondan istifadə ən təhlükəli vərdişlərdən biridir. Bu, sadəcə qayda pozuntusu deyil, məsuliyyətsizlik və həm özünün, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atmaq deməkdir. Mobil telefondan istifadə zamanı yaranan əsas təhlükələr: Diqqətin yayınması: Telefona baxan sürücü yolda baş verənləri vaxtında görə bilmir, piyadaları və digər nəqliyyat vasitələrini nəzərdən qaçırır. Reaksiyanın gecikməsi: Telefonla məşğul olan sürücünün reaksiyası 2–3…
Read More