Cəmiyyət 

Nizami Rəhmanlı vəfat edib

Yazıçı və jurnalist Nizami Rəhmanlı vəfat edib. O bu gün 74 yaşında dünyasını dəyişib. Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb və “Azərbaycan”, “Respublika” və “Panorama” qəzetlərində çalışıb. Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifidir.

Read More
Cəmiyyət 

Avtobuslarda qiymət artıb, bəs keyfiyyət? – Nə oturmağa, nə də dayanmağa yer var

Bakıda 119 nömrəli marşrut avtobusundan istifadə edən sərnişinlər hər gün eyni saatlarda yaranan sıxlıqdan şikayətçidirlər. Vəziyyət o yerə çatıb ki, avtobusda nə oturmağa, nə də dayanmağa yer qalmır. Sərnişinlərin sözlərinə görə, bu cür mənzərə hər gün təkrarlanır. Avtobusda yer olmamasına baxmayaraq, sürücü dayanacaqlarda yenə də sərnişinlərə qapını açır. Yekunda bu, təhlükəsizlik qaydalarının pozulmasına və sərnişinlərin haqlı narazılığına səbəb olur. Hər gün işə və ya dərsə yollanan sərnişinlər bu sıxlıq içində hərəkət etməyə məcbur olurlar. Narazı sakinlərdən biri vəziyyətdən çıxış yolunu belə izah edib: “Canımızın dərdindən “manatlıq” maşınlarla getmək məcburiyyətində qalırıq”.…

Read More
Cəmiyyət 

DİQQƏT: Yollarda görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, oktyabrın 13-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More
Cəmiyyət 

Şərurlu İsfəndiyardan rəzil addım: “Gizli çəkiliş edib…” – VİDEO

Məşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. ARANTV.AZ xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya əsasən, İsfəndiyar Axundov çəkiliş zamanı razılıq almadan otağında quraşdırılmış kamera ilə video qeydləri aparıb, daha sonra bu materiallardan istifadə edərək media qurumuna təzyiq göstərməyə cəhd edib. Buna səbəb isə APA TV-də şirkətin tikinti işini apardığı “Jasmine Park Qobu” layihəsində sakinlərin şikayəti iə bağlı yayımlanan süjet olub. İş adamınıən özü və şirkət nümayəndələri zəng edərək media qrumunun əməkdaşına hədə-qorxu gəliblər. Qeyd edək ki, Şərurlu İsfəndiyar son…

Read More
Cəmiyyət 

Boşanma sonrası qətllərin sayı niyə artıb?VİDEO

Son illərdə qadınlara qarşı zorakılıq və xüsusən də boşanma sonrası baş verən qətllərin sayı artmaqdadır. Mütəxəssislər bildirirlər ki, bu halların kökündə psixoloji asılılıq, qısqanclıq, sosial təzyiq və ailədaxili zorakılıq mədəniyyəti dayanır. Araşdırma göstərir ki, çox vaxt kişilər nəzarəti itirmək qorxusundan və sosial qınaqdan çəkinərək bu cür cinayətlərə əl atırlar. Problemin həlli üçün cəmiyyət və dövlət səviyyəsində preventiv tədbirlərin gücləndirilməsi vacib sayılır. Daha ətraflı İctimai TV-nin videomaterialında:

Read More
Cəmiyyət 

Azərbaycanda vulkan püskürməsi ilə bağlı SON DƏQİQƏ MƏLUMATI

Hazırda Qaradağ rayonundakı Otman Bozdağ palçıq vulkanında baş vermiş püskürmənin aktivliyi dayanıb. Bu barədə Musavat.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, hadisə güclü alovlanma ilə müşayiət olunub. İlkin hesablamalara görə, yer səthinə çıxan brekçiyanın yayıldığı ərazi təxminən 4 hektar, orta qalınlığı 1,5 metr, həcmi isə təxminən 60 min kubmetr təşkil edir. Püskürmə sahəsi boyunca konsentrik çatlar müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, eyni zamanda Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun əməkdaşları ərazidə birgə monitorinqləri davam etdirirlər. Xatırladaq ki, Otman Bozdağ Bakı və Abşeron yarımadasının palçıq…

Read More
Cəmiyyət 

Xarici qonaqlar Şuşa türməsində: 31 azərbaycanlının qalıqları tapılan faciə məkanıVİDEO

Şuşa türməsində erməni işğalı dövründə öldürülən azərbaycanlı əsirlərin 31 nəfərinə aid nəş qalıqları aşkar edilib. Tapıntılar azad edilmiş ərazilərdə aparılan istintaq və arxeoloji tədqiqatlar zamanı müəyyənləşdirilib. Fakt işğal illərində törədilmiş insanlıq əleyhinə cinayətlərin daha bir sübutu kimi qiymətləndirilir. Ekspertiza və identifikasiya işləri davam etdirilir. Musavat.com xəbər verir ki, xarici qonaqlar Şuşa türməsində olublar. Həmin görüntünü təqdim edirik:

Read More
Cəmiyyət 

Azərbaycan millisi Fransanı necə “rüsvay” etdi…

  Uşaqdan da soruşsanız, deyəcək ki, 3:0 məhəllə futbolunda da “kruqlu porojeniya” sayılır-bəs, Azərbaycan millisi niyə sevinir? Azərbaycan millisinin oktyabrın 10-da Fransa ilə qarşılaşmasında qeydə alınan nəticə(3:0) əslində Didye Deşamın komandasında ciddi problemlər olduğunu göstərdi. Azərbaycan milli komandasının üzvləri daxil nəticələyə görə sevinənlər var. Sanki onları hələ təbrik də etməliyik ki, nə yaxşı cəmi 3 top buraxdınız, sizə afərin, məşqçilərə də “beş”… Son illər tam iki hissədə 5 müdafiəçi ilə oynayan nə klub, nə millinin oyununa baxdığımı xatırlayıram. Hətta arada 6-lıq müdafiəyə keçdiklərini də gördüm. Müasir futbolda heç dünya çempionatının…

Read More
Cəmiyyət 

Bu halda cəriməniz silinə bilər – Sürücülərin DİQQƏTİNƏ!

Sürücüləri ən çox narahat edən məsələ cərimələr,onların ödənilməsi və silinməsi mövzusudur. Praktikada yazılmış cərimələrin sonradan silinməsi halları da var. Ancaq bunun da əsası olmalıdır. Bəs hansı halda cərimə silinə bilər? Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, sürücü hər hansı bir qəzanın baş verməməsi məqsədi ilə bilməyərəkdən qaydanı pozubsa,yazılan cərimə silinə bilər. Bunun üçün vətəndaş Baş Dövlət Yol Polisi İdarəsinə müraciət etməlidir. Əsaslandırmalıdır ki,qəzadan yayınmaq üçün zəruri bir vəziyyət yaranıb.İnzibati Xətalar Məcəlləsinin son zərurət maddəsi (Red-18-ci maddə) tətbiq olunmaqla yazılmış cərimə protokoluna…

Read More