Cəmiyyət 

Azərbaycanda ov mövsümü açıq elan edildi

Ov Məsələləri üzrə Koordinasiya Şurasının iclasında bu gündən etibarən Azərbaycanda ov mövsümünün açıq elan edilməsinə qərar verilib. Musavat.com xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva məlumat verib. O bildirib ki, ölkə ərazisində alim-mütəxəssislərlə birgə quş və məməli heyvanların mütəmadi monitorinqi aparılır: “Monitorinqlərin nəticəsinə görə, son illər qlobal iqlim dəyişikliyi və Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvi toplaşma, istirahət, qidalanma, qışlama yerlərinin və miqrasiya marşrutlarının dəyişməsinə səbəb olub. Bu səbəbdən iclasda ov mövsümünün dekabrın 1-dək açıq elan olunmasına və təbiətdə baş verən proseslərin dinamikasının izlənilməsinə…

Read More
Cəmiyyət 

Bu şəxslərə daha çox pul veriləcək – DƏYİŞİKLİK

Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada ödənilən məbləğin yuxarı həddi artırılır. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Nağdsız hesablaşmalar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi iyirmi manatdan otuz manata qaldırılır./Sfera.az

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Ballıcaya ÇATDI – Açarlar təqdim edildi

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Ballıca kəndinə çatıb, açarlar təqdim olunub. Açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Qeyd edək ki, bununla Ballıca kəndinə köçürülən ailələrin sayı 215-ə (965 nəfər) çatıb.//Report

Read More
Cəmiyyət 

Rayon həkimləri ilə bağlı ilginc iddia

Peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar – səbəblər… Regionlarda ixtisaslı həkimlərin çatışmazlığı problemi hələ də aktuallığını qoruyur. Xüsusilə dar ixtisaslar üzrə həkim tapılmaması bəzi bölgələrdə tibbi xidmətlərin keyfiyyətinə mənfi təsir göstərir. Bu barədə TƏBİB-dən bildirilib. Qeyd olunub ki, rayonlarda peşəkar yaşlı həkimlər kütləvi şəkildə paytaxtdakı özəl klinikalara üz tuturlar. Gənc həkimlər isə bölgələrə getmək istəmirlər. Nəticədə çox xoşagəlməz mənzərə yaranır. Rayonlarda yaşayan insanlar adi bir cərrahiyyə əməliyyatı üçün Bakıya üz tutmaq məcburiyyətində qalırlar. Tutaq ki, əvvəllər ölkədə kardioloq, ginekoloq çatışmazlığı olardısa, bu zaman ixtisasdəyişmə edilirdi. Artıq…

Read More
Cəmiyyət 

Həmin direktordan növbəti şikayət: “50-dən çox adamı işdən çıxarıb…”

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecinin dəftərxana müdiri Nigar Haşımlının təzyiqlərə məruz qalması ilə bağlı şikayətindən sonra redaksiyamıza kollec rəhbərliyi ilə bağlı daha bir neçə müraciət daxil olub.  Bu dəfə kollecin müəllimləri heç bir əsaslı səbəb olmadan kütləvi şəkildə işdən çıxarıldıqlarını deyirlər. Həmin kollecdə iqtisadiyyat fənnini tədris edən Kəmalə Nəsirovanın sözlərinə görə, ümumilikdə 5-dən çox işçi heç bir xəbərdarlıq olunmadan işdən azad olunub: “Saat azlığı bəhanəsi ilə işdən çıxarılmağımıza baxmayaraq, yeni müəllimlər işə götürür. Kim haqqını tələb edirsə, hədə-qorxu gəlinir, təhdid olunurlar. Ümumilikdə 50-dən çox işçi yeni rəhbərlik…

Read More
Cəmiyyət 

“Azərbaycanfilm” kinostudiyasında nə baş verir? – “Bu məbəd çoxdan dağıdılıb, ocağı sönüb, indi yalnız tüstüləyir…”

“Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində yenidən dəyişikliklər olub. Azərbaycan Kinematoqrafçılar İttifaqından APA-ya verilən məlumata görə, kinostudiyanın direktor müavini Davud Məlikbəyli və aparat rəhbəri Aslan Rəhimov işdən azad ediliblər. Xatırladaq ki, “Azərbaycanfilm” kinostudiyasının rəhbər heyətində dəyişikliklər son illərdə tez-tez baş verir. Təkcə ötən il kinostudiyanın direktoru Nazim Hüseynov və onun müavini Aydın Hüseynov öz ərizələri ilə işdən çıxmışdılar. “Azərbaycanfilm”in əvvəlki direktoru, rejissor Cəmil Quliyev 2019-cu ilin sonlarında vəzifəyə təyin olunsa da, bir il tamam olmamış istefa vermişdi. Sonra kinostudiyaya Fariz Əhmədov direktor gətirildi, lakin o da çox qısa müddətdən sonra rəhbərlikdən ayrıldı.…

Read More
Cəmiyyət 

Ballıqayada kütləvi məzarlıq – 10-dan artıq şəxsin qalıqları aşkarlandı

Ağdərənin Ballıqaya kəndi ərazisində axtarışlar zamanı 10 və daha artıq şəxsə aid olunan qalıqlar aşkar edilib. Musavat.com xəbər verir ki, bunu Ağdərədə jurnalistlərə müsahibəsində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşı Zaur İsmayılov deyib. Z.İsmayılov bildirib ki, insan qalıqlarının aşkar edildiyi yerlər əlverişli döyüş mövqeyi olub: “Buradan Ballıqaya, Sırxavənd, Bəşirlər və Narışlar kəndlərini nəzarətdə saxlamaq olur. Birinci Qarabağ müharibəsi dövründə bu ərazilərdə qızğın döyüşlər gedib. Şahidlərin ifadələrinə görə, 1993-cü ilin yanvar ayında Azərbaycan Ordusunun bir bölməsinin hərbçiləri mühasirəyə düşərək həlak olublar. Axtarışlar zamanı burada 10 və daha…

Read More
Cəmiyyət 

Bir ürək, bir bayraq, bir Vətən –Şəhid Denis Proninin hekayəsi

Vətəni sevmək millətdən deyil, vicdandan başlanır Yaranışdan bəri insanın Vətən sevgisi heç zaman dəyişməyən və hər zaman düşüncə mövzusu olan bir hissdir. Vətəni sevmək iman və vicdan nümunəsi sayılır. Bu mənada vətən sevgisi bəzən millət duyğusundan da üstün olur. Azərbaycanın igid oğlu, “Neftçilər uşağı” kimi tanınan, milliyyətcə rus Denis Pronin üçün tək böyüdüyü Bakı şəhəri yox, bütöv Azərbaycan sadəcə doğulduğu ölkə deyildi-sevdiyi, qoruduğu, mənsub olduğu müqəddəs Vətən idi. Bu gün onun şəhidliyindən 5 il ötür. Vətən müharibəsi başlayanda Denis düşünmədən ön cəbhəyə yollandı. Könüllü şəkildə, heç kimin çağırışı olmadan silaha…

Read More
Cəmiyyət 

Qarabağa qayıdanların evləri kimlərə veriləcək? – VİDEO

Artıq 15 mindən çox keçmiş məcburi köçkün öz el-obalarına qayıdıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib ki, azad edilmiş ərazilərə ilk növbədə qəzalı və ağır şəraitdə, eləcə də, yataqxana, sanatoriya kimi müxtəlif müvəqqəti məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlər köçürülür. Doğma yurdlarına qayıdanların köçkün qəsəbələrindəki evləri və şəhərdəki mənzilləri boşaldığından bu yaşayış obyektlərinin gələcək aqibəti maraq doğurur. Bəs Qarabağa qayıdan köçkünlərin evlərinin aqibəti necə olacaq? Daha ətraflı İTV-nin videomaterialında:

Read More