Cəmiyyət 

DİN kibertalamalarla bağlı əhaliyə çağırış edib – VİDEO

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı əhaliyə çağırış edib. Bu barədə Musavat.com-a nazirlikdən məlumat verilib. Bildirilib ki, dələduzlar sizə zəng edərək, mesaj yazaraq və ya link göndərərək “mütəxəssislərimiz kartınıza kibermüdaxilənin edildiyini aşkarlayıb, kartınızdakı vəsait hər an oğurlana bilər. Xahiş edirik, pulunuzun təhlükəsizliyi üçün kart məlumatlarınızı təqdim edin” deyə, sizdən bank kartınızın məxfi məlumatlarını tələb edə bilərlər: “Hətta görüntülü zəng etməklə sizi daha da özünə inandırıb yönləndirə, təlimatlar verib telefonunuzun dilini dəyişdirərək kartınızdakı pulu oğurlaya bilərlər. Bir daha qeyd edirik ki, heç bir halda bank əməkdaşı vətəndaşa zəng edib ondan bank kartının…

Read More
Cəmiyyət 

Əminə Yusifqızının qızı: “Anam ağır xəstə idi”

“Anam 3 ay idi ki, ağır xəstə idi, yaşasaydı, 90 yaşı olacaqdı”. Bunu Musavat.com-a Xalq artisti Əminə Yusifqızının qızı Səminə Əliyeva deyib. “Mənim üçün əvəzolunmaz sənətkar və ana idi. Xalqımız tərəfindən də heç vaxt unudulmayacaq və hər zaman yaddaşlarda yaşayacaq”, – deyə S.Əliyeva bildirib. Qeyd edək ki, Əminə Yusifqızı ötən gün 89 yaşında vəfat edib.

Read More
Cəmiyyət 

Slovakiyanın Baş Qərargah rəisi Azərbaycanda səfərdədir – VİDEO

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Daniel Zmekonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Musavat.com-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, əvvəlcə qonaqlar Fəxri xiyabana gələrək Ümummilli Lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını ziyarət edib, əklil və gül dəstələri qoyaraq xatirələrinə dərin ehtiram nümayiş etdiriblər. Sonra nümayəndə heyəti Zəfər parkını ziyarət edib, Zəfər abidəsinin önünə əklil qoyub. Azərbaycan Ordusunun Baş Qərargahında təşkil edilən…

Read More
Cəmiyyət 

Tovuzlu 10 yaşlı uşaq it dişləməsindən öldü, səhlənkarlıq kimdədir? – AÇIQLAMA

İt dişləyən məktəblinin bir ay sonra vəfat etməsi məsələsinə rəsmi aydınlıq gətirilib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün Tovuz rayon sakini olan 10 yaşlı uşaq Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasında ölüb. Bildirilib ki, üç gün öncə xəstəxanaya gətirilən uşağa quduzluq diaqnozu təyin olunub: “2015-ci il təvəllüdlü azyaşlı oktyabrın 5-i saat 19:10 radələrində Respublika Pediatriya Mərkəzinin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müayinələr və klinik qiymətləndirmə nəticəsində pasiyentə quduzluq…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Xalq artisti Əminə Yusifqızı VƏFAT ETDİ

Xalq artisti Əminə Yusifqızı vəfat edib. ARANTV.AZ xəbər verir ki, bu barədə “Report”a Xalq artistinin yaxınları məlumat verib. Əminə Yusifqızı 1936-cı il sentyabrın 24-də Bakıda anadan olub. Hələ məktəb illərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında maraqlı çıxışları ilə diqqət çəkib. O, 1961-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib. 1958–1964-cü illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının, 1964–1974-cü illərdə isə Azərbaycan Milli Dram Teatrının aktrisası kimi fəaliyyət göstərib. Əminə Yusifqızı səhnədə Qulu (“Anacan”, Y. Əzimzadə), Səbirə (“Son məktub”, R. İsmayılov), Humay (“Komsomol poeması”, İ. Coşğun – Səməd Vurğunun eyniadlı poeması əsasında), Ülkər…

Read More
Cəmiyyət 

Viləşçay üzərində yeni bəndlər – cənub bölgəsinin su təhlükəsizliyi üçün yeganə yol

Dünya sürətlə su qıtlığına doğru gedir. Qlobal istiləşmə, yağıntıların azalması, əhali artımı və kənd təsərrüfatının genişlənməsi nəticəsində içməli su ehtiyatları ildən-ilə azalır. BMT-nin proqnozlarına görə, 2030-cu ilə qədər Yer kürəsində içməli suya tələbat təklifdən 40 faiz artıq olacaq. Bu, bəşəriyyət üçün yaxın gələcəyin ən ciddi ekoloji və sosial təhlükələrindən biridir. Bu xəbərdarlıq artıq bir çox ölkələrdə reallığa çevrilib: Avropa dövlətləri, Türkiyə, Mərkəzi Asiya ölkələri dağ çaylarının gücündən maksimum istifadə edərək kiçik və orta ölçülü su anbarları tikirlər. Azərbaycan da bu qlobal təcrübədən kənarda qala bilməz, çünki ölkəmiz də iqlim dəyişmələrinin…

Read More
Cəmiyyət 

Boşadığı qadını bıçaqlayanların statistikası

Başlığı görüb elə hesab eləməyin ki, belə bir statistika var. Hələlik yoxdur. Amma olmalıdır. Çünki az qala həftəaşırı belə xəbərlər gəlir. Elə olur ki, bir həftənin içinə iki bənzər xəbər yerləşir. Adətdəndir, nədir, bilən yoxdur. Uzaq keçmişdə də belə haqq-hesanlar olub, yaxın keçmişdə də, hazırda da var. Bu xüsusda yayılan xəbərlərin artması göstərir ki, gələcəkdə də olacaq və nəhayə,t ortalığa rəsmi şəkildə yayılan statistik məlumat çıxacaq: “Cari ildə 365 boşanmış qadının keçmiş əri tərəfindən döyüldüyü, 35-nin bıçaqlandığı, 3500-nün hədələndiyi tərəfimizdən qeydə alınmışdır”. Yuxarıdakı rəqəmlər şərtidir. Aşağı-yuxarı yerləri ola bilər. Həyatdır.…

Read More
Cəmiyyət 

Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabrın 10-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. Bu barədə “İki sahil”ə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib. Qeyd edək ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

“İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” öz işinə başlayır

Qarabağda işğal illərində itkin düşmüş minlərlə azərbaycanlıdan hələ də bir xəbər yoxdur! Bu gün, oktyabrın 9-da Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda beynəlxalq konfrans öz işinə başlayır. Musavat.com xəbər verir ki, 9-11 oktyabr tarixlərində keçiriləcək tədbir “İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu” çərçivəsində təşkil olunub və dünyanın müxtəlif ölkələrindən, o cümlədən beynəlxalq təşkilatlardan nümayəndələr, ekspertlər dəvətlidirlər. “Gülüstan” sarayında düzənlənən konfransın əsas məqsədi müharibələr, silahlı münaqişələr və humanitar böhranlar nəticəsində itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığı gücləndirmək, təcrübə mübadiləsini təşviq etmək və…

Read More
Cəmiyyət 

Bakının bu ərazisində İŞIQ OLMAYACAQ

Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. “Azərişıq”dan Musavat.com-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 9 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində yenidənqurma-təftiş işləri aparılacaq. “Bununla əlaqədar olaraq saat 10:00-dan saat 15:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə, Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) ətraf ərazilərində və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İşlər başa çatdıqdan sonra sözügedən ərazilər…

Read More