Cəmiyyət 

Eşitmə və nitq əlilliyi olanların sayı açıqlandı

  Azərbaycanda rəsmi olaraq 12 mindən çox eşitmə və nitq əlilliyi olan şəxs var. Bu sözləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Bayramov “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında deyib. Onun sözlərinə görə, dövlət başçısının tapşırığı əsasında həyata keçirilən beş sosial islahat paketi çərçivəsində bu kateqoriyadan olan şəxslərə dəstək göstərilib: “Xüsusi qayğıya ehtiyacı olan şəxslərin inklüziv cəmiyyətə inteqrasiyası prioritet istiqamətlərdəndir. Ölkədə sosial siyasətin əsas hədəflərindən biri xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyası və onların hüquqlarının təmin olunmasıdır. Bu istiqamətdə həyata keçirilən islahatlar nəticəsində inklüziv təhsil, məşğulluq və…

Read More
Cəmiyyət 

“Qrip peyvəndi uşaqlara vurula bilərmi?” – Terapevt AÇIQLADI

“Qrip – uşaqlar arasında xüsusilə sürətlə yayıla və ciddi fəsadlara səbəb ola bilən xəstəliklərdən biridir. Onların immun sistemi tam formalaşmadığı üçün həm yoluxma riski, həm də xəstəliyin ağır keçməsi ehtimalı daha yüksək olur”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb. Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı və müxtəlif ölkələrin səhiyyə qurumları mövsümi qrip peyvəndlərinin uşaqlara vurulmasını xüsusi olaraq tövsiyə edirlər: “Sanofi Pasteur” şirkətinin istehsal etdiyi peyvənd 6 aydan yuxarı uşaqlarda təhlükəsiz şəkildə tətbiq olunur və geniş klinik tədqiqatlardan keçib.…

Read More
Cəmiyyət 

Kimlər qrip peyvəndi vurdurmamalıdır? – Nazirliyin eksperti vacib məqamları açıqladı

“Əgər artıq özünüzdə qrip əlamətlərini hiss etmisinizsə (məsələn, burun axması, boğaz ağrısı, temperatur və ya əzələ ağrıları), bu halda peyvənd vurdurmaq məsləhət görülmür. Çünki peyvənd xəstəliyin qarşısını almaq üçündür, artıq yoluxma baş verdikdə peyvənd xəstəliyi sağaltmır və bədən lazımi immun cavabı verməyə bilər”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev açıqlayıb. Onun sözlərinə görə, qrip peyvəndi 6 aydan yuxarı olan sağlam insanlar üçün ümumiyyətlə tövsiyə olunur: “Xüsusilə yaşlı şəxslər, xroniki xəstəliyi olanlar (astma, şəkərli diabet, ürək-damar, böyrək və ağciyər xəstəlikləri…

Read More
Cəmiyyət 

Azərbaycanda bu ərazidə pensiyalar tam ödənildi

Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının pensiya ödənişləri başa çatdırılıb. Musavat.com xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Pensiyaçılar, pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Cəmiyyət 

DİQQƏT: Əfv sərəncamı olacaq?

Bu ilin sonunda Azərbaycanda əfv sərəncamının veriləcəyi ilə bağlı xəbərlər yayılıb. Məlumata görə, növbəti əfv sərəncamı əvvəlkilərdən fərqli olacaq. Belə ki, ölkə başçısının əfv sərəncamına həbsdəki ictimai-siyasi fəallardan, həmçinin jurnalistlərdən bir neçəsinin adının daxil ediləcəyi bildirilir. Hətta oktyabrın 7-dən etibarən cəzaçəkmə müəssisələrində bir neçə siyasi məhbusa əfv ərizəsi yazmaq barədə tövsiyə olunduğu da iddia olunur. Bu barədə gununsesi.info məlumat yayıb. Sayt adlarının açıqlanmasını istəməyən bəzi məhbus ailələrinin məlumatı təsdiqlədiyini bildirir. İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu Musavat.com-a deyib ki, əfvə hər zaman ehtiyac var: “Hazırda həbsxanalarda çoxlu…

Read More
Cəmiyyət 

Soyqırımdan dirçəlişə – Xocalıdan Fotolar, Video

İşğaldan azad olunmuş Xocalıda həyat yenidən canlanır. 30 ilə yaxın dağıntılar içində qalmış bu şəhər bu gün dirçəlişin, ədalətin və qayıdışın simvoluna çevrilib. Musavat.com xəbər verir ki, Azərbaycan hökuməti Xocalının bərpasını Qarabağın ümumi yenidənqurma strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyənləşdirib. Artıq şəhərin Baş planı hazırlanıb və ilkin infrastruktur layihələrinin icrasına start verilib. Yeni Xocalı şəhəri “ağıllı şəhər” prinsipləri əsasında formalaşacaq. Şəhərin enerji təminatında “yaşıl texnologiyalar”, ekoloji baxımdan təmiz və müasir həllər tətbiq olunacaq. Su, kanalizasiya və elektrik xətləri çəkilir, yollar salınır, yaşayış və sosial binaların tikintisinə başlanılıb. Prezident İlham Əliyevin tapşırığına…

Read More
Cəmiyyət 

Ağdamda həyat yenidən doğulur – ƏN SON görüntülərFOTOVİDEO

İşğaldan azad olunmuş Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri davam edir. 30 ilə yaxın düşmən tapdağı altında qalan, “Qarabağın Xirosiması” adlandırılan şəhər bu gün dirçəlişin, yenidənqurmanın rəmzinə çevrilib. Azərbaycan hökuməti tərəfindən həyata keçirilən layihələr çərçivəsində Ağdamda infrastruktur tamamilə yenidən qurulur, yaşayış və sosial obyektlər tikilir, müasir şəhərcik salınır. Artıq bir neçə küçə boyunca asfaltlanma işləri yekunlaşıb, içməli su, kanalizasiya və elektrik xətləri çəkilib. Musavat.com xəbər verir ki, Ağdam şəhərinin Baş planı Prezident İlham Əliyevin 2021-ci ilin mayında imzaladığı sərəncama əsasən hazırlanıb. Şəhər “ağıllı şəhər” və “yaşıl enerji” konsepsiyasına uyğun formalaşdırılır. Yeni…

Read More
Cəmiyyət 

Azad Cəbrayılın beş ili…

Deputat qarşıdakı illərdə görüləcək işləri sadaladı; 2040-cı ildə… İşğaldan azad etdiyimiz Qarabağ torpaqlarında hazırda əsas diqqətlər həm də 30 ilə yaxın müddətdə məcburi köçkün həyatı yaşayanların öz dədə-baba torpaqlarına köçürülməsinə yönəlib. 2022-ci ilin noyabrında Prezident İlham Əliyevin Sərəncamına əsasən qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” son 3 ildə uğurla icra olunmaqdadır. Artıq qısa zaman ərzində görülən işlərin nəticəsi olaraq 50 mindən çox insan azad edilmiş torpaqlara geri qayıdıb. Bu da çox böyük uğur sayılır. Çünki Azərbaycan dövləti öz şəxsi hesabı ilə, kənardan…

Read More
Cəmiyyət 

Azərbaycan düşmənindən acı ETİRAF – Bakıda o da çay içmək istəyirdi…

  Doğrudan da qələbənin şəriki çox olur, məğlubiyyət isə adətən yetimdir. İndi bu haqq yolunu çoxdan itirmiş, başına gələn bəlaların, çəkdiyi zillət-zəlalətin əsl səbəbini etiraf eləmək istəməyən nanəcib hay toplumu da. Amma bəzən o toplumda çaşıb sözün düzünü deyənlər də olur. Bütövlükdə isə erməni cəmiyyətinin məlum dramatik olaylardan sonra islah olduğunu söyləmək təəssüf ki, mümkünsüzdür. Demək ki, bədnam tayfa qonşular üçün potensial təhlükə mənbəyi olaraq qalır… Hər necə olmasa, dəqiq sözü Ermənistanda yaxınlaşan parlament seçkiləri və referendum deyəcək: bu xalq başına gələnlərdən dərs götürübmü, hansı qüvvənin dalınca gedəcək, yenə müharibə üçün…

Read More
Cəmiyyət 

İşlətdiyimiz su daha “su qiymətinə” olmayacaq

Ekspert: “Yeni tarif qaydası əhalini qənaətə təşviq edir” Su tarifləri ilə bağlı Türkiyə və Avropa ölkələrinin təcrübələri araşdırılıb. Bu ölkələrdə geniş tətbiq edilən mexanizmlərdən biri diferensial tarif qaydasıdır. Bunu Bakıda keçirilən II Milli Rəqabət Forumu çərçivəsində panel müzakirəsi zamanı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müşaviri Əsəd Şirinov deyib. O qeyd edib ki, bu məsələ “Sudan səmərəli istifadə üzrə Milli Su Strategiyamız”da da öz əksini tapıb. Strategiyada hədəf kimi göstərilib: “Hazırda bu məsələnin təhlilini aparırıq. Təhlil başa çatdıqdan sonra müvafiq təklifimizi Tarif Şurasına təqdim edəcəyik”. Ə.Şirinov deyib ki, diferensial tarif…

Read More