Cəmiyyət 

Yol Polisi piyadalara müraciət etdi – VİDEO

Baş Dövlət Yol Polisi İdarəsinin piyadalara müraciət edib. İdarədən Musavat.com-a verilən xəbərə görə, müraciətdə deyilir: “Piyadaların qəflətən yolun hərəkət hissəsinə çıxması, yolu nəzərdə tutulmayan yerlərdən keçməsi və ya piyada zolaqlarında ləngiməsi ilk növbədə onların özləri və sürücülər üçün ciddi təhlükə yaradır. Belə qayda pozuntuları əksər hallarda xoşagəlməz nəticələrə, bəzən də ağırlıq dərəcəsi yüksək olan yol-nəqliyyat hadisələrinə səbəb olur. Qanunvericiliyin tələbinə əsasən, piyadalar yolu yalnız nəzərdə tutulmuş yerlərdən keçməli, dayanmış nəqliyyat vasitəsinin və ya görmə sahəsini məhdudlaşdıran başqa maneənin arxasından yolun hərəkət hissəsinə çıxmazdan əvvəl yaxınlaşan nəqliyyat vasitəsinin olmadığını yəqin etməli, yolun…

Read More
Cəmiyyət 

Çəhrayı Oktyabr

Oktyabr-Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayıdır Ümumdünya Süd Vəzi  Xərçəngi ilə Mübarizə Ayı hər il oktyabr ayında qeyd olunur. Bu ayın əsas məqsədi, süd vəzi  xərçəngi barədə ictimai məlumatlılığı artırmaq, erkən diaqnozun həyat qurtaran rolunu vurğulamaq və xəstəliyə qarşı qlobal həmrəylik yaratmaqdır. Süd vəzi xərçəngi dünyada qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür və hər il milyonlarla insanın həyatına təsir edir. Lakin vaxtında aparılan müayinə və düzgün müalicə ilə sağalma şansı çox yüksəkdir. Buna görə də oktyabr ayı ərzində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda maarifləndirici tədbirlər, sağlamlıq aksiyaları…

Read More
Cəmiyyət 

Ermənistanın Gəncəni üçüncü dəfə bombalamasından beş il ötür

Vətən müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından beş il ötür. “Report” xatırladır ki, 2020-ci ilin oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri növbəti dəfə atəşə tutulub. Gecə saatlarında Gəncəyə endirilən raket zərbəsi nəticəsində ölən və yaralananlar olmasa da, evlərə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib. Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175…

Read More
Cəmiyyət 

207 saylı körpələr evi ilə bağlı İDDİA: Direktor ərzaqları öz bağçasına daşıtdırıb?VİDEO

207 saylı dövlət uşaq bağçasının valideynləri iddia edirlər ki, müəssisənin direktoru Yeganə Sadıqova dövlət büdcəsi hesabına təmin olunan ərzaqları özünə məxsus digər özəl uşaq bağçasına daşıtdırır. Valideynlərin sözlərinə görə, bağçada hər bir uşaq üçün əlavə olaraq 20 manat məbləğində “fond pulu” toplanır. Həmin pulu ödəməyən uşaqlar isə bağçadan uzaqlaşdırılır. Baku TV iddiaların nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün 207 saylı bağçada olub. Bağçanın tərbiyəçisi Rəna Qocayeva bildirib ki, Yeganə Sadıqova bu iddialara görə ərizə yazaraq vəzifəsindən ayrılıb: “Yeganə müəllimə bu söhbətlərə görə ərizəsini yazıb işdən çıxıb. “Fond pulu” burada könüllüdür,…

Read More
Cəmiyyət 

Bakının bu əraziləri “plana düşdü” – Tezliklə söküləcək

2035-ci ilə qədər Bakının Baş Planının həyata keçirilməsi nəzərdə tutulub. ARANTV.AZ AzTV-yə istinadən xəbər verir ki, plan daxilində şəhər ərazisində ciddi dəyişikliklər gözlənilir. Belə ki, Bakıda istismar müddətini başa vurmuş binalar söküləcək və yerində yeni, müasir tələblərə cavab verən tikililər inşa olunacaq. Həmçinin, Mərkəzi Parkın ərazisi genişləndiriləcək. Daha ətraflı videomaterialda izləyə bilərsiniz:

Read More
Cəmiyyət 

Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb?VİDEO

Vitamin kompleksini qəbul edən vətəndaş xəstəxanalıq olub. ARANTV.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, onun iddiasına görə, həkim məsləhəti ilə vitamin kompleksi almaq üçün paytaxtdakı apteklərdən birinə yaxınlaşıb və iki ədəd vitamin alıb. İlk istifadədən səhhətinin pisləşdiyini görən vətəndaş dərmanın etiketini açıb. Məlum olub ki, etiketin altında bir etiket də var. Bu etiketdə dərmanın istifadə müddətinin bitdiyi qeyd olunub. Digərində isə yeni tarix, yeni gün yazılıb. Vətəndaş Elvin Əliyev iddia edir ki, həkim məsləhəti ilə aldığı vitamin kompleksinin yararlılıq müddəti bitsə də, qablaşdırmanın üzərindəki tarix dəyişdirlib. O deyir ki, həmin…

Read More
Cəmiyyət 

Maaş gecikəndə işçiyə əlavə faiz verilməlidir – QANUN

Bəzi hallarda işçilərin maaşlarının gecikməsi halları ilə qarşılaşırıq. Əmək Məcəlləsinə əsasən, əməkhaqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayaraq maaş verilməlidir. Əgər işçi maaşı gec alıbsa, bu zaman gecikdirilmiş hər günə görə maaşdan əlavə faiz verilməlidir. Əməkhaqqının verilməsi işəgötürənin təqsiri üzündən (əməkhaqqının müəyyən edilmiş vaxt ərzində hesablanmaması, onun müvəkkil bankdan alınmaması, maliyyə və mühasibat uçotu əməliyyatlarının vaxtında aparılmaması nəticəsində, habelə bilavasitə işəgötürənin iradəsindən və imkanlarından asılı olan hallarda) gecikdirildikdə, əgər bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, onda hər gecikdirilmiş gün üçün işçiyə əməkhaqqının azı 1 (bir)…

Read More
Cəmiyyət 

Pakistan Azərbaycana ət satmağa başlayır – qiymətlər düşəcək, yoxsa qalxacaq?

Pakistan Azərbaycana ət ixracına başlamaq üçün rəsmi icazə alıb və tədarükün operativ şəkildə həyata keçirilməsi məqsədilə yaxın vaxtlarda yerli idxal şirkətləri ilə əməkdaşlıq qurmağı planlaşdırır. “Bloom Pakistan” xəbər verir ki, bu barədə ölkənin Ticarətin İnkişafı İdarəsi (TDAP) məlumat yaylıb. Bu, Pakistanın Heyvanların Karantini Departamentinin Azərbaycan tərəfinin müəyyən etdiyi bütün baytarlıq və qida tələblərini uğurla yerinə yetirməsi sayəsində mümkün olub. İslamabad indi ixraca başlamağa hazırlaşır. TDAP artıq ət ixracatçıları və müvafiq təşkilatlarla xüsusi iclas keçirərək Azərbaycan bazarına çıxış strategiyalarını ətraflı müzakirə edib. Növbəti addımlar çərçivəsində noyabrda Pakistanın ət ixracatçılarından ibarət nümayəndə…

Read More
Cəmiyyət 

İndi hamı bu məhsulu alır – Bahalaşmaqda davam edəcək

Nyu-York əmtəə birjasında qızılın qiyməti ilk dəfə bir troya unsiyası üçün 4000 dolları ötüb. “Comex” birjasında dekabr fyuçerslərinin dəyəri 0,35% artaraq 4000,1 dollara çatıb. Lakin Bakı vaxtı ilə saat 04:54-də qiymət bir qədər enərək 3987,4 dollar səviyyəsində qalıb. Dünya bazarında qızılın bahalaşmasının səbəbi nədir? Bu proses Azərbaycana necə təsir edəcək? Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədri Toğrul Abbasquliyev “Yeni Sabah”a açıqlamasında bahalaşmanın səbəblərindən danışıb: O vurğulayıb ki, qızılın qiyməti dayanmadan artır: “Bu gün birjada 1,99 qram qızılın qiyməti 127 dollardır və hər gün bahalaşır. Təkcə 2025-ci ildə qızıl 50%-dən çox…

Read More
Cəmiyyət 

Yenə bir qadın bıçaqlandı – Mühafizə orderləri niyə işləmir?

Ramil Süleymanov: “Bu məsələdə dövlət qurumları aktiv araşdırma aparmalıdır” Mehriban Zeynalova:”Mövcid mühafizə orderləri sadəcə olaraq bir kağız parçasıdır” Xəbər verdiyimiz kimi, TƏBİB-in ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi zorakılığa məruz qalıb. Bu barədə TƏBİB-in Kommunikasiya Departamentinin rəhbəri Zamirə Adilova məlumat verib. Şirvan Şəhər Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Lamiyə Qanbayeva keçmiş həyat yoldaşı tərəfindən zorakılığa məruz qalaraq müxtəlif bədən xəsarətləri alıb. O, çoxsaylı kəsilmiş və deşilmiş yaralar diaqnozu ilə çalışdığı Şirvan Rayon Mərkəzi Xəstəxanasında cərrahi əməliyyat olunub. “Lamiyə təkcə çalışqan və məsuliyyətli əməkdaş deyil, həm də kifayət qədər mülayim, mehriban və…

Read More