Cəmiyyət 

Bağçada müəlliməsi çəkiliş qrupunu görüb pəncərədən qaçdı – VİDEO

Paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən “Sünbül” körpələr evi-uşaq bağçasında müəllimə ilə valideyn arasında yaranan mübahisə gözlənilməz hadisə ilə nəticələnib. ARANTV.AZ  “Xəzər Xəbər”ə istinadən xəbər verir ki, məsələni işıqlandırmaq üçün bağçaya gələn çəkiliş qrupu qeyri-adi bir vəziyyətlə qarşılaşıb. Məlumatlara görə, bağçanın Leyla adlı müəlliməsi valideyn Şəhla Zamanlı ilə (ad şərtidir) salfet məsələsi üstündə mübahisə edib. Valideynin iddiasına görə, müəllimə digər uşaqlardan pul yığdığını etiraf edib və hətta valideyni övladı ilə hədələyib. Şəhla Zamanlı, həmçinin bağçada uşaqlara verilən yeməyin də keyfiyyətsiz olduğunu iddia edib. Hadisəni yerində işıqlandırmaq üçün bağçaya gələn jurnalist…

Read More
Cəmiyyət 

Saç ustası olduğu deyilirdi, yenə həkimliyə başlayıb? – Video

Saxta həkim olduğu deyilən “Uğur-777” estetik klinikasında etdiyi estetik əməliyyat zamanı qeyri-etik görüntüləri yayılan Gülbadə Abdullayevanın yenidən fəaliyyətə başlamasına dair iddialar yayılıb. Sosial şəbəkələrdə “Dr. Gülü” kimi tanınan Gülbadə Abdullayevanın məlum hadisələrdən sonra indi də “Dost” estetik mərkəzində çalışdığı haqda video kadrlar yayılıb. G.Abdullayeva özü də bunu təsdiqləyib, lakin hələ ki cərrah kimi fəaliyyətə başlamadığını bildirib. Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən görüntülərlə bağlı araşdırmalar aparmışdı. Bildirilmişdi ki, Gülbadə Abdullayevanın adı Nazirliyin tibb işçilərinin vahid reysterində yoxdur. Onun tibbi fəaliyyət göstərmək səlahiyyəti mövcud deyil. Qeyd edək ki, həmin xanımın əvvəllər saç…

Read More
Cəmiyyət 

Azərbaycanda vahid maaş sistemi yaradılır – Məmurların maaşı kəskin artacaq

Azərbaycanda dövlət qurumlarında vəzifə tutan şəxslər üçün vahid maaş sistemi tətbiq olunacaq. Bakupost.az-ın əldə etdiyi məlumata görə, yeni sistemin tətbiqi müxtəlif dövlət orqanları, nazirlik, komitə və s.-də çalışan vəzifəli şəxslərin maaşları arasında qeyri-bərabərliyin aradan qaldırılması, effektiv idarətmə və bacarıqlı kadrların irəli çəkilməsinin təşviq edilməsidir. Qeyd olunur ki, ayrı-ayrı nazirliklərdə nazir müavini, aparat rəhbəri, şöbə müdiri və s. vəzifələr tutan şəxslərin maaşları arasında kəskin fərqlər mövcuddur. Vahid maaş sisteminin tətbiqindən sonra bu fərqlər aradan qalxacaq. Hazırda maaşların çox yüksək olduğu bir neçə nazirlikdə şişirdilmiş məbləğlər aşağı salınacaq, maaşların az olduğu qurumlarda…

Read More
Cəmiyyət 

“Balıqlara yem əvəzinə insan nəcisi verilir” – Azərbaycanda tükürpədici biznes

“Tualetlərdən xüsusi maşınlar vasitəsilə çəkilən tullantılar Saatlı rayonu ərazisində balıq saxlanılan göllərə, hovuzlara boşaldılır”. Bu barədə aznews.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov açıqlama verib. Onun sözlərinə görə, sözügedən məlumat quruma yeni daxil olub: “Tualetlərdən çəkilən artıqlar süni göllələrə və hovuzlara balıqların yemlənməsi məqsədi ilə boşaldılır. Bu, anormal haldır, insan həyatını məhv etməkdir. Bizə də bu haqda məlumat yeni daxil olub”. E.Hüseynov bildirib ki, sözügedən tullantıyla qidalanmış balıqları yeyən insanlar birbaşa xərçəng xəstəliyinə tutula bilər: “Bundan əlavə, mədə-bağırsaq və mənşəyi məlum olmayan xəstəliklər yarana bilər. Çünki insan orqanizmi belə sularda saxlanılan…

Read More
Cəmiyyət 

Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir – VİDEO

Birinci və ikinci siniflər birlikdə dərs keçirlər. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur. Qəbələnin Tikanlı kənd orta məktəbindəki bu vəziyyət valideynləri narazı salıb. Onlar bildirirlər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir. O da qeyd olunub ki, məktəbdə lazımi qədər müəllim də var. Hazırkı vəziyyətdə isə şagirdlər dərsləri qavraya bilmirlər. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı…

Read More
Cəmiyyət 

Bakının bəzi ərazilərində su olmayacaq

Paytaxtın bəzi hissələrinin su təchizatında fasilə olacaq Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb. Bildirilib ki, yol infrastrukturunun genişləndirilməsi ilə əlaqədar mövcud kommunikasiya xətlərinin köçürülməsi işləri çərçivəsində Nərimanov rayonunun bəzi ərazilərinin su təchizatında 2 oktyabr tarixində gün ərzində fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Ardıcıl 4 gün iş olmayacaq

Gələn ay ardıcıl 4 gün iş olmayacaq. Məlumata görə, 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.//Qafqazinfo

Read More
Cəmiyyət 

45 dəqiqəlik sistem köhnəlib?

Təhsil mütəxəssislərindən yeni təklif Son zamanlar təhsil mütəxəssisləri və pedaqoqlar arasında ən çox müzakirə olunan məsələlərdən biri məktəblərdə dərs saatlarının müddəti və tənəffüslərin vaxtıdır. Xüsusilə ibtidai siniflərdə dərs saatlarının 45 dəqiqə yox, 30-35 dəqiqə olması, eyni zamanda tənəffüslərin 5 dəqiqə əvəzinə 10-15 dəqiqə müəyyənləşdirilməsi təklif olunur. Bu, sadəcə, nəzəri fikir deyil, həm də elmi araşdırmalarla təsdiqlənmiş bir zərurətdir. Psixoloqların və pedaqoqların apardıqları tədqiqatlara görə, ibtidai sinif yaş qrupunda şagirdlərin diqqəti aktiv şəkildə cəmi 20-25 dəqiqə toplanmış olur. Daha uzun müddət davam edən dərslər isə şagirdlərdə yorğunluq, diqqət dağınıqlığı və öyrənmə…

Read More