Cəmiyyət 

Kəlbəcər və Şahdağa QAR YAĞDI

Ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yüksək dağlıq ərazilərə-Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax (Sarıbaş), Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6, Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq (Quba) Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3 mm-dək qeydə…

Read More
Cəmiyyət 

Avtobuslarda 60 qəpik fırıldağı: “Maşınkam işləmir deyə qiymət tablosu yazmamışam” REPORTAJ FOTOLAR

Bu gündən etibarən Bakı və Abşeronda bəzi marşrut avtobus xətlərində yeni gediş tarifləri tətbiq olunmağa başlanıb. Lakin bu artım bütün avtobuslara şamil olunmadığı üçün bəzi narazılıqlar və anlaşmazlıqlar müşahidə olunub. Belə ki, bəzi avtobuslar vəziyyətdən sui-istifadə edərək gedişhaqqını olduğu kimi göstərməyiblər. İlk olaraq xatırladaq ki, paytaxt və ətraf ərazilərdə fəaliyyət göstərən marşrut avtobuslarının təxminən yarısında gediş haqqı artırılıb. Digər xətlərdə isə əvvəlki tarif – 50 qəpik – qüvvədə qalır. Elektron ödəniş üsullarından, xüsusilə “m10” və “Birbank” mobil tətbiqlərindən istifadə edən sərnişinlər yeni sistemlə bağlı narahatlıqlarını dilə gətiriblər. Onların sözlərinə görə,…

Read More
Cəmiyyət 

Kolleclərə yeni təyinatlar oldu

Kolleclərə yeni təyinatlar olub. Bu barədə Musavat.com-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, müvafiq əmr ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər. Qeyd edək ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat təhsili alıb. 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan…

Read More
Cəmiyyət 

Bakının bu ərazisində evlərdə tarakanlar gəzir – Qurumlar nə deyir?

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivindən keçən Samur-Abşeron su kanalı uzun müddətdir ki, baxımsız və antisanitar vəziyyətdədir. Sakinlərin sözlərinə görə, ərazidə zibil qutularının az olması səbəbindən plastik torbalar, məişət və qida tullantıları birbaşa kanala atılır. Lakin müşahidələr göstərir ki, ərazidə kifayət qədər tullantı konteynerləri mövcuddur. Əlavə olaraq, kanalizasiya sistemi olmadığı üçün bəzi hallarda kanal çirkab sularının axıdıldığı yerə çevrilir. Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti məlumat verib ki, kanal boyunca bütün əlçatan yol sahələrində tullantıların toplanması üçün müvafiq konteynerlər yerləşdirilib. Şikayət olunan ərazidə isə hər birində 5…

Read More
Cəmiyyət 

Bəzi marşrut avtobuslarında və metroda gediş haqqı 60 QƏPİK OLDU

Oktyabrın 1-dən etibarən bəzi marşut avtobuslarında və metroda gediş haqqı 60 qəpik olub. Publika.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Kollegiyasına istinadən xəbər verir ki, ictimai nəqliyyatda daha keyfiyyətli xidmətin göstərilməsinə zərurət yarandığı bir dövrdə sərnişindaşıma xidmətinin davamlılığını təmin etmək və “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı”nda qarşıya qoyulan hədəflərə nail olmaq məqsədilə tariflərin tənzimlənməsi ilə bağlı müvafiq qərar qəbul edilib və yeni tariflər təsdiqlənib. Qərara görə, metro nəqliyyatında, həmçinin müasir tələblərə cavab verən və yalnız nağdsız ödəniş alətləri vasitəsilə fəaliyyət göstərən müntəzəm şəhərdaxili (rayondaxili), qəsəbələrarası…

Read More
Cəmiyyət 

Azərbaycanda qızıl bazarında KƏSKİN BAHALAŞMA

Qızılın qiyməti son aylarda kəskin artmağa davam edir. Ümumiyyətlə, 2025-ci il qızılın dəyər qazanması baxımından rekordların qırıldığı il kimi dəyərləndirilir. ARANTV.AZ xəbər verir ki, Qızıl qiymətlərinin artması məhz bu il əlvan metal bazarında ön plana çıxıb və hələ də qiymətlər artmağa davam edir. Ən diqqətçəkən məqam isə 1 unsiyanın qiymətinin beynəlxalq bazarda 4 000 dollara çatmasıdır. Bu kəskin artım təbii olaraq yerli bazara da öz təsirini göstərib. Nəticədə, alıcıların əksəriyyəti qiymətlərin bahalılığından şikayətlənir. Daha ətraflı AzTV-nin süjetində

Read More
Cəmiyyət 

Gənclərdə infarkt nədən yaranır?

Son illərdə ürək-damar xəstəlikləri daha gənc yaşlarda görünməyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, əgər əvvəllər infarkt əsasən 60 yaşdan yuxarı insanlarda rast gəlinirdisə, indi 40–50 yaş arası şəxslər də risk qrupuna daxil olur. Bu, həm həyat tərzi, həm də orqanizmin təbii dəyişiklikləri ilə bağlıdır. Təzyiq və damar sərtliyi Bu yaşdan sonra damar divarları əvvəlki elastikliyini itirir. Yüksək qan təzyiqi isə damarların daxili qatını zədələyərək infarkt üçün zəmin yaradır. Xolesterin və damar tıxanıqlığı Uzun illər ərzində yığılan qeyri-sağlam qidalanma nəticəsində xolesterin lövhələri əmələ gəlir. Damarların daralması ürəyə qan axınını zəiflədir və qəfil tıxanma…

Read More
Cəmiyyət 

Məktəbli avtobusundan istifadənin qiyməti açıqlandı – VİDEO

Oktyabr ayının 1-dən Bakıda məktəb avtobusları layihəsi başlayır. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, şəhər mərkəzində yerləşən müəyyən məktəblər bu layihəyə cəlb olunur. Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçi Orxan Abbasov deyib ki, bu proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, layihəyə 1200-dən çox şagird qoşulub: “Artıq 1200-dən çox şagird istifadəçimiz var. Bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən isə digər məktəblərdə də istifadəyə veriləcəkdir. Valideynlər mobil tətbiqi yükləyərək öz uşaqlarının məktəblərini seçə, öz uşaqlarını əlavə edə…

Read More
Cəmiyyət 

Metropolitenin iş rejimi dəyişdiriləcək

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Futbol Klubunun növbəti matçı ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək. ARANTV.AZ xəbər verir ki, sabah “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçla əlaqədar paytaxtımızda təşkil edilən kütləvi tədbirlər və Bakı metropoliteninin əməliyyat planına uyğun olaraq, gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Saat 20:45-də başlanacaq oyuna azarkeş marağı nəzərə alınaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə bir sıra tədbirlər görüləcək. “Gənclik” stansiyasında nəzarət mexanizmləri artırılacaq, əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib ediləcək. Ehtiyat tədbirlər “28 May” və “Nərimanov”…

Read More
Cəmiyyət 

Yol polisi küləkli hava ilə bağlı müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. ARANTV.AZ  xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidməti oktyabrın 2-dək Bakıda və Abşeron yarımadasında, eləcə də əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir. Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı yüksək olan…

Read More