Cəmiyyət 

Qripdən necə qorunmaq olar? – İnfeksionistdən tövsiyələr

“Ölkə ərazisində qrip və soyuqdəymə hallarının artdığı müşahidə olunur. Bu həm fəsil dəyişməsi, həm də virus infeksiyalarının aktivləşməsi ilə bağlıdır”. Bunu həkim-infeksionist Aytən Ziyadova bildirib. “Profilaktik tədbirlər çox vacibdir. İlk növbədə, insanlar qapalı, havasız yerlərdə uzun müddət qalmaqdan çəkinməlidirlər. Əllərin tez-tez yuyulması, gigiyena qaydalarına əməl edilməsi vacibdir. Kütləvi toplaşmalardan mümkün qədər uzaq durmaq, öskürən və asqıran şəxslərlə yaxın təmasdan çəkinmək lazımdır”, – deyə o əlavə edib.. Pepperoni pizza A. Ziyadova qeyd edib: “İmmuniteti gücləndirən sağlam qidalanma, kifayət qədər yuxu, fiziki aktivlik mühüm rol oynayır. Xüsusən, risk qruplarına aid şəxslərə mövsümi…

Read More
Cəmiyyət 

Xocalının igid oğlu, Azərbaycanın qəhrəman şəhidi-Ceyhun Mustafazadə…  

O, Vətənə sevgisini sözlə deyil, canı ilə sübut edən gənclərimizdən biri idi. Həyatının hər anı, hər addımı torpaq sevgisi, vətənə sədaqət və qəhrəmanlıqla dolu idi. 1997-ci ilin yanvarında Xocalıdan didərgin düşmüş bir ailənin övladı kimi dünyaya gəldi amma içindəki Xocalı həsrəti onu daim mübariz və döyüşkən etdi.   Ceyhun hələ gənc yaşlarından hərbi formaya, döyüş ruhuna, ədalətə inanırdı. Xidmət etdiyi hər yerdə Vətənini uca tutdu, Günnüt əməliyyatında göstərdiyi igidliklə adını qəhrəmanlar sırasına yazdırdı. O, sadəcə bir əsgər deyildi o, Xocalının intiqamını almaq, torpaqlarımızı azad görmək istəyən bir igid idi.  …

Read More
Cəmiyyət 

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir

Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. ARANTV.AZ  xəbər verir ki, aktyorun nəşi Cümə məscidinə cənazə namazı qılınmaq üçün gətirilib. Media nümayəndələri məsciddən çıxarılıb. Tahir İmanov bildirib ki, çəkiliş dinə uyğun deyil. Halallıq vermir. Çəkiliş dayanmadan cənazə maşından çıxarılmayacaq. Aktyorla vida mərasimi Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq. Aktyoru son mənzilə yola salmağa yaxınları, ailə üzvləri, sənət dostları toplaşır. Cabir İmanov Qurd Qapısı qəbiristanlığında dəfn ediləcək. Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da günorta saatlarında idman zalında infarktdan vəfat edib.

Read More
Cəmiyyət 

Ədliyyə Nazirliyi süni intellekt əsaslı rəqəmsal xidmət istifadəyə verdi

Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilən islahatlar çərçivəsində proseslərin optimallaşdırılması və rəqəmsallaşdırılması istiqamətində növbəti addım kimi daşınmaz əmlakın bazar dəyərini müəyyən etməyə imkan verən süni intellekt dəstəkli yeni əmlak qiymətləndirmə xidməti istifadəyə verilib. ARANTV.AZ  xəbər verir ki, bu rəqəmsal xidmət daşınmaz əmlakın alqı-satqısı zamanı həm vətəndaşların, həm də notariusların istifadəsi üçün nəzərdə tutulub. Belə ki, yeni xidmət vasitəsilə alqı-satqı zamanı istər vətəndaşlar, istərsə də notariuslar mənzil, torpaq sahəsi, yaşayış və qeyri-yaşayış kateqoriyaları üzrə daşınmaz əmlakın təxmini bazar qiymətini hesablaya biləcəklər. Əmlakın əsas xüsusiyyətlərinin daxil edilməsi əsasında sistem qiymətləndirmə aparır və daim…

Read More
Cəmiyyət 

Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsi start verilir

Dövlət Sosial Müdafiə Fondu Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilmiş “Zəfər sənəti” layihəsinə start verir. Bu barədə AZƏRTAC-a fondun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, layihə çərçivəsində şəhid övladlarının əl işləri fondun veb-saytında və sosial şəbəkə hesablarında nümayiş etdiriləcək. Layihəyə qoşulmaq istəyən uşaqlar əl işlərini, fotoşəkilləri, ad, soyad və ata adlarını, eləcə də şəhidin ad, soyad və ata adını qeyd etməklə, cari il noyabrın 1-dək dsmf_projects@sosial.gov.az elektron poçt ünvanına göndərə bilərlər.

Read More
Cəmiyyət 

Bakıda bu ərazilər qazsız qalacaq

Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsinin bəzi küçələrinin qaz təchizatında fasilə yaranacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilir ki, “Yuxarı Buzovna” qaz xəttinin kipliyə sınaqdan keçirilməsi işləri ilə əlaqədar, sentyabrın 30-da saat 10:00-dan etibarən işlər başa çatanadək göstərilən qaz kəmərində qaz təchizatı dayandırılacaq. Qaz təchizatı dayandırılan müddətdə Buzovna qəsəbəsinin Ayna Sultanova, Dənizkənarı, Ruhulla Axundov və Əliağa Ağayev küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Read More
Cəmiyyət 

Afaq Bəşirqızı Cabir İmanovdan yazdı – “İnanmaq istəmirəm”FOTO

Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən həmkarı Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib. Aktrisa həmkarının vəfatına inana bilmədiyini yazıb: “İnanmıram, Cabir… İnanmaq istəmirəm… Zəngini gözləyirəm. Gözləyirəm zəng edib deyəcəksən ki, Afaq xanım bu bir zarafatdır. Bütün zarafatlarını sevə-sevə qəbul edərdim. Bu, çox ağır oldu. Qəbul edə bilmirəm, başa düşürsən?! İnana bilmirəm ki, aramızda yoxsan… Sən ürəyimdə, könlümdə elə bir iz buraxmısan ki, mənim üçün hər zaman əbədi yaşayacaqsan! Sözlər belə boğazımda düyünlənib qalıb. Ruhun şad olsun, əziz insan”. Xatırladaq ki, A.Bəşirqızı və C.İmanov “Bəxt üzüyü 2” filmində birgə…

Read More
Cəmiyyət 

Toy karvanında hərəkət edənlərə XƏBƏRDARLIQ

“Təəssüf ki, dəfələrlə toy mərasimləri zamanı avtonəqliyyat vasitələri ilə törədilən kobud qayda pozuntularının doğurduğu faciələr, məhv olan gənc talelər haqda məlumat verilməsinə baxmayaraq, hələ də bu qəbildən olan hadisələrlə rastlaşırıq”. ARANTV.AZ  xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. BDYPİ bir daha xəbərdarlıq edir ki, yeni ailə quran gənclərin sevincinə şərik olmaq niyyəti ilə toy karvanlarına qoşulan sürücülər digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını unutmamalı, əksinə bir neçə nəqliyyat vasitəsinin ardıcıl hərəkəti zamanı şəraitin daha da mürəkkəbləşdiyini nəzərə almalı, məsuliyyətsiz davranmaqla xoşagəlməz…

Read More
Cəmiyyət 

Xalq artistinin SON DURUMU

“Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabildir”. Bunu APA-ya açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, reanimasiya, anesteziya şöbəsinin rəisi Tural Sadıqov deyib. “Hazırda hemodializ alır, spontan tənəffüsdədir. Huşu yuxuya meyillidir”, – o bildirib. Qeyd edək ki, Xalq artisti Ramiz Quliyev Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə yerləşdirilib. Heydər Əliyev Fonduna Xalq artistinin səhhətini nəzarətə götürüb.

Read More