Məktəblini soyundurub videoya çəkiblər? – VİDEO
Sosial şəbəkələrdə 281 saylı tam orta məktəbin 7-ci sinif şagirdinin soyundurularaq videoya çəkilməsi ilə bağlı iddialar yayılıb. Həmin məktəbin şagirdləri məsələ ilə bağlı Baku TV-yə danışıblar. “Deyilənə görə, onun özü soyunub. Deyəsən videonu sinfin adını batırmaq üçün çəkiblər. İndi də həmin sinif dağılır, uşaqlar sinifdən çıxır. Uşaqda çatışmazlıq var, gələn-gedənə sataşır. İndi də həmin uşaq dərsə gəlmir”, – şagirdlər bildirib. Valideynlər isə bu hadisədən narahat olduqlarını qeyd ediblər. Onlar məktəb tərəfindən uşaqlara bu məsələ ilə bağlı danışmağa qadağa qoyulduğunu və təhsil müəssisəsində bu cür hadisələrin bir neçə dəfə yaşandığını deyib.…
Read More