Cabir İmanov idman zalında vəfat etdi
Əməkdar artist Cabir İmanov vəfat edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briadası çağırılsa da, 49 yaşlı aktyor vəfat edib. Məlumat üçün bildirək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983–1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 1992-ci ildə KVN çempionu, 1995-ci ildə KVN…
Read More