“Ermənistan tarixi şansı qaçırır, regionda kommunikasiya üstünlüyü Azərbaycan və Gürcüstana keçir”
Musavat.com xəbər verir ki, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Prezidentin Gürcüstana səfəri fonunda regiondakı geosiyasi və kommunikasiya proseslərini şərh edib.
Sabiq nazir bildirib ki, Ermənistanın hazırkı siyasəti onu regionun əsas nəqliyyat və kommunikasiya layihələrindən kənarda saxlayır və bu vəziyyət Azərbaycanla Gürcüstanın rolunu daha da gücləndirir.
Zülfüqarovun açıqlamasını peşəkar şəkildə Azərbaycan dilinə tərcümədə olduğu kimi təqdim edirik:

“Prezidentimizin Gürcüstana səfəri və Avrasiyanın “quru Süveyş kanalı”…
Kremlin “1 aprel polemikası” Paşinyanın ətrafında baş verənlər məndə belə bir qənaəti daha da möhkəmləndirdi ki, o, faktiki olaraq TRIPP layihəsinin praktik reallaşdırılmasını qarşıdakı parlament seçkilərində öz namizədliyinə dəstək müqabilində dəyişib.
Nəticə etibarilə, Ermənistan hələlik Rusiyanın təzyiqi altında Cənubi Qafqaz ölkələrinin nəqliyyat və kommunikasiya layihələrinə qoşulmaq şansını əldən verir.
Bu isə o deməkdir ki, iki ölkə – iki kommunikasiya monopolu – “qərb, Qara dəniz istiqaməti üzrə Gürcüstan və şərq, Xəzər istiqaməti üzrə Azərbaycan” Avrasiya subkontinentinin yeganə quru və hava kommunikasiya xətti olaraq qalır.
Sərhədlərimizin həm şimalında, həm də cənubunda qeyri-sabitlik və turbulensiya uzun müddət davam edəcək.
Qara dəniz hövzəsində Türkiyə və Xəzərin şərqində yerləşən Türk Dövlətləri Təşkilatına üzv ölkələr Avropa ilə Çin arasında kommunikasiya əlaqələrini təmin edə biləcək əsas aktorlardır. Bu baxımdan Gürcüstana səfər çox önəmlidir….”
Sabiq nazirin fikirlərinə görə, regionda yaranan yeni reallıq Azərbaycanın strateji mövqeyini daha da gücləndirir və ölkəmizi Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevirir.
Musavat.com

