Cəmiyyət 

“Kupça” ala bilməyən şəxslərin NƏZƏRİNƏ

Bəzi hallarda vətəndaşlar onlara məxsus olan əmlaklara “kupça”, yəni çıxarış almaqda çətinliklərlə üzləşirlər. Belə vəziyyətlərdə əmlakın qeydiyyatı mümkün olmur və vətəndaşlar rəsmi mülkiyyət hüquqlarını tam şəkildə təsdiq edə bilmirlər. Vəkil Amid Əsgərov Metbuat.az-a açıqlamasında bildirib ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanununun 8-ci maddəsində qeyd edilib: “Çıxarış daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəddir. Vətəndaşların daşınmaz əmlaka dair çıxarış ala bilməmələrinin səbəbləri əmlakın növündən, yerləşdiyi torpaq sahəsinin kateqoriyasından, torpaq…

Read More
Cəmiyyət 

Xankəndiyə döyüşlə daxil oldu, indi təhsil alır: “Elə burda ailə quracam”

Vətənə xidmət yalnız cəbhədə deyil, bilik meydanında da davam edir. 2023-cü ilin sentyabrında baş vermiş lokal xarakterli antiterror əməliyyatında iştirak etmiş qəhrəmanlardan biri bu gün Qarabağ Universitetinin tələbəsi, İsgəndərli İlqar Habil oğludur. Gənc yaşında ön cəbhədə torpaq uğrunda mübarizə aparmış İlqar İsgəndərli indi təhsilini davam etdirərək ölkənin gələcəyi naminə yeni bir mübarizə yolunu seçib. AzEdu.az həmin tələbə ilə əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib. – İlqar bəy, sizi öncə Xankəndinin azad edilməsi uğrunda göstərdiyiniz şücaətə, daha sonra isə Qarabağ Universitetinə qəbul olmağınız münasibətilə təbrik edirik. Çox istərdik ki, sizi oxucularımıza daha…

Read More
Cəmiyyət 

Biz qocalırıq, amma o yaşlanmır

İnsanın yaşı artdıqca orqanizmdə bir çox dəyişikliklər baş verir, lakin alimlər müəyyən ediblər ki, elə bir orqan var ki, demək olar, qocalmır. Qaraciyər yaşını saxlayır Qaraciyərin yaşı insanın yaşından demək olar asılı deyil. Bu, qaraciyər hüceyrələrinin daim yenilənməsi ilə bağlıdır: orta hesabla hər bir hüceyrə üç ildən az müddətdə yenilənir. Bu regenerasiya sayəsində qaraciyər toksinləri və digər zərərli maddələri effektiv şəkildə xaric etmək qabiliyyətini qoruyur və öz funksiyalarını itirmir. Alimlər qeyd ediblər ki, hüceyrələrin çoxu hər bir neçə ildən bir yenilənsə də, bəziləri 10 ilə qədər yaşaya bilər . Bu,…

Read More
Cəmiyyət 

DİN-in hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət etdi – VİDEO

Daxili İşlər Nazirliyinin hərbi qulluqçuları və polis əməkdaşları Zəfər parkını ziyarət edib. Bu barədə Musavat.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Daxili İşlər Nazirliyinin gənc polis əməkdaşları və hərbi qulluqçuları 44 günlük Vətən müharibəsində respublikamızın ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsini ehtiramla yad ediblər. Şəxsi heyət xatirə daşının önünə gül dəstələri düzüb.

Read More
Cəmiyyət 

Hərbi prokuror Heydər Əliyev adına Hərbi İnstitutun kursantları ilə görüşdü

27 Sentyabr – Anım Günü ilə əlaqədar Hərbi Prokurorluqda Hərbi Prokurorluğun və Heydər Əliyev adına Hərbi İnstitutun rəhbərliyinin iştirakı ilə həmin təhsil müəssisəsinin kursantları ilə birlikdə tədbir keçirilib. Hərbi Prokurorluğun mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasında yerləşən “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram ifadə olunub. Ardınca Hərbi Prokurorluğun nəzdində fəaliyyət göstərən “Soyqırımı” memorial muzeyi ziyarət edilib. Tədbir Ulu Öndər Heydər Əliyevin və ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz…

Read More
Cəmiyyət 

Pomidor və xiyar bahalaşır – Səbəb nədir?

Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin “baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən…

Read More
Cəmiyyət 

Bakıda belə taksi sürücüləri də var – DİQQƏTLİ OLUN!

Bu gün taksi xidmətlərindən istifadə edənlər arasında ən çox müqayisə olunan məsələ komfort və ekonom kateqoriyalarıdır. Təcrübələr göstərir ki, komfort seçən sərnişinlər, adətən, daha rahat, təhlükəsiz və mədəni xidmətlə qarşılaşır. Ekonomda isə çox vaxt səliqəsizlik, sərt davranış və diqqətsizlik narazılıq doğurur. Belə olan halda ortaya sual çıxır: niyə komfort kateqoriyasında xidmət gözləntiləri qarşılayır, amma ekonomda əksinə, əksər hallarda məyusedici mənzərə yaranır? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövcud vəziyyəti “Yeni Sabah”a belə şərh edib: “Əslində, o taksi sürücülərinin hər biri təlimlərdən keçir, sertifikat alır və onların hər birinin narkoloji dispanserdən…

Read More
Cəmiyyət 

Yağışdan sonra bəzi əraziləri su basıb – VİDEO

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi ərazilər subasmaya məruz qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. İntensiv yağışlar nəticəsində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib. Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir. Əlavə…

Read More
Cəmiyyət 

Bakını bürüyün “toy tüstüsü” – Cərimələr artırılacaq?

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq sarayları və restoranlarda növbəti monitorinqlərə başlanılıb. Məqsəd sadədir – havaya normadan artıq tullantı yayan obyektləri aşkarlamaq və onların fəaliyyətinə qanun çərçivəsində nəzarət etmək. Bu məsələ yalnız ekoloji deyil, həm də şəhər sakinlərinin gündəlik həyatının ciddi problemidir. Paytaxtın bir çox ərazilərində insanlar toy saatlarında pəncərə açmağa belə çəkinirlər. Restoranların bacalarından qalxan tüstü və qızardılan yeməklərin ağır qoxusu ətrafa yayılır. Bəzən həmin küçələri tüstü dumanı bürüyür. Mütəxəssislər bildirirlər ki, obyektlərdə tullantıların təmizlənməsi üçün xüsusi filtrlər quraşdırılmalı və bu qurğular vaxtında yenilənməlidir. Lakin bir çox restoran bu tələblərə…

Read More