Cəmiyyət 

Azərbaycanda kolbasa istehsalı 1,5 % artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 20 min 231,8 ton kolbasa məmulatları istehsal edilib. “Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 1,5 % çoxdur. Sentyabrın 1-nə ölkədə 23,7 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 2,4 dəfə azdır. Hesabat dövründə Azərbaycanda 3 milyard 408,9 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da illik müqayisədə 10,8 % çoxdur.

Read More
Cəmiyyət 

Niyə hər gün mütləq xiyar yemək lazımdır? – çoxlarının bilmədiyi 8 üstünlük

Müntəzəm olaraq xiyar yemək sağlamlığı nəzərəçarpacaq dərəcədə gücləndirə bilər. Xiyar həm yüngül qəlyanaltı, həm də salatlara, soyuq şorbalara və ya içkilərə əlavə kimi əla seçimdir. Botanika baxımından giləmeyvə sayılır, amma mətbəxdə tərəvəz kimi istifadə olunur və həm giləmeyvənin, həm də tərəvəzin üstünlüklərini özündə birləşdirir. O, vitaminlər, minerallar və orqanizmin normal fəaliyyəti üçün lazım olan su ilə zəngindir. Lent.az xarici mediaya istinadla bu 8 üstünlüyü sizə təqdim edir: Xiyarın əsas faydaları 1. Sümüklərin sağlamlığını dəstəkləyir Xiyar K vitamini ilə zəngindir. Bu vitamin kalsiumun mənimsənilməsinə və möhkəm sümük toxumasının formalaşmasına kömək edir.…

Read More
Cəmiyyət 

Bakı metrosunda qəribə görüntü – VİDEO

Sosial şəbəkədə yayılan video marağa səbəb olub. Metroda gənc oğlan etdiyi hərəkətlə sərnişinlərin diqqətini üzərinə cəmləyib. Anidən çantasından masa çıxaran gənc üzərini suşi ilə doldurub. Daha sonra isə sərnişinlərə servis edib. Təəccüb içində qalan insanlar ona qoşularaq yeməyə davam ediblər. Həmin anları təqdim edirik: Referans

Read More
Cəmiyyət 

Azərbaycanda Bilik Günüdür

ARANTV.AZ xəbər verir ki, sentyabrın 15-dən etibarən ölkənin bütün təhsil müəssisələrində yeni tədris ili başlayıb. Bu il Azərbaycanda ümumilikdə 2,2 milyon təhsilalanın məktəb və universitetlərdə dərslərə start verdiyi bildirilib. Rəsmi məlumata görə, 2025/2026-cı tədris ilində 130 mindən çox uşaq 1-ci sinfə qədəm qoyub. Ali təhsilin bütün səviyyələrinə isə 75 min tələbə qəbul olunub. Qeyd edək ki, bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və onların yerini “Rəqəmsal məktəb” platforması tutur. Sentyabrın 15-də ümumi təhsil müəssisələrinin II–XI siniflərində ilk dərs “Konstitusiya və Suverenlik İli” mövzusuna həsr olunub. Son illərdə isə ölkədə…

Read More
Cəmiyyət 

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər

Ürək xəstələri və şəkərli diabet xəstələri qəhvə içsinlər. Bu barədə kardioloq Aleksandr Myasnikov “Rossiya 1” telekanalının efirində çağırış edib. Onun sözlərinə görə, qəhvə aritmiya riskini azaldır və qan təzyiqini normallaşdırır. Həkim qəhvə içənlərin infarkt keçirmək riskinin də azaldığını söyləyib. O əlavə edib ki, qəhvə daxili iltihabı aradan qaldırır, həmçinin çoxlu bioloji faydalı maddə ehtiva edir. Qəhvənin tərkibindəki kofein həm də canlılıq hissi verir, konsentrasiyanı və məhsuldarlığı artırır. Buna baxmyaraq, həddindən artıq miqdarda kofein narahatlıq, əsəbilik və yuxusuzluğa səbəb ola bilir. Odur ki, qəhvə istehlakını gündə 400 mq ilə məhdudlaşdırmaq tövsiyə…

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyi: Açıq ünsiyyət uşaqların yeni dərs ilinə inamla uyğunlaşmasına kömək edir

Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasının klinik psixoloqu, psixoterapevt Rövşən Nəcəfov ilə müsahibə – Rövşən müəllim, məktəbə ilk dəfə başlayan uşaqların valideynləri hansı düzgün yanaşmanı seçməlidirlər? – Məktəbə başlamaq həm uşaqlar, həm də valideynlər üçün çətin ola bilər. Bu mərhələdə narahatlıq hissi təbiidir, çünki uşaqlar müəyyən yaşa qədər əsasən valideynləri ilə sıx bağlı həyat yaşayırlar. Məktəbə başlama ilə bu dinamika dəyişir. Qeyd etmək istərdim ki, məktəb hər bir uşağın həyatında mühüm addımdır. Valideynlərin və müəllimlərin münasibəti uşağın inkişafına mühüm təsir göstərir. Uşağın ilk müqaviməti onun öyrəşməyəcəyi demək deyil. Keçid…

Read More
Cəmiyyət 

Karenə kamikadze olmağı kim əmr edib?

Biz uşaq olanda böyüklər hərdən “erməni-musurman davası”ndan (belə deyirdilər) danışardılar: elə olub, belə olub, filan-bəhmən. Amma ermənilərə kin bəsləyən yox idi, dostluq, kirvəlik institutu inkişaf edirdi: erməni ustalar kəndimizə tez-tez gəlirdilər, vicdanla bənnalıq, rəngsazlıq edirdilər. Özlərini yaxşı aparardılar – hərçənd istirahət və qidalanma məsələsində bir az kaprizləri vardı. İş üçün özlərini öldürməzdilər, bir də ətli xörək və çaxır-filan tələb edərdilər. Açığına qalsa, biz hesab edərdik ki, ermənilərlə aramızdakı süpürləşmə, atışma 1905-ci ildə, Allahverdi və İmamverdinin dövründə qalıb. 1918-ci ildə olan qırğınlardan isə heç xəbərimiz yox idi. Sadəcə, “26-lar” dair filmdə…

Read More
Cəmiyyət 

Bakıda 20 yolda “yaşıl dalğa” rejimi tətbiq edildi – SİYAHI

Yeni tədris ilinin başlanması ilə əlaqədar paytaxt yollarında nəqliyyatın intensivliyini artırmaq məqsədilə səhər saatlarından başlayaraq paytaxtın 8 prospektində və 12 küçəsində svetoforlara “yaşıl dalğa” rejimi tətbiq edilir. Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında deyilir. Həmin küçə və prospektlər aşağıdakılardır: 1. Rəşid Behbudov küçəsi; 2. Mikayıl Müşfiq küçəsi; 3. 28 May küçəsi; 4. Yusif Səfərov küçəsi; 5. Məhəmməd Füzuli küçəsi; 6. Həsən bəy Zərdabi küçəsi; 7. Səməd Vurğun küçəsi; 8. Həsənoğlu küçəsi; 9. Ceyhun Hacıbəyli küçəsi; 10. Akademik Həsən Əliyev küçəsi; 11. Əhməd bəy Ağaoğlu küçəsi; 12.…

Read More