Cəmiyyət 

Bakı metrosunda HAVASIZLIQ PROBLEMİ – Sistem niyə işləmir?

Bakı metrosu hər gün yüz minlərlə sərnişini daşıyır. Amma sərnişinlərin ən çox narazılıq etdiyi məsələlərdən biri illərdir həllini tapmayan havalandırma problemidir. Yayın ən isti günlərində vaqonlarda nəfəs almaq çətinləşib, sərnişinlər demək olar ki, havasızlıqdan əziyyət çəkirlər. Sərnişinlər Musavat.com-a bildirirlər ki, iyun-avqust ayları ərzində metroda vəziyyət dözülməz olub: “Vaqona minən kimi havasızlıq boğur. Nəfəsimizi kəsirdilər. Adamların çoxu əsəbi olurdu. İndi də sentyabr gəlib, məktəblər açılıb, tələbələr gəlib, vəziyyət daha da ağırlaşacaq”, – deyə bir sərnişin gileylənir. Metroda son illər yeni qatarların alındığı, yeni stansiyaların istifadəyə verildiyi hamıya məlumdur. Amma sərnişinlərin sözlərinə…

Read More
Cəmiyyət 

Qırmızı ət, balıq, çərəz – Payızda sağlam olmaq üçün daha hansı qidaları qəbul etməliyik?

İnsan orqanizmi təbiətlə sıx bağlıdır – hər fəsil öz rəngini, ritmini və təsirini gətirir. Təbiətdə dəyişikliklər baş verdikcə, bədənimiz də bu dəyişikliklərə uyğunlaşmağa çalışır. Hər mövsümün öz elementi var: hansı orqanın daha çox qayğıya ehtiyac duyacağını, hansı emosiyanın ön plana çıxacağını və həmin dövrdə orqanizm üçün ən faydalı qidanın nə olacağını müəyyənləşdirir. Payız isə həm bolluq, həm də yavaş-yavaş qışa hazırlıq fəsli kimi xüsusi əhəmiyyət daşıyır. Bəs soyuq günlərə doğru irəliləyərkən enerjimizi itirməmək, əksinə, daha güclü və sağlam qalmaq üçün payızda hansı qidaları qəbul etməliyik? Mövzu ilə bağlı həkim-diyetoloq Ləman…

Read More
Cəmiyyət 

İdman federasiyalarının maliyyəsi belə veriləcək – oğurlamaq çətin olacaq!

Azərbaycan idmanı beynəlxalq uğurları ilə dövlətimizin nüfuzunu yüksəltsə də, federasiyaların maliyyələşməsi, bu sahədə şəffalığın olmaması uzun illərdir mütəmadi müzakirə olunur. Məsələ ilə bağlı Musavat.com-a açıqlama verən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev deyib ki, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin necə xərcləndiyi barədə ictimaiyyətə heç vaxt ətraflı məlumat verilməyib. Zaman-zaman bu və digər Federasiya ilə bağlı maliyyə maxinasiyları haqqında məlumatlar yayılıb: “Federasiyalar ictimaiyyət qarşısında hesabatlı olmayıblar, yalnız öhdəlik olanda AFFA kimi beynəlxalq qurumlara hesabat veriblər. Hətta sosial şəbəkələrdə və idmançı dostlarımızla söhhbətdə tez – tez şikayətlənirlər ki, gündəlik təlimləri, bəzi hallarda isə yarışlarda…

Read More
Cəmiyyət 

Ekspert: “Azərbaycanda süni yağışa ehtiyac yoxdur, su ehtiyatları səmərəli istifadə edilməlidir”

Azərbaycanda su ehtiyatlarının artırılması və su qıtlığının qarşısının alınması məqsədilə süni yağış yağdırılması layihəsi diqqət mərkəzindədir. Bu istiqamətdə bir sıra pilot layihələrin həyata keçirilməsi nəzərdə tutulur. 2025-ci ilin sonuna qədər suyun əldə edilməsi üzrə texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanacaq. 2026-cı ildə pilot layihələrin keçiriləcəyi ərazilər müəyyənləşdiriləcək, 2027-ci ildə isə havadan suyun əldə edilməsi texnologiyası ilə bir pilot layihə icra olunacaq. Bəs Azərbaycanda süni yağış yağdırılmasına ehtiyac varmı? Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən ekoloq Qorxmaz İbrahimli bildirib ki, ölkənin suni yağışa ehtiyacı yoxdur. Hələ sovet dövründə üzümçülüyün inkişaf etdiyi vaxtlarda…

Read More
Cəmiyyət 

Ölən körpənin anası saxlanıldı – “Dedi ki, hirslənib yerə çırpdım” – Video

Xəbər verdiyimiz kimi, Neftçalada 1 yaşlı uşaq müəmmalı şəkildə vəfat edib. “Qafqazinfo”nun məlumatına görə, rayonun İkinci Qaralı kəndində əkizlərdən biri olan körpə oğlan uşağının anası tərəfindən öldürüldüyü iddia edilir. Belə ki, körpənin atası Səftər Allahverdiyev deyib ki, hadisədən əvvəl həyat yoldaşı psixoloji gərginlik keçirib: “Mənə zəng elədi ki, özünü çatdır, uşağın vəziyyəti yaxşı deyil. Dedi ki, “uşaq ağlamağa başladı, nə qədər etdim sakitləşdirə bilmədim, silkələyib yerə çırpdım”. S. Allahverdiyev bildirib ki, hadisədən bir neçə saat əvvəl evdə həyat yoldaşı ilə mübahisəsi olub. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, hadisəni…

Read More
Cəmiyyət 

Siqaret reklamının yeni hiylələri

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, siqaret istifadəsi hər il dünyada təxminən 8 milyon insanın ölümünə səbəb olur. Onlardan bir milyondan çoxu isə passiv siqaret çəkmənin qurbanına çevrilir. Tütün məmulatları qlobal miqyasda ən böyük səhiyyə problemlərindən biri hesab edilsə də, istehsalçı şirkətlər müxtəlif üsullarla məhsullarını cəmiyyətə sırımaqda davam edirlər. Azərbaycanda da bu proses “sorğu” adı altında həyata keçirilir, marketlərdə alıcılara yaxınlaşan satış nümayəndələri siqaret və elektron siqaretlərlə bağlı məlumat toplayır, daha sonra isə reklam xarakterli mesajlar verirlər. Halbuki qanunvericilik tütün məmulatlarının reklamını qəti şəkildə qadağan edir. Proses belə baş verir.…

Read More
Cəmiyyət 

Detokslar faydalıdır, yoxsa təhlükəli? – Diyetoloq açıqladı

Azərbaycanda detoks mövzusu son illərdə geniş yayılsa da, bu sahədə yanlış məlumatlar da kifayət qədərdir. Diyetoloq Ləman Süleymanova Musavat.com-a bu barədə bildirib ki, detoks yalnız tibbi nəzarət altında və fərdi yanaşma ilə aparılmalıdır, əks halda sağlamlıq üçün ciddi risklər yarana bilər: “Hər bir insanın bədəni fərqlidir və detoks proqramları onun sağlamlıq vəziyyətinə uyğun hazırlanmalıdır. Bu prosesə qan analizləri, UZİ və digər müayinələr daxildir. Arıqlama, mədə-bağırsaq problemləri, su balansı, arterial təzyiq kimi göstəricilər nəzərə alınaraq fərdi proqram tərtib olunur”. Diyetoloq vurğulayıb ki, sosial şəbəkələrdə “detoks çayları” və proqramlarını reklam edən şəxslərin…

Read More
Cəmiyyət 

Azərbaycanlı bərbər Yekaterinburqda saxlanıldı – FOTO

Yekaterinburqun Koltsovo hava limanında gömrükçülər Bakıdan gələn 29 yaşlı bərbəri saxlayıblar. Onun salonuna gətirməyi planlaşdırdığı bəyan edilməmiş ülgüclər və digər avadanlıqları aşkar edilib. Məlumata görə, sərnişin “yaşıl dəhliz”dən keçərkən gömrükçülər onun baqajında ümumi çəkisi 5 kq-dan çox olan saç kəsən maşınlar və mumu qızdırmaq üçün qab aşkar edib. Sərnişin mallara dair bəyannamə doldurmadığını və gömrük qaydalarını tanımadığını bildirib. Bərbər barəsində İnzibati Xətalar Məcəlləsinin 16.2-ci maddəsi (malların bəyan edilməməsi) üzrə inzibati iş açılıb./Milli.az/

Read More
Cəmiyyət 

Göyə fişəng atırıq, başımıza zəhər tökülür

Bakıda toy şənliklərini və ad günlərini fişəngsiz təsəvvür etmək çətindir. İnsanlar xoş günlərinə xüsusi bir bayram ovqatı bəxş etmək üçün fişənglərdən istifadə edir. Amma çoxlarının diqqət etmədiyi məqam var ki, bu parlaq görüntülərin arxasında həm insan sağlamlığına, həm də təbiətə ciddi zərər gizlənir. Ekoloq Ənvər Əliyev Musavat.com-a açıqlamasında bildirib ki, fişənglərin əsas quruluşu sadə görünsə də, əslində, kimyəvi baxımdan olduqca mürəkkəbdir: “Fişəngin yanar hissəsini fitil təşkil edir. Fitil alışaraq qara barıtı yandırır. Daha sonra isə alüminium tozu kimi metallarla oksidləşdirici maddələr reaksiyaya girir və nəticədə güclü alov, partlayış, işıq yaranır.…

Read More