Cəmiyyət 

Xocalının Şuşakənd kəndinə ilk köç oldu-FOTO

Sentyabrın 11-də Xocalının Şuşakənd kəndinə ilk qayıdış oldu.Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, “Böyük Qayıdış” proqramı çərçivəsində ilk mərhələdə kəndə 15 ailədən ibarət 59 keçmiş məcburi köçkün qayıdıb.Bu gün mənzillərin açarları ailələrə təqdim edilib. Şuşakənd kəndində sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri infrastruktur yaradılıb. Kənddə müasir standartlara cavab verən yeni yollar çəkilib. Sakinlər elektrik enerjisi, təbii qaz və içməli su ilə tam təmin olunub. Bununla yanaşı sosial obyektlərin fəaliyyətə başlaması üçün də zəruri şərait yaradılıb.Tədbirdə çıxış edən…

Read More
Cəmiyyət 

Bakıdakı sevgilisini görmək üçün oğurluq etdi, pulu qoz-fındığa xərclədi

Saatlı rayon Gomuşçu kəndində yerləşən fərdi yaşayış evindən televizor oğurlanıb. Ev sahibləri həmin gün toyda olublar. ARANTV.AZ  xəbər verir ki, oğurluq hadisəsini törətməkdə şübhəli bilinən 20 yaşlı Şamxal saxlanılıb. Şamxal qohumu Elxan adlı şəxsin evindən televizor oğurlayıb. Həmin gün Elxan oğluna toy etdiyi üçün evdə olmayıb. Şamxal da bunu fürsət bilib. Şamxal Bakıda olan sevgilisi ilə görüşmək istəyib. Buna görə ona pul lazım olub. Pul tapa bilməyən Şamxal oğurluq etmək qərarına gəlib. Qonşusu və qohumu olan Elxanın evindən götürdüyü televizoru 200 manata satıb. Lakin televizoru satdığı şəxs 150 manatı nağd…

Read More
Cəmiyyət 

Bu ərazilərdə daha 11 məktəb açılacaq – Yenilənib

“İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub”. “Qafqazinfo” verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün keçirilən brifinqdə deyib. E. Əmrullayev bildirib ki, bu ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsi planlaşdırılır. Nazir həmçinin qeyd edib ki, növbəti tədris ilindən Ağdam, Ağdərə, Xocalı, Cəbrayıl və Kəlbəcərdə 11 ümumi təhsil müəssisəsinin fəaliyyətə başlaması planlaşdırılır: “Qarabağ və Şərqi Zəngəzurda 14 məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə 2 min 807 şagird, 334 heyət üzvü var”. *** E. Əmrullayevin sözlərinə görə,…

Read More
Cəmiyyət 

1 gündə 3 faciə – niyə hər gün eyni səhvləri təkrar edib ölürük?

Azərbaycanda elektrik cərəyanı ilə bağlı bədbəxt hadisələr kəsilmir. Ötən 1 gün ərzində ard-arda 3 faciə baş verib. Naftalan şəhərində yerləşən “Möcüzəli Naftalan” sanatoriyasının 1989-cu il təvəllüdlü işçisi A. Hüseynov elektrik cərəyanı vurması nəticəsində ölüb. Ardınca Qusar rayonunun Aşağı Ləyər kəndində usta kimi fəaliyyət göstərən 1978-ci il təvəllüdlü Hacıverdi Səfərov fərdi evdə iş görərkən elektrik cərəyanına qapılaraq dünyasını dəyişib. Ağdaşda yeniyetmə uşağı elektrik cərəyanı vuraraq öldürüb. Belə ki, 2014-cü il təvəllüdlü rayon sakini Yaqub Hacıyevi yaşadığı Ağdaş şəhərindəki evin həyətində elektrik cərəyanı vuraraq öldürüb. Bu hadisələr sadəcə qəza deyil, həm də…

Read More
Cəmiyyət 

Sabah daha 4 itkin-şəhid dəfn olunacaq

Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Read More
Cəmiyyət 

ÜST: Dünyada hər il təqribən 720 min insan intihar edir

Hər il 720 mindən çox insan intihar edir və həyatına son qoymaq üçün cəhdlərin sayı da artır. Bu faciəvi statistika ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri zərərli miflərə etiraz etmək, stiqmanı azaltmaq və mərhəmətli söhbətləri təşviq etmək üçün birgə fəaliyyətə çağırıb. AZƏRTAC BMT-nin məlumatına istinadla xəbər verir ki, ÜST-nin Baş direktoru Tedros Adhanom Gebreyesus hər il sentyabrın 10-da qeyd olunan Ümumdünya İntiharın Qarşısının Alınması Günündə çıxış edərək deyib ki, “itirilən hər bir həyat ailələrdə, dostlarda, həmkarlarda və bütün cəmiyyətlərdə dərin faciəli izlər buraxır”. Bütün yaş qrupları bu faciədən təsirlənir və…

Read More
Cəmiyyət 

DYP yeni tədris ilinin başlanması ilə əlaqədar müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi yeni tədris ilinin başlanması ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib. ARANTV.AZ  xəbər verir ki, müraciətdə deyilir: “Paytaxtda yeni tədris ilinin başlanması ilə əlaqədar küçə və prospektlərdə, xüsusilə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyat vasitələrinin və piyadaların hərəkət intensivliyi artacaqdır. Bunları nəzərə alaraq, bütün sürücülərdən xahiş edirik ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, əsasən də fərdi nəqliyyat vasitələri ilə şagirdləri məktəbə aparan sürücülər dayanma-durma qaydalarını pozmamaqla avtomobillərini icazə verilən ərazilərdə saxlasınlar ki, digər hərəkət iştirakçılarının rahat və fasiləsiz hərəkətinə mane yaratmasınlar. Eyni zamanda, piyadalara…

Read More
Cəmiyyət 

TƏBİB-də və İTS Agentliyində yoxlamalar genişləndi

Hesablama Palatası bu qurumların fəaliyyətində hansı nöqsanlar aşkarlayıb? Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) maliyyə yoxlamaları aparır. “Teleqraf”a bu barədə Maliyyə Nazirliyindən məlumat verilib. Məlum olub ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə daxil olan tibbi müəssisələri də yoxlanılır. Artıq bir müddətdir Hesdablama Palatası audit hesabatlarında İcbari Tibbi Sığorta Agentliyində və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin fəaliyyətinə dair nöqsanlar açıqlayıb. Palata son olaraq İcbari tibbi sığorta fondunun (fond) 2023-2024-cü illər üçün gəlir və xərclərinin icrasının auditini aparmışdı. Maraqlı faktlar açıqlanmışdı.…

Read More
Cəmiyyət 

Orqan transplantasiyası ilə bağlı üzücü statistika – 459 uşaq…

Zülfüqar Yusifov: “Böyüklərə nisbətən uşaqlar üçün donor tapmaq çox çətindir…”  2025-ci ilin son statistikasına əsasən, 28 uşağa orqan transplantasiyası həyata keçirilib. Bu barədə APA-nın sorğusuna cavab olaraq Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib. Bildirilib ki, hazırda 459 uşaq orqan transplantasiyası üçün növbədədir.  Bəs niyə vəziyyət bu cür ağırdır? Dövlət hansı dəstəyi verə bilər? Ümumiyyətlə, ölkəmizdə əsasən hansı orqanların transplantasiyası aparılır? Mütəxəssislər qeyd edir ki, Azərbaycanda bu sahədə əsasən problem donor çatışmazlığıdır. Orqan donorluğu barədə ictimai maarifləndirmə yetərli deyil, yəni çox vaxt insanlar orqan bağışlamağa psixoloji və dini…

Read More
Cəmiyyət 

Xocavəndin Sos kəndinə ilk köç karvanı yola salınır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. ARANTV.AZ  xəbər verir ki, budəfəki mərhələdə Xocavəndin Sos kəndinə 45 nəfərdən ibarət 10 ailə yola salınır. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Read More