Cəmiyyət 

Şuşakənd və Qırmızı Bazar qəsəbəsinə ilk köç karvanı yola salındı

Xocavənd rayonunun Qırmızı Bazar, Xocalı rayonunun isə Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb. ARANTV.AZ xəbər verir ki, bu mərhələdə kəndlərə ümumilikdə 98 nəfərdən ibarət 25 ailə köçürülür. Onlardan 10 ailə (39 nəfər) Qırmızı Bazar, 15 ailə (59 nəfər) isə Şuşakənd kəndində məskunlaşacaq. Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Read More
Cəmiyyət 

“Formula 1″ə görə Bakının bəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

“Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar sentyabrın 15-dən Bakı Şəhər Halqasının (BŞH) əhatə etdiyi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə Musavat.com-a BŞH-dən məlumat verilib. Bildirilib ki, sentyabrın 19–21-i aralığında baş tutacaq yarışla bağlı logistik əməliyyatların həyata keçirilməsi məqsədilə sentyabrın 12-də gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşacaq. Məhdudiyyət tədbirin sonunadək davam edəcək. Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər isə sentyabr ın 15-də, gecə saat 01:00-dan 23 sentyabr səhər saat…

Read More
Cəmiyyət 

“Valideynlər bilməlidirlər ki,qızılca, su çiçəyi və məxmərəkdən birini keçirmək digərlərinə qarşı immunitet yaratmır” -İnfeksionist-həkim

Əhali arasında hələ də “məxmərək keçirən uşaq qızılcaya və ya su çiçəyinə tutulmur” kimi yanlış fikirlər dolaşır. İnfeksionist-həkim Etibar Qarayev BiG.AZ-a bildirib ki, bu xəstəliklər tamamilə fərqli virusların təsirindən yaranır və birini keçirmək digərlərinə qarşı immunitet yaratmır: “Qızılca yüksək hərarət, öskürək və ağır halsızlıqla gedən virus infeksiyasıdır.Məxmərək daha yüngül keçsə də, xüsusilə hamilə qadınlar üçün risklidir. Su çiçəyi – varisella-zoster virusu ilə yaranır və bədəndə qaşıntılı səpkilərlə müşayiət olunur. Valideynlər bilməlidirlər ki, məxmərək, qızılca və su çiçəyi bir-birindən fərqli xəstəliklərdir. Birini keçirmək digərinə qarşı qoruma təmin etmir. Yeganə etibarlı yol peyvənddir”, –…

Read More
Cəmiyyət 

Həll olunan qəhvə əslində nədir?

Həll olunan qəhvə bu, həqiqi qəhvə deyil. O, adi qəhvə dənələrindən hazırlanır. Sadəcə, sizin yerinizə əvvəlcədən dəmlənib və qurudulub. Lent.az qəhvə ilə bağlı bilmədiyiniz məlumatları təqdim edir: İstehsal prosesi belədir: Qəhvə dənələri yığılır, işlənir və qovrulur. Dənələr xırda üyüdülür və dəmlənir (böyük qəhvə maşınını təsəvvür edin). Alınan ekstrakt durulaşdırılır və qurudulur. Nəticədə biz suya əlavə etdiyimiz qranul və ya toz alınır. Həll olunan qəhvənin növləri: Toz halında ən geniş yayılmış və əlçatan növ. Qəhvə ekstraktının qurudulması ilə alınır. Qranul halında iri hissəciklərdir, tez həll olur, dadı daha doymuşdur. Sublimasiya olunmuş…

Read More
Cəmiyyət 

Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Read More
Cəmiyyət 

Sabah 6 minə yaxın abonentin qazı kəsiləcək

Sabah Lənkəran və Astara rayonlarında 6 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrən 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək. Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo qaz paylayıcı stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq,…

Read More
Cəmiyyət 

Payız depressiyasına SON: Səbəblərini anlayın və özünüzü qoruyun

Araşdırmalar göstərir ki, payız fəsli ilk qədəmlərini qoyar-qoymaz təxminən hər 5 nəfərdən birində depressiya, özünə qapanma və ya müxtəlif psixoloji hallar müşahidə olunur. Psixoloqlar bu vəziyyəti adətən “payız depressiyası” və ya “mövsümi affektiv pozuntu” adlandırırlar. İnsan orqanizmi təbiətlə sıx bağlıdır və mövsümlərin dəyişməsi bədənin bioloji ritmlərinə, hormonların fəaliyyətinə, hətta gündəlik əhval-ruhiyyəyə güclü təsir göstərir. Mütəxəssislərin fikrincə, payız depressiyasının yaranmasının bir neçə əsas səbəbi var. Onlardan biri yay tətilindən sonra adaptasiya çətinliyidir. Məlumdur ki, yay fəsli insanların ən çox istirahət etdiyi, təbiət qoynunda dincəldiyi, gündəlik qayğılardan bir qədər uzaqlaşdığı dövrdür. Lakin payız…

Read More
Cəmiyyət 

“Ailələr düşünür ki, qız uşağını “tez ərə vermək” onu təhlükələrdən qoruyar” – Sosioloq

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib. Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq İbrahim Cəfərov bildirib ki, cəmiyyətimizdə bəzən valideynlər ənənə və “el-obanın sözü” səbəbindən belə addımlar atırlar. Çox vaxt ailələr düşünür ki, qız…

Read More
Cəmiyyət 

Qonşuda xərçəngə qarşı peyvənd hazırdır – biz də gətirəkmi…

“Həyat göstərdi ki, o peyvəndlər lazım deyil, bunlar da… ” – tanınmış onkoloqdan xəbərdarlıq  Rusiya mRNT əsaslı xərçəng peyvəndi olan “Enteromiks”in hazır olduğunu elan edərək, xərçəngin müalicəsində inqilabi addım atıb. Hafta.az-ın yazdığına görə, Federal Tibbi-Bioloji Agentliyin (FMBA) direktoru Veronika Skvortsova “İzvestiya” qəzetinə bildirib ki, peyvənd klinikadan əvvəlki sınaqları uğurla başa vurub, təhlükəsizliyi və yüksək effektivliyini nümayiş etdirib. Skvortsova bildirib ki, “Enteromiks” peyvəndi şişlərin ölçüsünü azaltmaq və böyüməsini yavaşlatmaq qabiliyyətinə malikdir. Peyvənd hər bir xəstə üçün xüsusi hazırlanacaq və fərdin RNT strukturuna uyğunlaşdırılacaq. Bu fərdi yanaşma peyvəndin effektivliyini artırmaq, yan təsirləri…

Read More