Cəmiyyət 

Payız Azərbaycana bu tarixdə daxil olacaq

Payız fəsli Azərbaycana sentyabrın 22-si saat 22:19:16-da daxil olacaq. ARANTV.AZ  xəbər verir ki, bununla bağlı Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrası məlumat yayıb. Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək və Günəş düz şərqdə doğub, qərbdə batacaq. Günəş ekliptika üzrə hərəkət edib ekvatoru kəsərək, Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində yaz fəsli başlayacaq. Payız fəslinin uzunluğu 89 gün 20 saat 43 dəqiqə 45 saniyə olacaq.

Read More
Cəmiyyət 

Sabah 6 minə yaxın abonentin qazı kəsiləcək

Sabah Lənkəran və Astara rayonlarında 6 minə yaxın abonentin qaz təchizatı dayandırılacaq. Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Astara rayonu ərazisində, Pensər kəndindən Kijəbə qəsəbəsinədək uzanan qaz kəmərinin kipliyə yoxlanılması məqsədilə sentyabrən 11-də saat 10:00-dan işlər yekunlaşanadək Vaqo, Lələkəpeştə, Təngərüd, Maşxan kəndlərinin, həmçinin Kijəbə qəsəbəsinin bir hissəsinin qaz təchizatı dayandırılacaq. Qaz təchizatının dayandırılması ümumilikdə 1 695 abonentə təsir edəcək. Eyni tarixdə və saatda Lənkəran rayonu ərazisində yerləşən Rvo qaz paylayıcı stansiyasında qaz tənzimləyici və sərfölçmə qurğularında aşkar olunmuş qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar olaraq,…

Read More
Cəmiyyət 

Payız depressiyasına SON: Səbəblərini anlayın və özünüzü qoruyun

Araşdırmalar göstərir ki, payız fəsli ilk qədəmlərini qoyar-qoymaz təxminən hər 5 nəfərdən birində depressiya, özünə qapanma və ya müxtəlif psixoloji hallar müşahidə olunur. Psixoloqlar bu vəziyyəti adətən “payız depressiyası” və ya “mövsümi affektiv pozuntu” adlandırırlar. İnsan orqanizmi təbiətlə sıx bağlıdır və mövsümlərin dəyişməsi bədənin bioloji ritmlərinə, hormonların fəaliyyətinə, hətta gündəlik əhval-ruhiyyəyə güclü təsir göstərir. Mütəxəssislərin fikrincə, payız depressiyasının yaranmasının bir neçə əsas səbəbi var. Onlardan biri yay tətilindən sonra adaptasiya çətinliyidir. Məlumdur ki, yay fəsli insanların ən çox istirahət etdiyi, təbiət qoynunda dincəldiyi, gündəlik qayğılardan bir qədər uzaqlaşdığı dövrdür. Lakin payız…

Read More
Cəmiyyət 

“Ailələr düşünür ki, qız uşağını “tez ərə vermək” onu təhlükələrdən qoruyar” – Sosioloq

Sabirabad rayonunda 14 yaşlı qızla 20 yaşlı oğlan nişanlanıb.Bu barədə polisə məlumat daxil olduqdan sonra nişanlanan yeniyetmə ilə gəncin atası Sabirabad Rayon Polis Şöbəsinə dəvət edilib. O, qızını nişanlamaq fikrinin olmadığını, qarşı tərəfin təkidi ilə “Həri” məclisinin olduğunu deyib.İctimai asayişi pozan şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib. Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Fərzalıyev 8 sutkalıq həbs edilib. Mövzu ilə bağlı BiG.AZ-a danışan sosioloq İbrahim Cəfərov bildirib ki, cəmiyyətimizdə bəzən valideynlər ənənə və “el-obanın sözü” səbəbindən belə addımlar atırlar. Çox vaxt ailələr düşünür ki, qız…

Read More
Cəmiyyət 

Qonşuda xərçəngə qarşı peyvənd hazırdır – biz də gətirəkmi…

“Həyat göstərdi ki, o peyvəndlər lazım deyil, bunlar da… ” – tanınmış onkoloqdan xəbərdarlıq  Rusiya mRNT əsaslı xərçəng peyvəndi olan “Enteromiks”in hazır olduğunu elan edərək, xərçəngin müalicəsində inqilabi addım atıb. Hafta.az-ın yazdığına görə, Federal Tibbi-Bioloji Agentliyin (FMBA) direktoru Veronika Skvortsova “İzvestiya” qəzetinə bildirib ki, peyvənd klinikadan əvvəlki sınaqları uğurla başa vurub, təhlükəsizliyi və yüksək effektivliyini nümayiş etdirib. Skvortsova bildirib ki, “Enteromiks” peyvəndi şişlərin ölçüsünü azaltmaq və böyüməsini yavaşlatmaq qabiliyyətinə malikdir. Peyvənd hər bir xəstə üçün xüsusi hazırlanacaq və fərdin RNT strukturuna uyğunlaşdırılacaq. Bu fərdi yanaşma peyvəndin effektivliyini artırmaq, yan təsirləri…

Read More
Cəmiyyət 

Xarici ölkələrdən Azərbaycana gələn həkimlərin sayı açıqlandı – ÖZƏL

Ötən ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov mətbuat konfransında bildirmişdi ki, 200-ə yaxın həkim ölkə xaricindən qayıdaraq Azərbaycanda fəaliyyət göstərməyə başlayıb. O qeyd etmişdi ki, xaricdə yaşayan həkimlərlə daim əlaqə saxlanılır. “İlk dəfə açıqlayım ki, Almaniyada yaşayan bir qrup həkimin ölkəyə gətirilməsi ilə bağlı pilot layihə həyata keçirəcəyik. Həkimlərlə danışıqlar aparılıb, bizə kifayət qədər dəstək olurlar. Almaniyadan gələn həkimlərin gələn ildən regionlarda fəaliyyətə başlaması nəzərdə tutulur”, – o vurğulayıb. Vüqar Qurbanov Musavat.com-un əməkdaşına açıqlamasında bildirib ki, pilot layihə çərçivəsində həkimlər 5 rayonu əhatə edən bir bölgədə çalışacaqlar: “Həkimlərin…

Read More
Cəmiyyət 

Bakıda nəqliyyat sıxlığının əsas səbəbləri AÇIQLANDI

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. Bu barədə Musavat.com-a İdarədən məlumat verilib. Bildirilib ki, paytaxtda və respublikanın müxtəlif bölgələrində nəqliyyat vasitələrinin sayı artır və yol hərəkətində intizamın qorunması, hər bir sürücünün qaydalara əməl etməsi daha da vacib əhəmiyyət kəsb edir: “Parklanma və dayanma-durma qaydalarına riayət olunmaması problemlərə səbəb olur və bunun nəticəsində hərəkət zolaqları iflic olur,  digər sürücülərin manevr imkanları məhdudlaşdırılır, nəqliyyat axını ləngiyir və sıxlıq yaranır yol-nəqliyyat hadisələrinin başvermə riskini artırır. Bunun qarşısını almaq üçün sürücülərdən xahiş edilir ki, avtomobillərini yalnız nəzərdə tutulmuş dayanacaq və parklanma yerlərində saxlamalı,…

Read More
Cəmiyyət 

Vilayət Eyvazov sıra baxışı keçirdi, 180 nəfər seçildi – Nazir tapşırıqlar verdi (VİDEO)

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 10-da respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 180 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 19 nəfəri Vətən müharibəsi iştirakçısıdır. Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar…

Read More
Cəmiyyət 

Azərbaycanda süni yağış texnologiyası ilə bağlı pilot layihə icra ediləcək

2025-2027-ci illərdə Azərbaycansa süni yağış texnologiyasının inkişafı ilə bağlı üç mərhələdə tədqiqatlar aparılacaq. Bu barədə Musavat.com-a Bakı Su Həftəsi çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Məlumata görə, 2025-ci il ərzində süni yağış texnologiyasının texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanması nəzərdə tutulub. 2026-cı ildə müvafiq sahədə pilot layihə keçirilərək, ərazilər müəyyənləşdiriləcək. 2027-ci ildə isə süni yağış texnologiyası ilə bağlı 1 pilot layihə icra ediləcək.

Read More
Cəmiyyət 

Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ – VİDEO

Bir çox Avropa ölkələrində gel dırnaq boyalarının istifadəsi rəsmən qadağan edilib. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, Avropa Birliyinin bununla bağlı qadağasının səbəbi gelin tərkibindəki maddənin orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır. 16 ildir dırnaq ustası olaraq fəaliyyət göstərən Nigar Abbasova deyir ki, gel dırnaq məhsulları Azərbaycanda da geniş istifadə olunur və qadınlar arasında olduqca populyardır. Dəri zöhrəvi xəstəlikləri üzrə uzman Çinarə Hüseynova deyir ki, gel dırnaq boyalarından istifadə edərkən maksimum diqqətli olmalıdırlar. Mütəxəssislər kimyəvi maddələrdən mümkün qədər az istifadə etməyi tövsiyə edirlər. Daha ətraflı videomaterialı təqdim edirik.

Read More