Cəmiyyət 

Gel dırnaq boyalarından istifadə edən xanımlara XƏBƏRDARLIQ – VİDEO

Bir çox Avropa ölkələrində gel dırnaq boyalarının istifadəsi rəsmən qadağan edilib. ARANTV.AZ  Xəzər TV-yə istinadən bildirir ki, Avropa Birliyinin bununla bağlı qadağasının səbəbi gelin tərkibindəki maddənin orqanizmdə xərçəng riski yaratmaq ehtimalıdır. 16 ildir dırnaq ustası olaraq fəaliyyət göstərən Nigar Abbasova deyir ki, gel dırnaq məhsulları Azərbaycanda da geniş istifadə olunur və qadınlar arasında olduqca populyardır. Dəri zöhrəvi xəstəlikləri üzrə uzman Çinarə Hüseynova deyir ki, gel dırnaq boyalarından istifadə edərkən maksimum diqqətli olmalıdırlar. Mütəxəssislər kimyəvi maddələrdən mümkün qədər az istifadə etməyi tövsiyə edirlər. Daha ətraflı videomaterialı təqdim edirik.

Read More
Cəmiyyət 

Vilayət Eyvazov Qazaxıstan DİN-in nümayəndələri ilə görüşdüFOTO

Qazaxıstan daxili işlər nazirinin müavini – Milli Qvardiyanın Baş Komandanı, general-mayor Ansaqan Baltabekovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov nümayəndə heyəti ilə görüşüb. Qonaqları salamlayan V.Eyvazov hər iki dövlət başçılarının müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq Azərbaycan və Qazaxıstan Daxili İşlər nazirlikləri arasındakı əməkdaşlığın və səmərəli işbirliyinin daha da dərinləşdiyini bildirib. O, ikitərəfli əlaqələrin, xüsusilə də transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində birgə səylərin, qabaqcıl təcrübə və operativ informasiya mübadiləsinin, həmçinin yaradılan normativ-hüquqi bazanın xalqların və dövlətlərin…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! FHN əhaliyə XƏBƏRDARLIQ ETDİ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a FHN-dən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq həftəsonunadək ölkə ərazisində hava şəraitinin dəyişərək qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı proqnozlaşdırılır. Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır: “Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların…

Read More
Cəmiyyət 

Maaş kartları ilə bağlı əhaliyə MÜHÜM XƏBƏR

Hazırda dövlət, özəl müəssələrdə şirkətlər əməkdaşları üçün müəyyən bank hesabları açır. Bu isə işçilərə bank seçimi hüququ vermir. Yaxın zamanlarda ölkədə əməkhaqqı sistemində bir sıra yeniliklər gözlənilir. “Azərbaycan Mərkəzi Bankı (AMB) əməkhaqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər”. Bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib. Məsələ ilə bağlı iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu qərarın olması çox yaxşıdır. Ölkədə bank sistemi ciddi fərqlər mövcuddur: “Xüsusilə bölgələrdə bankomatlar azdır. Vətəndaş pulunu nəğdləşdirmək üçün bəzən müəyyən yol qət edir. Bu,…

Read More
Cəmiyyət 

Ətin qiymətinin növbəti “dəyişməsi” – hər dəfə toy mövsümü başlayanda belə olur

Nə olacaq bu camaatın halı? Hər gün hər şey qəpik-qəpik bahalaşır, qram-qram azalır. İstehlakçılar bir də onu görürlər ki, iki il əvvəl 50 manata aldıqları eyni ərzağa bu il artıq 100 manat verirlər. Çörəyin qiyməti neçə ildir sabitdir, artmır, əvəzində ətin qiyməti növbətini dəfə dəyişib – artıq 17-22 manat olub. Bir qrup iqtisadçı bu xüsusda birinci tələb-təklif məsələsindən danışacaq: tələb böyükdür, təklif azdır, ona görə də qiymətlərin artması təbiidir, bazar iqtisadiyyatının tələbi buymuş. Başqa bir qrup iqtisadçı söhbətə inhisarçılıqdan, korrupsiyadan girəcək, bazar iqtisadiyyatı qanunlarının zorlandığını deyəcəklər. Ancaq bütün bu danışıqların,…

Read More
Cəmiyyət 

Bakı metrosunda üz tanıma ilə ödəniş ola bilər

Bakı Metropolitenində üztanıma texnologiyası ilə gedişhaqqı ödəniş sisteminin tətbiqinə dair danışıqlar aparılır. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin kommersiya departamentinin direktoru Fərrux Fərəcullayev şirkətin media nümayəndələri üçün keçirdiyi təlimdə bildirib. Onun sözlərinə görə, hazırda “Azərbaycan Dəmir Yolları” QSC ilə birgə üztanıma texnologiyasından istifadə edərək ödəniş sisteminin inteqrasiyasına başlanılıb. F.Fərəcullayev bildirib ki, paralel olaraq Bakı metrosunda oxşar mexanizmin tətbiqi imkanları müzakirə olunur: “Belə bir sistemin yerüstü nəqliyyatda – avtobuslarda tətbiqi hava şəraiti, işıqlandırma, kameraların keyfiyyəti və digər texniki amillər kimi bir sıra çətinliklərlə bağlıdır. Buna görə də…

Read More
Cəmiyyət 

Peyğəmbərlik yuxularını görən yeganə BÜRC

Astroloqlar iddia edirlər ki, bütün bürclər arasında yalnız Balıqlar öz gələcəkləri ilə bağlı ipuçlarını yuxularda görmək qabiliyyətinə malikdirlər. Onların intuisiyası, şüuraltı ilə dərin əlaqəsi və zəngin təxəyyülü gecə görüntülərini sadəcə fantaziyalardan daha çox edir. Çox vaxt Balıqların xəyalları real xəbərdarlıqlara və ya hətta vacib həyati məsələlərin hazır həllinə çevrilir. Niyə məhz Balıqlar? Balıqlar başqalarının adətən fərq etmədiyi enerjilərə həssasdırlar. Onların emosionallığı və empatiyası onlara kollektiv əhval-ruhiyyəni “tutmağa” imkan verir. Bu işarənin xəyalları xüsusilə tutulmalar və ya tam aylar zamanı reallıqla uyğun gəlir. Balıqlar hətta qəribə və ya məntiqsiz yuxu süjetlərinə…

Read More
Cəmiyyət 

Yeni metro stansiyası nə vaxt istifadəyə veriləcək? – RƏSMİ AÇIQLAMA

Bakı Metropolitenində yeni stansiyaların istifadəyə verilməsi ilə bağlı ictimaiyyət arasında maraq artır. Hazırda bir neçə istiqamətdə tikinti işləri davam etdirilir. Yaxın aylarda yeni stansiyalardan ən azı birinin istifadəyə verilməsi planlaşdırılır. Bununla bağlı konkret tarix hələlik açıqlanmayıb, lakin ilkin mərhələdə hansı stansiyanın daha tez hazır olacağı barədə müzakirələr gedir. Mövzu ilə baku.ws-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən bildirilib ki, 2025-2030-cu illər üçün Dövlət Proqramına daxil olan stansiyalarla bağlı Bənövşəyi xəttin layihə adı “B-04” olan stansiyasında inşaatın əsas mərhələsi üzrə işlər davam etdirilir: “Bununla yanaşı, hazırda əsas təchizat məsələləri, infrastruktura dair…

Read More
Cəmiyyət 

Gülbəniz Babayeva bu məktəbə direktor təyin edildi

Xaçmaz şəhər Mehman Babayev adına 1 nömrəli tam orta məktəbə yeni direktor təyinatı olub. Bu vəzifəyə Gülbəniz Babayeva təyin edilib. O, bundan əvvəl Xaçmaz rayon Niyazoba kənd orta məktəbinin direktoru vəzifəsində çalışıb. Onun həmin təhsil ocağına rəhbərlik etdiyi 2023–2024-cü tədris ilində məktəb “Şahin” hərbi-idman oyunları yarışmasında Respublika birinciliyini, daha sonra isə Respublika üçüncülüyünü qazanıb. Həmçinin məktəbin şagirdi H. Əliyevin 102 illiyinə həsr edilmiş “Ən yaxşı təqdimat” müsabiqəsinin birinciliyinə layiq görülüb./7Times.az

Read More
Cəmiyyət 

Hava şəraiti bu tarixdən kəskin DƏYİŞƏCƏK: Əhalinin nəzərinə!

Sentyabr ayı ilə birlikdə havalar yavaş-yavaş soyumağa başlayıb. Yay fəslinin isti günləri geridə qalır, payız isə artıq özünü hiss etdirir. İqlim dəyişikliyinin təsirləri fonunda temperatur dəyişkənliyi, qəfil yağışlar və hava şəraitində gözlənilməz dalğalanmalar müşahidə olunur. Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, qarşıdan gələn qış mövsümündə bölgədə çox ciddi soyuqlar qeydə alına bilər. Bəs, nə zamandan etibarən havalar soyumağa başlayacaq? Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov News24.az-a açıqlamasında bildirib ki, havanın temperaturunun necə dəyişəcəyini dəqiq proqnozlaşdırmaq çətindir: “Bununla bağlı bəzi təhlillər aparılır. Əsasən də…

Read More