Cəmiyyət 

Pensiyaçılara ŞAD XƏBƏR – Bu tarixdən yenidən…

Rəsmi məlumatlara əsasən, 2025-ci ilin yanvar-iyun aylarında ölkədə orta aylıq əməkhaqqı 9,4 faiz yüksəlib. Əməkhaqqındakı bu artım təkcə maaşların yüksəlməsi ilə məhdudlaşmır. Qanunvericiliyə görə, hər ilin əvvəlində bütün növ əmək pensiyaları ölkə başçısının müvafiq sərəncamı ilə əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun şəkildə indeksləşdirilir. Yəni, əvvəlki ildə maaşların orta artım faizi nə qədərdirsə, növbəti ildə pensiyaların məbləği də həmin göstəriciyə əsasən artırılır. Məsələ ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda iqtisadi artım tempi stabil olaraq davam edir: “Bu…

Read More
Cəmiyyət 

Azərbaycanda ev təsərrüfatlarının internetdən istifadə etməmə səbəbləri açıqlanıb

2024-cü ildə Azərbaycandan ev təsərrüfatlarının internetdən istifadə etməmə səbəblərinin 37,8 %-i internetdən istifadə etmək bacarığının olmaması ilə əlaqədardır. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, səbəblərin 35,7 %-i internetə ehtiyac olmaması, 9,8 %-i istifadə haqqının çox yüksək olması, 0,4 %-i internetdə şəxsi məlumatların qorunmasına əminliyin olmaması, 0,2 %-i ərazidə internet xidmətinə çıxışın olmaması, 6,5 %-i internetin zərərli hesab edilməsi, 0,7 %-i internet ilə bağlı məlumatın olmaması, 0,3 %-i internetdən istifadə etməyə icazə verilməməsi, 1 %-i ərazidə texniki imkanın olmaması, 7,6 %-i digərləri ilə bağlıdır.

Read More
Cəmiyyət 

Azərbaycanda istifadəçilərin internetdən hansı məqsədlərlə yararlandığı açıqlanıb

2024-cü ildə Azərbaycanda internetdən istifadənin 39,9 %-i əyləncə, rəqəmsal kontentdən yararlanmaq məqsədi ilə edilib. “İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, internetdən istifadənin 39,5 %-i ünsiyyət, vətəndaş iştirakçılığı, əməkdaşlıq, 8,5 %-i elektron ticarət və tranzaksiyalar, 4,5 %-i məlumatın əldə edilməsi, 3,4 %-i rəqəmsal kontentin yaradılması, 1,6 %-i peşəkar fəaliyyət, 1,4 %-i təlim və təhsil, 1,2 %-i süni intellektdən yararlanmaq məqsədli olub.

Read More
Cəmiyyət 

Sabah 19:28-də başlayacaq, 82 dəqiqə davam edəcək

7 sentyabrda cari ilin ikinci və son Ay tutulması olacaq. Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “İnformasiya Təminatı və İctimaiyyətlə Əlaqələr” şöbəsindən məlumat verilib. Məlumata görə, bu tutulma da ilin ilk Ay tutulması hadisəsi kimi tam Ay tutulmasıdır. Tutulma əsasən Avropa, Asiya, Afrika, Avstraliyanı, Hind okeanı və Antarktidanı əhatə edəcək. Şimali Amerikanın qərbi, Cənubi Amerikanın şərqi, Sakit okean, Arktikada isə qismən və yarımkölgəli tutulma müşahidə olunacaq. Tutulma prosesi Bakı vaxtı ilə saat 19:28-də başlayacaq və 8 sentyabr saat 00:55-də bitəcək. Diskin tam tutulması isə 21:30-da başlayacaq və 82 dəqiqə davam…

Read More
Cəmiyyət 

“Alman maşını” tökülür, “özbək maşını” sürət yığır

Futbol azarkeşlərinin, demək olar ki, hamısı “alman maşını” ibarəsini bilirlər. Bu, Almaniyada istehsal olunan avtomobillərin yüksək keyfiyyətə malik olmasından, axıradək getməsindən qaynaqlanan ifadədir, matçda sonacan qələbə əzmi ilə oynayan, son dəqiqələrə qədər ruhdan düşməyən, mübarizədən vaz keçməyən və sayədə yüzlərlə qol vuran almaniyalı futbolçuların da imicinə yanşıyıb. Amma işə baxın, yüz ilin “alman maşını” iki gün əvvəl slovaklara uduzdular. Slovaklar isə ötən əsrlərdə Çexiya ilə birlikdə “Şkoda” markalı maşın buraxırdılar, o da “çex maşını” sayılırdı. Futbol biliciləri razılaşmayacaqlar, deyəcəklər, yox e, burada bukmeker kontorlarınının, mərc oyunları təşkil edənlərin rolu olub,…

Read More
Cəmiyyət 

Azərbaycan ərazisində radioloji vəziyyət necədir?

Azərbaycanın düzənlik ərazilərində təbii radioaktiv şüalanma səviyyəsinin dağ massivlərinə nisbətən 2 dəfəyədək kiçik olması müəyyənləşdirilib. Bu barədə Trend-in sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutundan məlumat verilib. Bildirilib ki, ölkənin bütün rayonları üzrə torpaq ərazilərdə radionuklidlərin paylanmasının tədqiqi bu torpaqlarda yalnız təbii radionuklidlərin cüzi miqdarının əkin torpaqları üçün xarakterik kiçik aktivliklərlə xarakerizə olunduğunu göstərir: “İşğaldan azad edilmiş rayonları ərazilərində, o cümlədən, İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələrindən sonra cənub rayonlarında (İmişli, Beyləqan, Fizuli, Horadiz, Cəbrayıl, Qubadlı, Lerik, Lənkəran və Astara) aparılmış radiometrik ölçmələrin…

Read More
Cəmiyyət 

Sabah maqnit qasırğası olacaq

Sabah Yerdə zəif maqnit qasırğası olacaq. ARANTV.AZ  xəbər verir ki, bu barədə Rusiyanın “Fobos” hava xidmətinin aparıcı mütəxəsisi Mixail Leus öz “Telegram” kanalında yazıb. “Cümə axşamı, sentyabrın 4-də, Moskva vaxtı ilə təxminən 22:15-də (Bakı vaxtı ilə 23:15) günəş diskinin mərkəzi yaxınlığında protuberans tullantısı baş verib, bunun nəticəsində bazar günü, sentyabrın 7-də Yerin geomaqnit sahəsinə təsir edə biləcək çox zəif koronal kütlə buraxılışı olub”, – deyə alim yazıb. Sinoptikin sözlərinə görə, bu tullantı “planetə təsir etmək üçün əlverişli mövqedə yerləşən koronal dəlikdən çıxacaq sürətli günəş küləyi axını ilə üst-üstə düşə bilər”. Bildirilir…

Read More
Cəmiyyət 

Azərbaycanda himayədar ailələrə verilən uşaqların sayı açıqlanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb. Bildirilib ki, onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27 nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaş arası uşaqlardır. Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdə yaşayırlar. Qanunvericiliyə uyğun…

Read More
Cəmiyyət 

İnternetdən dərman alışı kütləviləşir – Ölüm riski, cərimə…

Zülfüqar Yusifov: “Onlayn apteklərin mütəmadi monitorinqi aparılmalıdır” “Dərman vasitələri haqqında” qanunvericiliyə əsasən, əhaliyə dərman vasitələri yalnız aptek təşkilatları tərəfindən buraxılır. Vətəndaşlar müxtəlif internet səhifələrindən və ya sosial şəbəkələrdən onlayn şəkildə dərman vasitələri sifariş verməməli, müalicə həkiminin təyinatı əsasında dərman vasitələrini apteklərdən alıb, istifadə etməlidirlər”.  Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) bildirilib. Qeyd edilib ki, həkimin təyinatı olmadan internet üzərindən sifariş verilən dərman vasitələrindən istifadə etmək tövsiyə olunmur. Çünki düzgün doza və istifadə qaydaları həkim tərəfindən müəyyən edilməlidir. Əks təqdirdə, düzgün istifadə olunmayan dərmanlar sağlamlığa ciddi zərər yetirə bilər.…

Read More
Cəmiyyət 

Şadlıq sarayları əhaliyə “toy tutur” – məcburi menyu problemi

Restoranlar vəziyyətdən sui-istifadə edirlər; insanların məclisi tez tərk etməsi üçün konkret “alqoritm” müəyyən edilib “Təəssüflə qeyd etmək lazımdır ki, toylarımızda israfçılıq getdikcə artır. Yaslarda olduğu kimi, toylarda da israfçılıq çoxdur. İnsanlar bundan əziyyət çəkir, həqiqətən ciddi narahatlıq doğuran məsələdir. Biz ümumiyyətlə çalışmalıyıq ki, israfçılığı həyatımızdan çıxaraq, çünki dünyada bu gün ciddi proseslər gedir, insanların yaşayışı çətinləşir, qida, ərzaq çatışmazlığı artır”. Bunu deputat Ceyhun Məmmədov deyib. O bildirib ki, toylar bu gün əzablı bir məkana çevrilib (Demokrat.az). “İnsanlar səs-küydən otura bilmirlər, yeməklərin keyfiyyətində ciddi problemlər var. Baxmayaraq ki, əslində toyun məqsədi…

Read More