Cəmiyyət 

Vətəndaşlar tibbi arayışı əziyyətlə əldə edir, icbari sığorta paketinə daxil edilsinmi?

Rəşad Mahmudov: “Tibbi arayışların icbari tibbi sığorta çərçivəsində əlçatan olması ədalətli və məqsədəuyğundur” Son günlər tibbi arayışların əldə edilməsi ilə bağlı poliklinikalarda yaranan sıxlıqlar əhali arasında ciddi narazılığa səbəb olub. Vətəndaşlar bir arayış üçün bir neçə tibb müəssisəsinə baş çəkməli olduqları, tibbi arayışı bir neçə günə əziyyətlə əldə etdiklərinə dair narazılıq edirlər. “Yeni Müsavat” redaksiyasına müraciət edən vətəndaşlar hər il avqustun sonu, sentyabrın əvvəlində bu halla qarşılaşdıqlarını, saatlarla, günlərlə növbələrdə əziyyət çəkdiklərini bildirirlər.  Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sorğumuza cavab olaraq bildirib ki, ali və orta ixtisas məktəbləri, kolleclər…

Read More
Cəmiyyət 

“Yas mərasimlərinə xərclənən pullar milyonlarla manata çatır, halbuki… “

Son vaxtlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri yas mərasimlərindəki israfçılıq məsələsidir. Həm millət vəkilləri, həm də ictimaiyyət nümayəndələri bu mövzuda narahatlıqlarını ifadə edirlər. Artıq bəzi bölgələrdə israfçı dəbdəbəyə son qoyulduğu bildirilir. Lakin paradoks ondadır ki, bölgələrdə bu istiqamətdə müəyyən irəliləyişlər olsa da, böyük şəhərlərdə, xüsusilə də paytaxt Bakıda bu tendensiya davam edir. Məlum olduğu kimi yas mərasimlərinin mərhəmət və ehtiram məclisi olmaq əvəzinə yarış və nümayiş meydanına çevrilməsi, həm ailələri maddi yük altına salır, həm də dini-mənəvi dəyərlərin mahiyyətini kölgədə qoyur. ARANTV.AZ  bildirir ki, tanınmış hüquqşünas, sabiq millət vəkili,…

Read More
Cəmiyyət 

Viruslar qayıdır – 9 gün sonra…

Həkim deyir ki, yeni mutasiyalar olacaq, buna görə valideynlər diqqətli olmalıdırlar; “Əgər yanaşı xəstəliklər, allergiya, burun-boğaz problemləri varsa…” Sentyabrın ikinci yarısında məktəblərdə və ali məktəblərdə dərslərin bərpası ilə virus infeksiyalarının yayılma riski artacaq. Bu barədə danışan Səhiyyə Nazirliyinin infeksionist-eksperti Təyyar Eyvazov bildirib ki, insanların qapalı məkanlarda – dəhlizlərdə və sinif otaqlarında toplanması daha sıx təmaslara şərait yaradır.  Bəs azyaşlılar və valideynlər nələrə diqqət etməli? Hansı qrup uşaqlar infeksiyalara daha həssasdır? Gülşən Əliyeva Həkim-pediatr Gülşən Əliyeva mövzu ilə bağlı “Yeni Müsavat”a şərh verib: “Hər il payız-qış mövsümündə havaların soyuması ilə əlaqədar yeni…

Read More
Cəmiyyət 

Bu əlamətlər şəkər xəstəliyinin xəbərçisidir

Şəkər xəstəliyinin ilkin əlamətləri açıqlanıb. Milli.Az bildirir ki, Farmasevt Şina Bagga Daily Mirror-a verdiyi açıqlamada,bu ciddi xəstəliyə yol açan simptomları sadalayıb. O qeyd edib ki, prediyabet zamanı qan şəkəri normadan yüksək olur, amma ikinci tip diabet üçün hələ kifayət qədər yüksək deyil. Əgər həyat tərzi dəyişdirilməsə, bu vəziyyət zamanla diabetə çevrilə bilər. Daimi yorğunluq və halsızlıq hissi, tez-tez sidiyə getmə, səbəbsiz çəki itkisi, görmənin zəifləməsi, daimi susuzluq, təkrarlanan maya infeksiyaları (məsələn, göbələk infeksiyaları), yaraların gec sağalması bu xəstəliyin əlamətlərindəndir. Bu əlamətləri hiss edən şəxslər həkimə müraciət etməli və qan şəkəri…

Read More
Cəmiyyət 

Ailə faciəsinə səbəb olan “besedka” kustar üsulla qurulubmuş – Video

Naxçıvanın Şahbuz rayonu Ayrınc kəndində baş verən ailə faciəsinin təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki, şəhər sakinləri – 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və nənələri 1947-ci il təvəllüdlü Səkinə Məmmədova istirahət məqsədilə gündəlik icarəyə verilən şəxsi evlərdən birinə üz tutublar. Qadınlar süni göldə kustar üsulla dəmir çəlləklər üzərinə qurulan üzən platformanın üstünə çıxıblar, bir az üzdükdən sonra platforma aşaraq üzü aşağı çevrilib. Ata və oğul onlara kömək etmək istəyiblər, nənəni xilas etmək mümkün…

Read More
Cəmiyyət 

Həddindən artıq istilər insanı siqaret və ya ağır içkilər qədər qocalda bilər

Əgər siz temperaturun müntəzəm olaraq normadan yuxarı qalxdığı şəhərlərdə yaşayırsınızsa, sadəcə, çoxlu tərləmirsiniz, siz həmçinin soyuq iqlimlərdəki insanlardan daha tez qocalırsınız. Bu, artan istiliyə uzunmüddətli məruzqalmanın hüceyrə səviyyəsində bioloji qocalmanı sürətləndirə biləcəyi, bəzən siqaret və ya ağır içki ilə müqayisə oluna bilən tədqiqatlar toplusundan götürülmüş nəticədir. “USC Leonard Davis” gerontologiya məktəbinin gerontoloqu və yeni tədqiqatlardan birinin həmmüəllifi İyun Yanq Çoy deyir: “Bizim araşdırmamız həddindən artıq isti ərazilərdə yaşayan insanların bioloji yaşlarının daha soyuq bölgələrdə yaşayanlardan 14 aya qədər böyük olduğunu aşkar edib. Daha da təəccüblüdür ki, bu təsir hətta gəlir,…

Read More
Cəmiyyət 

Hansı qidalar daha faydalıdır? – ARAŞDIRMA

Araşdırmalar göstərir ki, evdə bişirilən və minimal işlənmiş qidalar yeyən insanlar, əsasən hazır, ultra işlənmiş məhsulları qəbul edənlərlə müqayisədə iki dəfə çox arıqlayırlar. AZƏRTAC www.sciencealert.com saytına istinadla xəbər verir ki, araşdırmaların nəticələrinə əsasən, hər iki qrup (ultra işlənmiş və minimal işlənmiş qidalar yeyənlər) çəki itirsə də, daha çox irəliləyiş minimal işlənmiş qidaları qəbul edənlərdə qeydə alınıb. Onlarda yalnız çəki itkisi deyil, həm də trigliseridlərin, yağ kütləsinin və qeyri-sağlam qidalara istəklərin azalması müşahidə olunub. Ultra işlənmiş qida yeyənlərdə də bəzi müsbət dəyişikliklər olub, lakin nəticələr daha zəifdir. Araşdırmalara görə, ultra işlənmiş qidalar, adətən,…

Read More
Cəmiyyət 

AQTA: Astara rayonunda baş verən hadisə ilə bağlı araşdırmalara başlanılıb – YENİLƏNİB

Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Bu barədə AZƏRTAC-a agentlikdən məlumat verilib. Bildirilib ki, araşdırmaların nəticəsi ilə bağlı məlumat veriləcək. 18:17 Bu gün saat 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, onlara zəruri tibbi xidmət göstərilib. Müalicələri Yoluxucu xəstəliklər şöbəsində davam etdirilən…

Read More