Cəmiyyət 

Müəllimlər üçün vahid geyimə keçid

Ekspert deyir ki, ölkə miqyasında məcburi şəkildə vahid formaya keçid müəyyən mübahisələr doğura bilər, çünki…  Samux rayonu Qarayeri qəsəbə 2 nömrəli tam orta məktəbin kollektivi 2025-2026-cı tədris ilindən vahid məktəbli geyim formasından istifadə edəcək. Məlumata görə, ötən tədris ilində keçirilmiş Pedaqoji Şurada bu barədə yekdil qərar qəbul edilib. Yeni tədris ilindən müəllimlərin yay geyim forması belə olacaq: qadınlar üçün ağ kofta, göy qalstuk və qara ətək; kişilər üçün qara şalvar, ağ köynək və qara qalstuk. Soyuq aylarda isə jilet və kostyumlardan istifadə nəzərdə tutulur. Qərar 30 nəfərdən ibarət olan pedaqoji…

Read More
Cəmiyyət 

II Əbdülhəmid Fələstini yəhudilərə niyə satmadı?

“Torpaq mənim deyil, mənim xalqımındır” O gün sosial şəbəkədə qarşıma bir video çıxdı. Ərəb dilində danışan biri yana-yana və dönə-dönə Fələstinlə yanaşı 34-cü Osmanlı sultanı və 113-cü İslam xəlifəsi II Əbdülhəmidin (1876 – 1909) adını çəkdi. Bu, məni xeyli düşündürdü. Yaddaşımın dərinliyində itib-batmış bu məsələni yenidən xatırladım. Dəqiqlik üçün II Əbdülhəmid ilə Fələstin arasındakı tarixi əlaqəni araşdırmağa qərar verdim. Sirr deyil ki, İsrailə münasibətdə Türkiyə ilə Azərbaycan (eləcə də Qazaxıstan və Özbəkistan) arasında ziddiyyət var. Və bu ziddiyyətin kökündə dayanan amillərdən biri də bu araşdırmanın nəticəsindən qaynaqlanır. Yəni çağdaş Türkiyə…

Read More
Cəmiyyət 

Qızıl alanlar, tələsin! Ay sonuna qiymət daha da artacaq-REPORTAJ, FOTOLAR

Məhərrəmlik ayı bitdikdən sonra bir neçə sahədə olduğu kimi, qızıl bazarında da canlanma müşahidə olunur. Toy, nişan mərasimləri üçün hazırlığa başlayanlar qızıl dükanlarını gəzməyə başlayıblar. Qızılın alışında isə artım davam etməkdədir. Hazırda ən çox tələbat olan türk qızılının (585 əyar) bir qramının qiyməti 135 manatdır. Bir neçə qızıl dükanında apardığımız müşahidələr göstərdi ki, qiymət hər nə qədər yüksək olsa da, alıcılar məcburən əllərini cibinə salmalı olurlar. Alıcılar bildirdilər ki, maddi baxımdan sıxıntı yaransa da, başqa yolu yoxdur, həyatda bir dəfə olan toy üçün hazırlıq görməlidirlər: Alıcı: “Qiymətlər çox bahadır. Günü-gündən də…

Read More
Cəmiyyət 

Tovuzda gəlinini döyən qayınana cərimələndi

Tovuz rayonunda gəlinini döyən qayınana cəzalandırılıb. Hadisə rayonun Abulbəyli kəndində baş verib. Rayonun Dönük Qırıqlı kənd sakini, 1971-ci il təvəllüdlü Sona Ağayeva (adı və soyadı şərtidir) Abulbəyli kəndinə, oğlunun evinə gəlib. O, evdə gəlini Səkinə Mustafayeva ilə mübahisə edib. Mübahisə davaya çevrilib və qayınana gəlinin saçından tutaraq sürüyüb. Daha sonra o, gəlini sillə və təpik zərbələri ilə döyüb. Hadisə yerinə polis əməkdaşları gəliblər. Faktla bağlı protokol tərtib edilərək məhkəməyə göndərilib. Tovuz Rayon Məhkəməsində qayınana ilə gəlinə barışıq təklif olunsa da, Samirə Mustafayeva onunla barışmayıb. Məhkəmənin qərarı ilə S.Ağayeva 300 manat…

Read More
Cəmiyyət 

“Qarabağ”ın pul kisəsi

Bizim mentalitetdə başqasının pulunu hesablamağın ayıb olduğu bəllidir, amma çoxları bu klubu özgə saymır, qazancını necə xərcləndiyini, niyə transferlərə xəsislik etdiyini bilmək istəyir, amma… Ötən həftəsonu İngiltərə Premyer-Liqasında “Liverpul”-“Arsenal” derbisinə (1:0) baxanda “Qarabağ”ın bu klubla gələn ilin yanvarında (8-ci, sonuncu turda) qarşılaşacağını göz önünə gətirmək qarışıq təəssüratlar yaratdı. İngiltərənin futbol çempionatı çox sürətlidir, hərdən peşəkar şərhçi belə qapı meydançasında rəqib meydanına ildırım sürəti ilə yetişən futbolçuların adını söyləməyə imkan tapa bilmir. Açığı, məhz çox sürətli futboluna görə İngiltərə Premyer-Liqasına baxa bilmirəm, tamaşaçı olaraq bu cür sürətli futboldan yoruluram. Amma indi…

Read More
Cəmiyyət 

Azərbaycan filmi “Oskar”a namizəd təqdim edildi

“Tağıyev: Neft” filmi Azərbaycanın “Ən yaxşı beynəlxalq bədii film” kateqoriyasında 98-ci Kino Akademiyasının “Oskar” mükafatına namizəd təqdim edilib. ARANTV.AZ xəbər verir ki, bunu “AzərTac”a Azərbaycan Film Seçimi Komitəsinin sədri kinorejissor Şamil Əliyev bildirib. O, qeyd edib ki, kateqoriya üzrə uzun siyahı oktyabr, qısa siyahı dekabrda, əsas nominasiyalar isə 2026-cı ilin yanvarında elan olunacaq. Mükafatlarılma mərasimi isə 2026-cı ilin martında Los-Ancelesdə keçiriləcək. Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb. “Tağıyev: Neft” filmi milyonçu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat yoluna…

Read More
Cəmiyyət 

Mərhum əməkdar artistin qızı – Nənəm və xalam razı olmadılar ki… – VİDEO

Xəbər verdiyimiz kimi, mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər tələbə olub. Aparıcı Lamiyyə Ələkbərovanın “Günorta efirdəyik” proqramında qonaq olan Gövhər anasının yolunu davam etdirəcəyini bildirib: “Marağım incəsənət sahəsinə idi. Sadəcə nənəm və xalam razı olmadılar və mən də jurnalistikanı seçdim. Məqsədim jurnalistika idi, ona da qəbul oldum. Onların arzularını yerinə yetirdiyim üçün ürəyim rahatlıq tapır. Amma aktrisa kimi anamın yolunu davam etdirəcəyəm. Uşaq vaxtı Türkiyədə də filmə çəkilmişəm. Bu sahəyə marağım var. Hətta müəllimlərin məni üçüncü qrupa imtahan verməyə qoymurdular. İstəyirdilər ki, beşinci qrup üzrə hazırlaşım. 426 bal toplayaraq…

Read More
Cəmiyyət 

Bakıda evlərə girən qadın kimdir? – Görüntüləri YAYILDIVİDEO

Bakının Nərimanov rayonu, Azadlıq prospektində yerləşən binaların birində qeyri-adi hadisə yaşanıb. ARANTV.AZ  Xəzər TV-yə istinadən məlumat verir ki, bir qadın bloklara daxil olaraq evlərə girməyə çalışıb. Hətta açıq qapı görən zaman içəri də daxil olub. Həmin görüntüləri isə sosial şəbəkədə sakinlər paylaşıblar. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, paytaxtın Nərimanov rayonunda yerləşən binalardan birinin mənzillərinə daxil olmağa çalışan naməlum qadınla bağlı yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılır. Həmin şəxsin saxlanılması istiqamətində müvafiq tədbirlər görülür. Ətraflı süjetdə:

Read More
Cəmiyyət 

Banka borcu olan şəxslərin DİQQƏTİNƏ: Bu halda məbləğ silinəcək

Azərbaycanda tez-tez müzakirə olunan mövzulardan biri də vəfat edən şəxslərin kredit borcunun taleyidir. Çox vaxt mərhumun yaxınları borcun kim tərəfindən ödəniləcəyini və bankın hansı addımlar atacağını müəyyənləşdirməkdə çətinlik çəkirlər. Bu məsələ kredit müqaviləsinin şərtlərindən, həmçinin borcalananın həyat sığortasının olub-olmamasından asılı olaraq fərqli formada həll olunur. Bundan əlavə, kreditin sığortalanması praktikada tətbiq edilən hallar sırasındadır. Belə hallarda isə əsas sual ortaya çıxır: Vəfat edən şəxsin kreditini kim ödəyir? Məsələ ilə bağlı News24.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, kredit götürən şəxsin borcunun taleyi əsasən onun həyat sığortasının olub-olmamasından və vərəsəlik məsələlərindən…

Read More
Cəmiyyət 

25 yaşlı qadının intiharında cinayət izi aşkar olunmayıb – Baş Prokurorluq açıqladı

Baş Prokurorluq Qazax rayonu, Daş Salahlı kənd sakini Asif Qurbanovun baş prokuror Kamran Əliyevə müraciətinə reaksiya verib. Qurumun mətbuat xidmətindən Musavat.com-a təqdim olunan yazılı münasibətdə deyilir: “Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin…

Read More