Cəmiyyət 

Kəlbəcər yaylaqlarından gələn ecazkar SƏS – Qoyunlara muğam oxuyan Fərailin HEKAYƏSİ – VİDEO

“Qoyunlu evlər gördüm, qurulu yaya bənzər, Qoyunsuz evlər gördüm, qurumuş çaya bənzər”. Bu misralar Beyləqanlı çoban Fərail Əzimovun dilindən düşmür. 25 ildən çoxdur ki, bu zəhmətkeş insan həyatını qoyunlara, yaylaqlara, dağlara həsr edib. Birinci Qarabağ müharibəsindən sonra Fərail bəy məcburi şəkildə aran yerlərində məskunlaşmalı olsa da, öz peşəsindən əl çəkməyib. Fərail bəyi digər çobanlardan fərqləndirən bir cəhəti də var. O, qoyunları adi səs və səsləmələrlə deyil, muğam ifaları ilə otarır. Ətraflı videosüjetdə:

Read More
Cəmiyyət 

“İlin bütün fəsillərində balıq yemək olar” – Qida eksperti

Balıq əti bir çox insanın sevimli qidasıdır. Sağlamlığımız üçün çox faydalı olan balığı alarkən nəyə diqqət etməliyik? Təzə balığı necə fərqləndirə bilərik? Mövzu ilə bağlı BiG.AZ-a danışan qida eksperti Fərid Səfərov bildirib ki, balığın gözləri parlaq və xaricə şişmiş vəziyyətdədirsə, təzə, gözləri bulanıq və içəri çökmüşsə, köhnədir: “Balıq əti mütəmadi olaraq yeyə biləcəyimiz ən faydalı qidalardan biridir. İmmunitetimizi qoruyur, uşaqların zəkasını və yaddaşını gücləndirir, sümükləri möhkəmləndirir, hüceyrələri bərpa edir, göz və saç sağlamlığı üçün vacibdir, hamilə qadınlar üçün isə olduqca faydalıdır. Balıq mükəmməl protein qaynağıdır, Omega-3 yağ turşusu, A, E, D,…

Read More
Cəmiyyət 

Dövlət qurumlarında çalışanlara ŞAD XƏBƏR – Maaşlarla bağlı YENİLİK

Yaxın zamanlarda Azərbaycanda işçilər əməkhaqlarını iş yerinin müəyyən etdiyi deyil, özlərinin seçəcəkləri bankdan ala biləcəklər. Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqlarını istənilən bankdan almaları ilə bağlı iş aparıldığını təsdiqləyib. Bəs bu addım bank sektorunda rəqabəti gücləndirəcəkmi? Akif Nəsirli Bizim.Media-ya deyib ki, burda əsas məqsəd banklar arasında rəqabət mühitini formalaşdırmaqdır: “Məlumdur ki, son vaxtlara qədər dövlət qurumları tərəfindən verilən əmək haqları ancaq bir neçə bank tərəfindən ödənilirdi. Bu da həmin banklara bank bazarında əlavə üstünlüklər qazandırırdı. Yeni qərardan sonra həmin bankların bu üstünlükləri…

Read More
Cəmiyyət 

Baləlinin Rəşad Dağlı ilə həbsxanadan görüntüsü yayıldı – FOTO

Üç ildən çoxdur həbsdə olan meyxanaçı Rəşad Dağlının cəzaçəkmə müəssisəsindən növbəti görüntüsü yayılıb. Manset.az-ınməlumatına görə, meyxanaçı Baləli 11 saylı cəzaçəkmə müəssisəninə həmkarını ziyarətə gedib. Foto orada lentə alınıb. Qeyd edək ki, Rəşad Dağlı qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay azadlıqdan məhrum edilib. Hazırda cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkir. Məlumat üçün bildirək ki, qanunvericiliyə əsasən (Cəzaların İcrası Məcəlləsi 84.1) müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər həftədə iki dəfə, ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş şəxslər isə həftədə bir dəfə müddəti on beş…

Read More
Cəmiyyət 

23 aptekdə yoxlama- Beşində pozuntular aşkarlandı

Bu ilin avqust ayı ərzində Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən ümumilikdə 23 aptekdə yoxlama həyata keçirilib. Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb. Bildirilib ki, bu yoxlamalardan 12-si Bakı şəhərində, 11-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərdə aparılıb. Yoxlamaların 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakteri daşıyıb. Aparılmış yoxlamalar nəticəsində 5 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb, bu hallarla bağlı İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə müvafiq inzibati protokollar tərtib edilib.

Read More
Cəmiyyət 

Fəsil dəyişir, bu xəstəliklər qapıda! – Pediatrdan XƏBƏRDARLIQ

Fəsil dəyişikliyi insan orqanizminə təsirsiz ötüşmür. Xüsusilə, payız və qış ayları bədənin xəstəliklərə qarşı müqavimətinin zəiflədiyi, immun sistemin əlavə dəstəyə ehtiyac duyduğu zamanlardır. Bu dövrdə həm uşaqlarda, həm də böyüklərdə tənəffüs yolları infeksiyalarının, o cümlədən boğaz ağrılarının artması müşahidə olunur. Ən çox müşahidə edilən səbəblər arasında virus infeksiyaları – xüsusilə soyuqdəymə və qrip – ön sıradadır. Bu narahatlıq xüsusilə 4-7 yaş arası uşaqlar arasında daha geniş yayılıb. Bəs bu dövrlərdə qabaqlayıcı nə kimi tədbirlər görülməlidir? Necə qidalanmaq lazımdır ki, orqanizm virus xəstəliklərinə qarşı dayanıqlı olsun? Tibb Universitetinin I Uşaq xəstəlikləri…

Read More
Cəmiyyət 

Avropa əhalisi qocalır – Azərbaycanın çıxarmalı olduğu dərs

Sosioloq: “Bu, əslində bizim üçün SOS siqnalıdır” “Avropada doğum səviyyəsi artmasa, qitə demoqrafik böhranla üzləşəcək”.  Bu barədə amerikalı sahibkar və milyarder İlon Mask X sosial şəbəkəsində xəbərdarlıq edib. Mask senator Mayk Linin Şotlandiya üzrə statistik məlumatlarına belə reaksiya verib: “Bu ilin yanvar-iyul aylarında ölkədə 26,3 min insan doğulub, 35,2 min nəfər ölüb. Əgər doğum səviyyəsi heç olmasa əhalinin yenilənməsi səviyyəsinə qayıtmasa, Avropa məhv olacaq”. Bəs Azərbaycanda demoqrafik durum, ölüm-doğum nisbəti necədir, genofondumuza təhlükə varmı? Əhalinin azalmaması üçün ailədə ən azı neçə uşaq olmalıdır? Avropadakı təhlükə bizi də gözləyə bilərmi? Belə…

Read More
Cəmiyyət 

Dünyada payız fəslində keçirilən ən maraqlı FESTİVALLAR

Payız fəslində dünya miqyasında müxtəlif mədəniyyət, musiqi, kulinariya və ənənələrə həsr olunmuş bir sıra festival və tədbirlər baş tutur. Bu festivallar həm yerli əhali, həm də turistlər üçün unudulmaz təcrübələr təqdim edir. BAKU.WS-in araşdırmasına görə, hər il sentyabrın ortalarından oktyabrın əvvəlinə qədər Münhendə keçirilən Oktoberfest, dünyanın ən böyük pivə bayramıdır. Tədbirdə Bavariya mətbəxinin dadları, ənənəvi geyimlər və canlı musiqi ilə zəngin bir atmosfer yaranır. Təxminən 6 milyon insan bu bayrama qatılır. Mid-Autumn Festival (Ay işığı festivali) – Çin və Cənub-Şərqi Asiya Sentyabrın sonu və oktyabrın əvvəllərində qeyd olunan festival zamanı…

Read More
Cəmiyyət 

Azərbaycandan iki ölkəyə 3.6 ton qurbağa ayağı ixrac olunub

Cari ilin avqust ayında Qida Təhlükəsizliyi Agentliyi tərəfindən beynəlxalq tələblər nəzərə alınmaqla, bir sıra heyvan mənşəli qida məhsulları və ərzaqlıq yumurta məhsulunun baytarlıq sertifikatı ilə təmin edilərək xarici ölkələrə ixracı həyata keçirilib. Bu barədə BiG.AZ-a AQTA-dan bildirilib. Məlumata görə, Amerika Birləşmiş Ştatlarına 4.320.000 ədəd və Birləşmiş Ərəb Əmirliklərinə 1.158.460 ədəd ərzaqlıq yumurta məhsulu, İtaliya və Fransaya 3.6 ton qurbağa ayağı məhsulu, Avstraliya, Albaniya və Kanadaya 42 kq balıq kürüsü, İsrailə isə 18 ton dondurma məhsulu ixrac olunub.

Read More