Cəmiyyət 

Nurlan Hacıyev nazirliyin aparat rəhbəri TƏYİN OLUNDU

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub. Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib. N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində “Gömrük işinin təşkili” və “Ümumi iqtisadiyyat” ixtisasları üzrə ali təhsil alıb. Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə “Naxçıvanbank ASC”nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.//Report

Read More
Cəmiyyət 

Metro sərnişinlərinə şad XƏBƏR

Hazırda Bakı metropoliteninin xətlərində 347 vaqon (66 qatar tərkibi) sərnişindaşıma fəaliyyətinə cəlb edilir. Bu barədə Trend-in sorğusuna cavab olaraq “Bakı Metropoliteni” QSC-dən məlumat verilib. Bildirilib ki, onlardan 150 vaqon (30 qatar tərkibi) innovasiyalar baxımından sonuncu – 4-cü nəslə mənsubdur. “2025-ci ildə Bakı metropolitenində 20 yeni nəsil vaqonun (4 qatar tərkibi) xəttə buraxılması planlaşdırılsa da, əlavə 10 yeni vaqonun (2 qatar tərkibi) Bakıya gətirilməsi nəzərdə tutulub. Hazırda qeyd edilən vaqonlardan 4 qatar tərkibi (20 vaqon) Bakıya gətirilərək üzərində komplektləşdirilmə işlərinə başlanılıb. Qeyd edilən işlərin yekun mərhələsində yeni qatarlar normativlərə uyğun sazlama,…

Read More
Cəmiyyət 

Xaricdə təhsil elanları ilə bağlı rəsmi XƏBƏRDARLIQ

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil “ekspertləri” kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir. Bu barədə Musavat.com-a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, qurum heç bir şirkət və ya şəxslə əməkdaşlıq etmir və onların fəaliyyətinə görə məsuliyyət daşımır. Qeyd olunub ki, diplomların tanınması yalnız Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali…

Read More
Cəmiyyət 

Qanunsuz sərnişin daşıyanlara qarşı REYD – VİDEO

Zaqatalada qanunsuz sərnişindaşımaya qarşı tədbirlər keçirilib, qaydaları pozan şəxslər məsuliyyətə cəlb olunublar. Avtomobil nəqliyyatı ilə sərnişin daşımaya dair qanunvericiliyin tələblərinə daşıyıcılar tərəfindən riayət edilməsi məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin əməkdaşları tərəfindən birgə profilaktik tədbirlər keçirilib. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Musavat.com-a bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin reysqabağı texniki baxışdan keçməsi, sürücülərin tibbi müayinəsinin təşkili, eləcə də bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və kartların mövcudluğu yoxlanılıb. Həmçinin sürücülərlə maarifləndirici söhbətlər aparılıb, bu sahədəki mövcud qaydalara riayət etmələrinin zəruriliyi vurğulanıb.…

Read More
Cəmiyyət 

Seyfəddin Hüseynlidən mərhum qardaşları ilə bağlı yayılan xəbərə REAKSİYA

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən amansızlıqla qətlə yetirilmiş Ziyəddin və Hüseyn Səfərov qardaşları ilə bağlı rusların “Proekt” nəşrinin yaydığı son məlumat mərhumların yaxınlarının etirazına səbəb olub. “Qafqazinfo” xəbər verir ki, iş üzrə zərərçəkmiş kimi tanınan mərhum Ziyəddin və Hüseyn Səfərovların qardaşı Seyfəddin Səfərov (Hüseynli) Musavat.com-a açıqlamasında qardaşlarının bədən üzvlərinin kəsilməsi ilə bağlı iddianı təkzib edib. O qeyd edib ki, “Proekt” nəşri çirkin məqsədlərindən ötrü təxribat törədib, bu amansız cinayəti öz oyununa alət edib: “Bu avantürist nəşr cinayətin gerçək mahiyyətini təhrif etməklə yanaşı, mərhum qardaşlarımın adını, xatirəsini ləkələməyə çalışıb. Mən…

Read More
Cəmiyyət 

DTX-nin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olundu – FOTOLAR

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin “Bilgəh” istirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. DTX-nin Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, görüş çərçivəsində Vətən müharibəsi iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış edilib. Daha sonra rəsmi və bədii hissədən ibarət tədbir keçirilib. Öncə Azərbaycan Respublikasının suverenliyi və müstəqilliyi uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış…

Read More
Cəmiyyət 

Mingəçevirdə “Tullantısız gələcək” devizi altında maarifləndirici tədbir keçirilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi “Tullantısız gələcək” devizi altında növbəti maarifləndirici tədbir təşkil edib. Tədbir Mingəçevir şəhəri Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi İctimai Birliyinin ofisində baş tutub. Layihə rəhbər Aytən Hüseynovanın bildirdiyinə görə, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir. “Məişət tullantılarının zibil qutularına atılmaması antisanitariya vəziyyətinin yaranmasına gətirib çıxarmaqla yanaşı, həm insan sağlamlığına, həm də ətraf mühitə ciddi zərər vurur. “- deyərək, çıxış edən Aytən Hüseynova vurğulayıb ki, “İstehsalat və məişət…

Read More
Cəmiyyət 

Evin zəlzələyə davamlı olduğunu təsdiqləyən ən önəmli SƏNƏD

Xəbər verdiyimiz kimi avqustun 26-dan 27-nə keçən gecə Xəzər dənizi sahillərində 5,7 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələ dənizətrafı ölkələrlə yanaşı Azərbaycanın bir sıra rayonlarında da hiss olunub. Zəlzələlərin Tədqiqi Bürosunun məlumatına görə, yeraltı təkanlar Qusar stansiyasından 94 km şimalda yerləşən ərazidə qeydə alınıb. Zəlzələ Quba, Xınalıq, Qusar, Bakı, Sumqayıt və digər şəhərlərdə 3-4 bal gücündə hiss olunub. Hadisə zamanı əhali təşvişə düşüb, xüsusilə bina evlərində yaşayan sakinlər küçəyə axışıb. Son illərdə, xüsusən də 2023-cü il fevralın 6-da Türkiyədə baş verən 7,7 və 7,6 bal gücündə dağıdıcı zəlzələ insanların qorxu hissini…

Read More
Cəmiyyət 

Bu şəxs 30 min manatadək cərimələnə bilərlər – XƏBƏRDARLIQ

“Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir”. ARANTV.AZ  xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova səsləndirib. Onun sözlərinə görə, AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar keçirir: “Əgər hər hansı kosmetoloji salon və ya qeyri-tibb müəssisəsində tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız vətəndaş şikayəti, media müraciəti və ya dövlət orqanlarının araşdırması…

Read More
Cəmiyyət 

Sertifikasiyadan keçməyən tibb işçiləri ilə bağlı VACİB MƏLUMAT

““Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər”. ARANTV.AZ  xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib. Onun sözlərinə görə, müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır və tibbi heyətlə bağlı aşağıdakı vəzifələrin icrasına nəzarət etməlidir: “Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tədrisə…

Read More