Baharın ağ sehri FOTOLENT
Yazın gəlişi ilə Xaçmazın meyvə bağları yenidən canlanıb. Aprel ayında xüsusilə gilas ağacları zərif və ağappaq “çiçək donu”na bürünür. Günəş işığında parlayan çiçəklər ətrafa saf və təravətli bir gözəllik bəxş edir.
AZƏRTAC Xaçmazın gilas bağlarında çəkilmiş fotolenti təqdim edir.
Müxbir – Elxan Yusifli


