Hökumənin ailəsi də Kəlbəcərə KÖÇDÜ
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər ediblər. Dövlət başçısı və birinci vitse-prezident şəhərdə 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. Kəlbəcərə köç edənlər arasında Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirən Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi də var. Onlar yaşayış kompleksində evlə təmin olunublar. Xatırladaq ki, qəza dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş verib. Təyyarənin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. Təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş…
Read More