Cəmiyyət 

Travmatoloq: Sağlam həyat tərzi hər gün atılan kiçik addımlarla formalaşır

Fiziki aktivlik insan sağlamlığının ən vacib şərtlərindən biridir. O, təkcə bədəni formada saxlamaq üçün deyil, həm də ümumi rifahı yaxşılaşdırmaq, enerji potensialını yüksəltmək və daha sağlam həyat tərzi keçirtmək üçün vacibdir. Mütəmadi hərəkət etdikdə orqanizmdə qan dövranı yaxşılaşır, əzələlər güclənir və ürək daha effektiv işləməyə başlayır. Hərəkət azaldıqca bədən passivləşir, maddələr mübadiləsi yavaşlayır və müxtəlif sağlamlıq problemləri yaranmağa başlayır. Məsələn, uzun müddət hərəkətsiz qalan insanlarda çəki artımı, oynaq problemləri müşahidə oluna bilər. Bundan əlavə, idman etmək həm də zehni sağlamlıq üçün faydalıdır. Hərəkət zamanı bədəndə xoşbəxtlik hormonları ifraz olunur, özünüzü…

Read More
Cəmiyyət 

Orqanizmdə protein çatışmazlığının əlamətləri. Həkimlər nələri tövsiyə edirlər?

Protein təkcə əzələlər üçün deyil, həm də daxili orqanların düzgün işləməsi, güclü immunitet, dırnaqlar, saçlar və orqanizmin daha bir çox fəaliyyət sahəsi üçün lazımdır. Bu maddə həyati vacib elementdir, onsuz orqanizmin normal fəaliyyəti qeyri-mümkündür. Bəs yemək rasionunda bunun kifayət qədər olmadığını necə müəyyən etmək olar? Diyetoloqlar diqqət yetirməyə dəyər olan bir neçə xarakterik əlaməti vurğulayırlar. AZƏRTAC tibb saytlarına istinadla xəbər verir ki, zülal bir çox vəzifələri yerinə yetirir: o, əzələ kütləsinin formalaşmasında iştirak edir, immuniteti qoruyur, dərinin və dırnaqların vəziyyətini yaxşılaşdırır, həmçinin toxluq hissini saxlamağa kömək edir. Lakin bu makronutrientin çatışmazlığı…

Read More
Cəmiyyət 

Mingəçevir şəhərində tullantıların təkrar email ilə bağlı məlumatlandırma tədbiri təşkil edilib

Tədbir 01 avqust  2025 -ci il tarixində Mingəçevir şəhəri Mingəçevir Regional QHT-lərin Resurs və Təlimi İctimai Birliyinin ofisində həyata keçirilib. Onu da qeyd edək ki, “Tullantısız gələcək” devizi ilə altında həyata keçirilən maarifləndirici tədbirlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Radioaktiv Şüalanmadan Zərərçəkmişlərin Müdafiəsi ” İctimai Birliyi tərəfindən təşkil edilib. Layihə rəhbəri Aytən Hüseynova bildirib ki, layihənin məqsədi Mingəçevir şəhərində yerli əhalinin tullantıların təkrar email ilə bağlı məlumatlılığını artırmaqdan ibarətdir. Layihə haqqında məlumat verən Aytən Hüseynova qeyd edib ki, Qlobal  iqlim dəyişikliyi  tullantıların artması, ətraf mühitin…

Read More
Cəmiyyət 

Tüstü ilə gələn fəlakətin ağır fəsadları – Mütəxəssis açıqladı

Sağlam həyat tərzinin əsas şərtlərindən biri zərərli vərdişlərdən uzaq durmaqdır. Statistik rəqəmlər göstərir ki, Azərbaycanda siqaret çəkənlərin sayı hələ də yüksəkdir və bu zərərli vərdiş təkcə siqaret çəkən şəxsin deyil, onun yaxın ətrafındakı insanların, xüsusilə uşaqların və yeniyetmələrin sağlamlığına da ciddi mənfi təsir göstərir. Diyetoloq Ləman Süleymanova Musavat.com-a açıqlamasında bildirib ki, siqaretin orqanizmə vurduğu zərər çoxşaxəlidir və yalnız tənəffüs yolları ilə məhdudlaşmır: “Siqaretin tərkibində olan nikotin, karbon monoksid və digər zəhərli maddələr orqanların fəaliyyətini pozaraq bədənin əsas sistemlərinin işində ciddi problemlər yaradır. Daha təhlükəlisi odur ki, bu zərərli təsirlər gələcək…

Read More
Cəmiyyət 

Metroda doğulan körpənin vəziyyəti – Açıqlandı

Avqustun 8-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib: “Vəziyyətində yaxşılaşma müşahidə olunur. Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır. Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası…

Read More
Cəmiyyət 

Polis ölkə ərazisində sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir

Polis ölkə ərazisində sanitariya-gigiyena qaydalarına əməl olunması ilə bağlı profilaktik tədbirlər keçirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “İki sahil”ə verilən məlumata görə, respublikanın bütün ərazilərində, o cümlədən Qarabağda polis əməkdaşları tərəfindən sanitariya-gigiyena qaydaları ilə bağlı profilaktik tədbirlər fasiləsiz davam etdirilir. Vətəndaşlara qanunun tələbləri izah olunur, məlumatlar verilir. “Bu yerlərdə yaşayan, işləyən və səfərə gələn hər kəsin başlıca vəzifələrindən biri də 30 il ərzində səfalı torpaqlarımızın füsunkar təbiətinə vurulan yaraları sağaltmaq, ekoloji tarazlığını bərpa etməkdir. Məişət tullantılarını hara gəldi atmaq, ətraf-mühiti çirkləndirmək, Qarabağın saf və təmiz təbiətinə təhlükə yaratmaq qəti şəkildə yolverilməzdir. Hər…

Read More
Cəmiyyət 

Cəlilabadda qadın çaqqalı öz əlləri ilə ÖLDÜRDÜ – VİDEO

Çaqqallar kəndi oylaqlarına çeviriblər. Gecə-gündüz demədən həm sakinlərə, həm də digər canlılara hücum edirlər. Cəlilabadın Şatırlı kənd sakinləri son günlərdə çaqqal hücumlarının artdığını bildiriblər. ARANTV.AZ   Xəzər TV-yə istinadən məlumat verir ki, sakinlərin sözlərinə görə, çaqqalların ev quşlarına tamah salması əvvəllər də olub. Lakin bu yay hücumların intensivliyi artıb. Ehtimal olunur ki, meşələrdə yem çatışmazlığı buna səbəb olub. Sonuncu hücumda isə kənd sakini olan qadın çaqqalı öz əlləri ilə zərərsizləşdirib. Son insident həm də insan xəsarətləri ilə nəticələnib. Çaqqal hücumu zamanı Aygün Orucova, Südabə Rüstəmova və Coşqun Əlili müxtəlif dərəcəli xəsarətlər…

Read More
Cəmiyyət 

FHN: Ağdamın Novruzlu kəndində açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Read More
Cəmiyyət 

Adı şirin gəlsə də… – Keyfiyyətli dondurmanı necə seçək?

Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir. “Bu, məhsulun keyfiyyətini pozur” “Refresh Group” MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən Baş İcraçı direktoru Seymur Qafarov “Kaspi” qəzetinə açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun “soyuq zəncir” şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir: “Dondurma heç vaxt əriməməli və sonradan yenidən…

Read More