Cəmiyyət 

FHN: Ağdamın Novruzlu kəndində açıq ərazidə baş verən yanğın qısa müddətdə söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Novruzlu kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-dən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Read More
Cəmiyyət 

Adı şirin gəlsə də… – Keyfiyyətli dondurmanı necə seçək?

Yay aylarında insanların ən çox istehlak etdiyi məhsullardan biri də dondurmadır. Xüsusilə, isti havalarda insanların sərinləmək üçün ilk seçimi bu qida olur. Lakin dondurma seçərkən yalnız dadına deyil, tərkibinə, saxlanma şəraitinə və gigiyenik qaydalara da xüsusi diqqət yetirilməlidir. “Bu, məhsulun keyfiyyətini pozur” “Refresh Group” MMC-nin Qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən Baş İcraçı direktoru Seymur Qafarov “Kaspi” qəzetinə açıqlamasında yay aylarında dondurma istehlakı zamanı sağlamlıq baxımından diqqət olunmalı məqamlara toxunub. Mütəxəssis vurğulayıb ki, dondurma alarkən onun “soyuq zəncir” şəraitində saxlanılıb-saxlanılmadığına xüsusi diqqət yetirilməlidir: “Dondurma heç vaxt əriməməli və sonradan yenidən…

Read More
Cəmiyyət 

Avqustun 9-u Beynəlxalq Yerli Xalqlar Günüdür

    Avqustun 9-u dünyada Beynəlxalq Yerli Xalqlar Günü kimi qeyd olunur. AZƏRTAC xəbər verir ki, bu əlamətdar gün 1994-cü ildə BMT-nin təşəbbüsü ilə həm də mədəniyyətlər, dillər, adət və ənənələr arasında qarşılıqlı hörmət günü elan edilib. Yerli xalqlar ətraf mühitin qorunmasında və mühafizəsində mühüm rol oynayırlar. Yerli icmalar çox vaxt iqlimin qorunması, ərzaq təhlükəsizliyi və davamlı torpaq istifadəsi ilə bağlı ənənəvi biliklərin mənbəyidir. BMT-nin rəsmi saytının məlumatına əsasən, 2025-ci ildə Beynəlxalq Yerli Xalqlar Gününün mövzusu “Yerli xalqlar və süni intellekt: Hüquqların müdafiəsi, gələcəyin formalaşdırılması”dır. Süni intellekt mədəni dirçəlişə, gənclərin gücləndirilməsinə,…

Read More
Cəmiyyət 

Naxçıvanda avqust ayının pensiya ödənişi başa çatdırılıb

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının pensiya ödənişi başa çatdırılıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

Read More
Cəmiyyət 

Etalon Hospitalda daha bir qalmaqal: Tanınmış aktrisa əməliyyatdan sonra ağır fəsadlarla üzləşdi

Məlumata görə, Türkiyə vətəndaşı olan azərbaycanlı tanınmış aktrisa Natavan Gümet İyulun 7-də Bakı şəhəri, Yeni Yasamalda yerləşən Etalon Hospitalda liposaksiya əməliyyatı keçirib. O, əməliyyatdan əvvəl tibbi yoxlamalar zamanı ciddi səhlənkarlıqla qarşılaşıb. Belə ki, iki həyati vacib müayinə – damar dopleri və qarın boşluğu USM – ümumiyyətlə aparılmayıb. Mənbənin verdiyi məlumata əsasən, bu cür kobud səhlənkarlıq aktrisanın həyatı üçün birbaşa təhlükə yaradıb. Damar dopleri analizi qan damarlarında tromb riskini üzə çıxarmaq üçündür və trombun ani ölümə səbəb ola biləcəyi tibbdə çox yaxşı bilinir. Bu ilin mart ayında məhz eyni fəsad –…

Read More
Cəmiyyət 

Yasda ehsan qadağası bu şəhərə çatdı

Mingəçevir şəhərində dəbdəbəli ehsan verilməsi ləğv ediləcək. Şəhər Ağsaqqallar Şurasının hesabat toplantısında bu barədə məsələ qaldırılıb. Belə ki, Mingəçevir Şəhər Ağsaqqallar Şurasının keçirilən hesabat yığıncağında gündəmdə olan məsələlərdən biri də ehsan məclislərinin Mingəçevirdə qadağan olunması ilə bağlı səsləndirilən təklif və fikirlər olub. Qeyd olunub ki, ən yaxın günlərdə Mingəçevir şəhər rəhbərliyi, dini icma və Ağsaqqallar Şurası tərəfindən bu qaydanın tətbiqi ilə bağlı müvafiq qərar çıxarılacaq. Xatırladaq ki, oxşar qayda bir müddət əvvəl Sabirabad rayonunda tətbiq olunub. (Oxu.Az)

Read More
Cəmiyyət 

Çimərliklərə getmək istəyənlərin NƏZƏRİNƏ

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, avqustun 10-da arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 26-27°, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° olacaq. p

Read More
Cəmiyyət 

Gecə qəhvə içməyin yan təsirləri ortaya çıxdı: Qadınlarda isə…

Axşam saatlarında qəhvə qəbulu özünə nəzarəti zəiflədə və impulsiv reaksiyalara səbəb ola bilər. Bu, Texas Universitetinin bioloqlarının gəldiyi nəticədir. Qeyd olunur ki, təcrübə meyvə milçəkləri üzərində aparılıb. Mütəxəssislər günün vaxtından və həşaratın cinsindən asılı olaraq kofeinin milçəklərin davranışına təsirini təhlil ediblər. Maddə tətbiq edildikdən sonra həşəratların impulsiv reaksiyaları yatırmaq qabiliyyəti qiymətləndirilib. Məsələn, kəskin hava ilə qarşılaşdıqda uçuşu dayandırmaq. Alimlər izah ediblər ki, normal şəraitdə milçəklər ciddi maneə ilə qarşılaşdıqda dayanırlar. Müəyyən edilib ki, gecələr istehlak edilən kofein milçəklərdə, xüsusən də dişilərdə özünü idarə etmə səviyyəsini xeyli aşağı salıb: narahatlığa baxmayaraq,…

Read More
Cəmiyyət 

Bakı “yuyuldu” – FOTOLAR

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb. ARANTV.AZ   xəbər verir ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb. Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır. İsti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların…

Read More
Cəmiyyət 

Kitab sərhədləri aşan universal dildir

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir Kitab, yalnız kağız üzərindəki sözlər toplusu deyil; o, bəşəriyyətin intellektual arxividir. Tarixi baxımdan kitab mədəniyyətin inkişaf göstəricisi, sosial dəyişikliklərin katalizatoru və fərdi düşüncənin formalaşdırıcısı rolunu oynayıb. İqtisadi inkişaf səviyyəsi yüksək olan ölkələrdə kitab oxuma göstəricilərinin də yüksək olması təsadüfi deyil. Bu, təhsil, mədəniyyət və sosial şüur arasındakı birbaşa əlaqəni sübut edir. 9 avqust – Beynəlxalq Kitabsevərlər Günü  də məhz bu əlaqəni vurğulayan simvolik bir tarixdir. O, cəmiyyətin oxu vərdişlərini xatırladır, kitabın həm fərdi, həm də kollektiv inkişafdakı rolunu gündəmə gətirir.…

Read More