Onkologiyada yaralanan Asif Nəsirli vəfat etdi – RƏSMİ
Onkologiya Mərkəzindəki partlayışda yaralanan həkim vəfat etdi
Milli Onkologiya Mərkəzinin Şüa terapiya şöbəsinin həkim-radioloqu Asif Akif oğlu Nəsirli dünyasını dəyişib.
Musavat.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, aprelin 30-da Mübariz Əliyev adlı pasiyent Milli Onkologiya Mərkəzinin otaqlarından birində partlayış törətmişdi. Hadisə nəticəsində pasiyent yerində ölmüş, həkim-radioloq Asif Nəsirli isə ağır xəsarət almışdı.
Həkim bir müddət ağır vəziyyətdə müalicə olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Musavat.com


