İranın İxrac Qərarı: Regionda Ərzaq Qiymətləri Artacaq? – İQTİSADÇIDAN AÇIQLAMA
İranın qida məhsullarının ixracına qadağa qoyması regionda ərzaq bazarı ilə bağlı yeni suallar yaradıb. Xüsusilə qonşu ölkələr üçün İran bir sıra kənd təsərrüfatı və gündəlik tələbat mallarının əsas mənbələrindən biridir. Bu qərarın hansı səbəbdən verilməsi ilə yanaşı, onun mümkün iqtisadi təsirləri də müzakirə olunur. Son aylarda regionda baş verən siyasi gərginliklər, nəqliyyat marşrutlarında yaranan çətinliklər və ticarət əlaqələrindəki dəyişikliklər onsuz da bazarda müəyyən həssaslıq formalaşdırmışdı. Belə bir vaxtda ixracın məhdudlaşdırılması təklifin azalmasına, bu isə öz növbəsində qiymətlərin artmasına gətirib çıxara bilər. Azərbaycanda da müəyyən ərzaq məhsullarının idxalında İranın payı nəzərə…
Read More