Cəmiyyət 

Gecə qəhvə içməyin yan təsirləri ortaya çıxdı: Qadınlarda isə…

Axşam saatlarında qəhvə qəbulu özünə nəzarəti zəiflədə və impulsiv reaksiyalara səbəb ola bilər. Bu, Texas Universitetinin bioloqlarının gəldiyi nəticədir. Qeyd olunur ki, təcrübə meyvə milçəkləri üzərində aparılıb. Mütəxəssislər günün vaxtından və həşaratın cinsindən asılı olaraq kofeinin milçəklərin davranışına təsirini təhlil ediblər. Maddə tətbiq edildikdən sonra həşəratların impulsiv reaksiyaları yatırmaq qabiliyyəti qiymətləndirilib. Məsələn, kəskin hava ilə qarşılaşdıqda uçuşu dayandırmaq. Alimlər izah ediblər ki, normal şəraitdə milçəklər ciddi maneə ilə qarşılaşdıqda dayanırlar. Müəyyən edilib ki, gecələr istehlak edilən kofein milçəklərdə, xüsusən də dişilərdə özünü idarə etmə səviyyəsini xeyli aşağı salıb: narahatlığa baxmayaraq,…

Read More
Cəmiyyət 

Bakı “yuyuldu” – FOTOLAR

Yay mövsümündə paytaxtın sanitar-təmizlik vəziyyətinin daha da yüksəldilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən avqustun 9-da paytaxtda növbəti dəfə təmizlik işləri aparılıb. ARANTV.AZ   xəbər verir ki, son vaxtlarda havaların kəskin isti keçməsi ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən yol və prospektlərin kənarlarındakı ağacların və yaşıllıqların yuyulması, onlara aqrotexniki qulluq göstərilməsi də həyata keçirilib, qabaqlayıcı tədbirlər olaraq xəstə ağaclar götürülüb. Bütün bunlar isti havalarda yaşıllıqların qurumasının qarşısını alır. İsti havaları nəzərə alaraq, Mərkəzi Nəbatat Bağında iməcilik tədbirləri həyata keçirilib. Burada ağaclara aqrotexniki qulluq göstərilib, qurumuş budaqlar kəsilib, ağacların…

Read More
Cəmiyyət 

Kitab sərhədləri aşan universal dildir

Hər il avqustun 9-u Beynəlxalq Kitabsevərlər Günü kimi qeyd edilir Kitab, yalnız kağız üzərindəki sözlər toplusu deyil; o, bəşəriyyətin intellektual arxividir. Tarixi baxımdan kitab mədəniyyətin inkişaf göstəricisi, sosial dəyişikliklərin katalizatoru və fərdi düşüncənin formalaşdırıcısı rolunu oynayıb. İqtisadi inkişaf səviyyəsi yüksək olan ölkələrdə kitab oxuma göstəricilərinin də yüksək olması təsadüfi deyil. Bu, təhsil, mədəniyyət və sosial şüur arasındakı birbaşa əlaqəni sübut edir. 9 avqust – Beynəlxalq Kitabsevərlər Günü  də məhz bu əlaqəni vurğulayan simvolik bir tarixdir. O, cəmiyyətin oxu vərdişlərini xatırladır, kitabın həm fərdi, həm də kollektiv inkişafdakı rolunu gündəmə gətirir.…

Read More
Cəmiyyət 

Narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi günün tələbidir

Elm və Təhsil Nazirliyi narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin effektivliyini artırmaq məqsədilə müvafiq dövlət qurumları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq çərçivəsində müxtəlif təbliğat və maarifləndirmə tədbirləri həyata keçirmişdir. Bu tədbirlər çərçivəsində ümumi və ali təhsil müəssisələrində, ictimai yerlərdə narkomaniyanın zərərləri barədə maarifləndirici seminarlar, təlimlər və açıq dərslər təşkil olunmuş, əhali arasında məlumatlandırma kampaniyaları aparılmışdır. Sosial media və kütləvi informasiya vasitələrində genişmiqyaslı ictimaiyyətə yönəlmiş videoçarxlar, afişalar və elektron materiallar yayımlanmış, narkomaniyaya qarşı profilaktik tədbirlərin təşviqinə xüsusi diqqət yetirilmişdir. Qeyri-hökumət təşkilatları ilə birgə layihələr həyata keçirilərək gənclər üçün…

Read More
Cəmiyyət 

ADY: Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir

Abşeron dairəvi marşrutu üzrə qatarların şənbə və bazar günü qrafikində dəyişikliklər edilir. Bu barədə Musavat.com “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir. Bakı-Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 9 avqustdan etibarən şənbə və bazar günlərində qatarların Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəli aşağıdakı kimi təyin edilir: Bakı–Xırdalan–Sumqayıt: saat 08:55, 09:15, 17:20, 18:20, 18:55, 19:45, 20:30. Sumqayıt-Xırdalan-Bakı: Saat 07:45, 08:00, 09:00, 09:40, 18:02, 18:45, 19:30. Bakı-Pirşağı-Sumqayıt: Saat 07:00, 08:00, 08:45, 09:10, 09:50, 10:50, 11:50, 16:50, 17:40, 18:25, 19:00, 19:25, 20:20, 21:00, 22:00, 23:00. Sumqayıt-Pirşağı-Bakı: Saat 06:45, 07:25, 08:00, 08:45,…

Read More
Cəmiyyət 

Ölkədə onlayn qumara görə həbslər – Evlər yıxılır, ailələr müflis olur…

Hüquq-mühafizə orqanları bu yöndə tədbirlər görsələr də, hələ də virtual azart genişlənməkdədir; sosial mediada reklamı, saxta “qazanc hekayələri”… Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi onlayn mərc və qumar oyunları təşkil etməkdə şübhəli bilinən dəstə üzvlərini saxlayıb. Qeyd olunur ki, Baş İdarəyə sosial şəbəkələrdə açılmış səhifələrdə vətəndaşların onlayn qumar oyunlarına cəlb edilməsi barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən tədbirlərlə Aqil Məmmədzadə və onun başçılıq etdiyi dəstənin digər üzvləri – Orxan Gözəlov, Elmar Gözəlov, Tacir Məmmədzadə Emil Əmrahlı, həmçinin digər dəstəyə rəhbərlik edən Ülvi Məmmədov saxlanılıblar. Adları sadalanan şəxslər…

Read More
Cəmiyyət 

Baş ağrısını dərmansız 5 dəqiqəyə dəf edin

Bəzən baş ağrısı gözlənilmədən başlayır və əlinizin altında heç bir dərman olmur. Amma narahat olmağa dəyməz, vəziyyəti bir neçə dəqiqə ərzində yüngülləşdirmək üçün sadə və əlçatan üsullar var. Güzgü qarşısında üz gimnastikası Üz əzələlərindəki gərginliyi azaltmaq üçün güzgü qarşısında bir neçə sadə hərəkət edin. Qaşlarınızı bir-bir, sonra isə eyni anda qaldırın. Gözlərinizi yumub bəbəklərinizi sağa və sola hərəkət etdirin. Barmaqlarınızın ucu ilə qaşlarınızın üzərinə yüngülcə basaraq onları buruna doğru yönəldin. Hər hərəkətdən sonra əzələlərin bir qədər istirahət etməsinə imkan verin – bu, rahatlaşdırıcı təsiri artıracaq. Akupunktur masajı Gicgah nahiyəsində basdıqda…

Read More
Cəmiyyət 

Kişilərin kökəlmə səbəbi budur

Arıqlamaq, artıq çəkidən xilas olmaq yəqin ki, artıq çəkidən xilas olmağa çalışan bütün kişilərin arzusudur. Amma çoxları pəhriz saxlamaq, idman etmək niyyətində deyil. Bəzi vərdişlər də sizin artıq çəki almağınıza səbəb olub. Bəs kişiləri kökəldən vərdişlər hansıdır? 1. Yediklərinizə diqqət edin Gün ərzində neçə dəfə yemək yesəniz, hamısının kalorisini hesablayın. Çalışın günorta yeməyi 500, şam isə 100-200 kalorini ötməsin. 2. Tələsik yemək Amerikalı mütəxəssislər sübut ediblər ki, tələsik və tez yemək qidanın piyə çevrilməsinə səbəb olur. Buna görə də yemək yeyərkən çalışın, asta olasınız. Beləcə, mədəniz tez doyacaq, qida rahat həzm ediləcək.…

Read More
Cəmiyyət 

Metroda dünyaya gələn uşaq və ananın FOTOSU

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və onun körpəsi Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunub Bu barədə TƏBİB-dən məlumat yayıb. Hamiləliyin patologiyası şöbəsinə qəbul edilən 2005-ci il təvəllüdlü Məhərrəmova Əsmər İzzət qızı tibbi müayinələrə cəlb olunub, stasionarda yardım göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın profilaktikası aparılıb və hazırda vəziyyəti stabil qiymətləndirilir. Yeni doğulmuş körpə isə Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilib və vəziyyəti qənaətbəxş olmadığına görə CPAP cihazına qoşulub. Hazırda körpə xüsusi nəzarət altında saxlanılır.

Read More
Cəmiyyət 

Azərbaycanda əlini sükandan çəkən sürücülər cərimələnəcək

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi avtomobil sürücülərinə müraciət edib. Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biri də sürücünün sükan arxasında idarəetməni itirməsidir. Təəssüflə qeyd edək ki, bəzi sürücülər avtomobildə hərəkətdə olan zaman əlini pəncərədən çölə çıxarırlar ki, bu da öz növbəsində idarəetməni çətinləşdirir və eyni zamanda qəza riskini artırır. Mövcud qanunvericiliyin tələblərinə əsasən sürücü hərəkət zamanı sükanı əlindən buraxmamalıdır, belə hal aşkarlandığı təqdirdə sürücü barəsində AR İXM-nin 342.1.4-cü (hərəkət zamanı sükanı əldən buraxmağa görə) maddəsinə uyğun olaraq qırx manat məbləğində cərimə tətbiq ediləcəkdir. Bakı Şəhər DYP İdarəsi sürücülərə…

Read More