AZAL-ın vitse-prezidenti: İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib
İlkin nəticələr Aktauda qəzaya uğrayan təyyarəyə kənardan müdaxilə edildiyini təsdiqləyib. Bunu “Report”a açıqlamasında avqustun 8-də Milli Qəhrəman Hökumə Əliyevanın doğum günü münasibətilə Samux rayonunda keçirilən tədbirdə iştirak edən AZAL-ın vitse-prezidenti İlham Əmirov deyib. O, H.Əliyeva ilə yanaşı, qəzaya uğrayan təyyarənin uçuş heyətinin bütün üzvlərinin qəhrəmanlıq göstərdiklərini qeyd edib: “Bu gün özü olmadan doğum gününü qeyd etdiyimiz Milli Qəhrəman Hökumə Əliyeva, həqiqətən, böyük qəhrəmanlıq göstərib. AZAL-a məxsus sərnişin təyyarəsinin havada ciddi zərər görməyinə baxmayaraq, uçuş heyəti böyük fədakarlıq göstərərək mümkün qədər az itki ilə təyyarəni idarə edə biliblər. İdarəetməsi çətinləşən təyyarəni…
Read More