Cəmiyyət 

Diplom fırıldağının arxasında təhsil “ekspertləri” dayanır – TKTA sədri ilə EKSKLÜSİV müsahibə

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Tural Əhmədov Musavat.com-a geniş müsahibə verib. Son dövrlər xaricdə təhsil almış şəxslərin diplomlarının tanınmaması ilə bağlı cəmiyyətdə yaranmış narazılıqlara aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik. -Tural bəy, Agentliyin yaydığı son məlumata görə daha 46 nəfərin diplomu tanınmayıb. Ümumilikdə, 2024-cü ildə yüzlərlə diplom üzrə mənfi qərar verilib. Bu rəqəmlər narahatlıq doğurur. Problemin əsas səbəbi nədir? TKTA hansı meyarlar əsasında bu qərarları verir? -Biz hər ay ictimaiyyəti mütəmadi olaraq məlumatlandırır və xəbərdar edirik. Təəssüf ki, vətəndaşların əksəriyyəti bu məsələyə yalnız “diplomun tanınmaması” prizmasından yanaşır.…

Read More
Cəmiyyət 

Saçlarını yeyən doqquz yaşlı Lalənin anası danışdıVİDEO

İyulun 30-da Qax rayon sakini olan 9 yaşlı qız ürəkbulanma, iştahasızlıq və qarın ağrısı şikayətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Aparılan radioloji müayinələrdən sonra ona tirixofagiya diaqnozu (mədəsində saç kütləsi bezoar) qoyulub və Uşaq cərrahiyyəsi şöbəsinə yerləşdirilib. Azyaşlının anası Şəhanə Həmzəyeva övladının uşaqlıqdan öz saçlarını yediyini və bunun qarşısını ala bilmədiklərini söyləyib. Kliniki Tibbi Mərkəzin Uşaq cərrahiyyəsi şöbəsinin müdiri İlqar Haqverdiyevin sözlərinə görə, xəstə əməliyyat olunaraq yad cisim mədəsindən xaric edilib: “Mədənin girəcəyindən çıxacağına qədər onikibarmaq bağırsaq da daxil olmaqla böyük ölçülü tük mənşəli yad cisim var idi. Əməliyyat zamanı…

Read More
Cəmiyyət 

Orta Dəhliz üçün yeni perspektiv: Çin şirkəti Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmiryol şirkətlərinin birgə müəssisəsinə qoşuldu

Bakıda “AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov, “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze və “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti” SC-nin İdarə Heyətinin sədri Talqat Aldıbergenov arasında üçtərəfli görüş keçirilib. Görüşdə Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmiryol qurumları arasında Orta Dəhlizin inkişafı üzrə səmərəli əməkdaşlıq məqsədilə yaradılmış “Middle Corridor Multimodal Ltd” birgə müəssisəsinin 7 aylıq fəaliyyətinin yekunları müzakirə edilib. Tərəflər Orta Dəhlizin imkanlarının artırılması, xüsusilə dəhliz üzrə xidmətlərin rəqəmsallaşmasının genişləndirilməsinin vacibliyini vurğulayıblar. Xüsusilə qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz…

Read More
Cəmiyyət 

Yol polisi sərnişin daşıyanlara müraciət etdi

Baş Dövlət Yol Polisi İdərəsi avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a BDYP-dən məlumat verilib. “Yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir. Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim etməyi, reysqabağı sürücülərin tibbi…

Read More
Cəmiyyət 

Nəbatat Bağında uşağı ilan sancmışdı – Piknik yeri bağlandı-Yenilənib

Mərkəzi Nəbatat Bağında piknik sahəsi müvəqqəti olaraq bağlanıb. “Qafqazinfo” iqtisadiyyat.az-a istinadən xəbər verir ki, buna səbəb ümumi dezinfeksiya işlərinin aparılmasıdır. Mərkəzi Nəbatat Bağından piknik sahəsinin ümumi dezinfeksiya işləri ilə əlaqədar olaraq müvəqqəti bağlandığı barədə məlumat təsdiqlənib. *** Mərkəzi Nəbatat Bağı dezinfeksiya işləri ilə bağlı məlumat yayıb: “Bir sıra KİV-də yayılmış məlumatlarla bağlı bildirmək istərdik ki, bağ ərazisində cari işlər çərçivəsində ağaclarda yayıla biləcək müxtəlif xəstəliklər, inseksid və funqisidlərə qarşı mütamadi olaraq dezinfeksiya işləri aparılmaqdadır. Lakin qeyd edək ki, istifadə olunan dezinfeksiya məhlullarının insan sağlamlığına heç bir zərəri yoxdur”. Qeyd edək ki, bir…

Read More
Cəmiyyət 

Kişi toyda qadına hədiyyə edilən qızılları boşandıqdan sonra geri tələb edə bilərmi? – AÇIQLAMA

Nikah müddətində ər və arvadın əldə etdiyi əmlakın hüquqi statusu və bölüşdürülməsi məsələsi cəmiyyətin geniş təbəqəsini maraqlandıran mühüm hüquqi mövzulardan biridir. Boşanma zamanı tərəflər arasında yaranan əmlak mübahisələrinin həlli isə bir çox hallarda qanunvericiliyin düzgün tətbiq olunmasından asılıdır. Bəs görəsən kişi toyda qadına hədiyyə edilən qızılları boşandıqdan sonra geri tələb edə bilərmi? Bu barədə vəkil Rəşad Əliyev Sonxeber.az -a açıqlama verib: “Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər,…

Read More
Cəmiyyət 

Restoranlarda “kefimiz belə istəyir” haqq-hesabı – fantastik qiymətlərin səbəbi

Son günlər sosial şəbəkələrdə bir sıra restoran və kafelərin ödəniş qəbzlərinin paylaşılması ictimai qəzəbə səbəb olub. Hər kəsi heyrətə salan məbləğlər müzakirə mövzusuna çevrilib: iki nəfərlik adi bir yemək 124 manata, dörd nəfərlik sadə süfrə 600 manata, altı nəfərlik isə ziyafət isə 1300 manata başa gəlib. Bundan başqa, sadə suya onqat artıq qiymət yazılıb, maşınların parklanması üçün isə dünyanın heç bir ölkəsində rast gəlinməyən “xidmət haqqı” tutulub. Bəzi obyektlərdə menyuda göstərilməyən fantastik xidmət xərcləri də hesabın üzərinə əlavə edilir. İaşə sektorunda “kefimiz belə istəyir” devizi sanki qanuna çevrilib. İstehlakçı hüquqları…

Read More
Cəmiyyət 

DYP sərnişindaşıma fəaliyyəti göstərənlərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) avtonəqliyyat vasitələri ilə sərnişindaşıma fəaliyyəti göstərən şəxslərə və əhaliyə müraciət edib. Bu barədə Musavat.com-a BDYPİ-dən məlumat verilib. Bildirilib ki, yay fəsli ilə əlaqədar paytaxt və bölgələr üzrə sərnişindaşıma fəaliyyətində artım müşahidə edilir: “Lakin bu sahədə müəyyən olunmuş qaydaların pozulması bəzən ağır yol-nəqliyyat hadisələri ilə nəticələnir. Baş Dövlət Yol Polisi İdərəsi bir daha sərnişindaşıma fəaliyyət göstərən fiziki və hüquqi şəxslərə müraciət edərək onlara daşımaların mümkün qədər sutkanın gündüz vaxtı və yalnız müasir standartlara cavab verən iritutumlu avtobuslarla həyata keçirməyi, uzaq marşurutlar üzrə avtobuslara iki sürücü təhkim…

Read More
Cəmiyyət 

Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv edilir

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, avqustun 7-də Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir. Bu barədə Musavat.com-a “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib. Məlumata əsasən, saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur. Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

Read More
Cəmiyyət 

Allaha deyil, falçıya üz tutanlar belə “yanır”

Sosial mediada baxıcılıq, cadugərlik və falçılıqla məşğul olan şəxslərin sayı getdikcə artır. İnsanları “enerji təmizləmə”, “dualarla bağlanma”, “cadunu pozma” kimi müxtəlif adlarla təsirləri altına salan bu şəxslər, həyatlarla oynayır, yalan məlumatlar yayır və bəzən ciddi bədbəxt hadisələrə səbəb olurlar. Onların təqdim etdiyi “xidmətlər” müxtəlif qiymətlərlə təklif edilir, bu da birbaşa insanların cibinə girilməsi deməkdir. Hətta həyatınızla bağlı məlumatları 10 manata deyən bu şəxslər, “cadunu təmizləmək” və ya “tilsim açmaq” üçün yüzlərlə manat tələb edirlər. Bəs bu fəaliyyətlər din baxımından nə dərəcədə doğrudur? Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Musavat.com-a açıqlama verib.…

Read More