Cəmiyyət 

Qarpızı çox yemək hansı təhlükələrə səbəb ola bilər?

Böyük Britaniyadan olan mütəxəssislər xəbərdarlıq edirlər ki, qarpızın həddindən artıq qəbulu migren və allergiya ilə nəticələnə bilər. BAKU.WS xəbər verir ki, bu barədə La Razon nəşri məlumat yayıb. Həkimlərin sözlərinə görə, qarpız tərkibində çətin mənimsənilən karbohidratlar ehtiva edir ki, bu da həzm pozğunluqlarına səbəb ola bilər. Bundan əlavə, bəzi insanlarda – xüsusilə də migrenə meyilli şəxslərdə – qarpız migren tutmalarını tətikləyə bilər. Əvvəlki tədqiqatlar göstərib ki, qarpız qəbulundan sonra – istər migrenli, istərsə də migrensiz insanlarda – qan serumunda nitritlərin səviyyəsi artır. Nitritlər azot turşusunun qeyri-üzvi duzlarıdır və orqanizmdə müxtəlif hüceyrəvi…

Read More
Cəmiyyət 

Günvurma 1-2 saat ərzində ölümə səbəb ola bilər – AÇIQLAMA

Yay aylarında temperaturun kəskin artması ilə birlikdə bədənimizin termorequlyasiya sistemi də ciddi sınağa çəkilir. Çoxları üçün günəşli hava istirahət anlamı daşısa da, bəzi hallarda bu isti dalğaları insan orqanizmi üçün ölümcül nəticələr doğura bilər. Həddindən artıq istilik nəticəsində baş verən günvurma (heat stroke), ilk baxışda sadə görünən amma əslində çoxsistemli orqan çatışmazlığına səbəb ola biləcək ciddi bir tibbi fövqəladə haldır. Qeyd edək ki, TƏBİB ötən ay Bakıda 53 nəfərin günvurma diaqnozu ilə müraciət etdiyini açıqlayıb. Mövzu ilə bağlı terapevt Günay Musayeva Modern.az-a bildirib ki, günvurma zamanı bədənin istilik tənzimi pozulur…

Read More
Cəmiyyət 

Qarpızı yeyin, amma…

Qarpız yay aylarında həm dadlı, həm də sərinləşdirici meyvə olsa da, çox miqdarda qəbul edildikdə bəzi sağlamlıq risklərinə səbəb ola bilər. “İki sahil” aşağıda qarpızın həddindən artıq istifadəsinin potensial təhlükələrini sadalayır: Qan şəkərinin sürətlə yüksəlməsi Qarpızın qlikemik indeksi yüksəkdir (təxminən 72-80). Bu o deməkdir ki, çox miqdarda yeyildikdə qan şəkərini sürətlə qaldıra bilər. Xüsusilə diabet xəstələri və insulinə həssas olan şəxslər ehtiyatlı olmalıdır. Həddindən artıq su yükü (hiponatremiya riski) Qarpızın tərkibində 90-92% su var. Əgər çox yeyilərsə və bədən artıq suyu atmaqda çətinlik çəkərsə, elektrolit balansı pozula bilər. Bu, nadir hallarda…

Read More
Cəmiyyət 

Çimərliklərdə uşaqlar arasında infeksiya yayılıb? – Rəsmi

Sosial media resurslarında Abşeron Rayon Mərkəzi Xəstəxanasının Uşaq şöbəsində çimərliklərdən gətirilən azyaşlılarda bağırsaq infeksiyası hallarında artım müşahidə olunduğu və bir uşağın bu səbəbdən vəfat etdiyi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. ARANTV.AZ  xəbər verir ki, bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. “Sözügedən şöbəyə edilən müraciətlər epidemioloji xarakter daşımır, kütləvi yoluxma qeydə alınmayıb və hər hansı ağır klinik hal müşahidə olunmayıb. Məlumatı yayan şəxs isə xəstəxananın əməkdaşı deyil. Bir daha qeyd edək ki, yayılan məlumat tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır”, – məlumatda bildirilib. Qeyd edək ki, sosial…

Read More
Cəmiyyət 

Bakıda jurnalist çay qiymətinə etiraz etdi: “26 manat 40 qəpik – bu nə deməkdir?”

Bakıda fəaliyyət göstərən restoran və kafelərdəki qiymətlərlə bağlı sosial şəbəkələrdə müzakirələr səngimək bilmir. Bu dəfə qiymətlərdən narazı olanlardan biri də tanınmış jurnalist Aida Eyvazlı olub. O, iyul ayının 22-də Bulvarda yerləşən “Mirvari” kafesində qarşılaşdığı vəziyyətlə sosial media hesabında etiraz edib. A. Eyvazlı bildirib ki, axşam saat 22 radələrində rəfiqəsi ilə kafedə sadəcə çay içiblər: “2 çaynik çay, bir balaca qabda qarpız mürəbbəsi… Hesabı istəyəndə 26 manat 40 qəpik borclu olduğumuzu söylədilər. Türkiyədə yaşayan rəfiqəm də məəttəl qaldı”. Jurnalist çayın qiymətini soruşduqda isə ona bildirilib ki, bir çaynik 9 manatdır. Çekdə…

Read More
Cəmiyyət 

Azərbaycanın daha bir rayonunda ehsan ləğv edildi

Bərdədə yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Teleqraf-a açıqlamasında Bərdənin axundu Hacı Ramazan Hüseynov bildirib. Onun sözlərinə görə, artıq Bərdə rayonunda yas mərasimlərində sadəcə çay süfrəsi təşkil olunur. “Çay süfrəsində çay, limon, xurma verilir. Bu gün şəhid qardaşının mərasimi oldu və ehsan verilmədi”, – axund əlavə edib. Xatırladaq ki, daha öncə Sabirabad, Saatlı, Samux, Biləsuvar, Quba, Kürdəmir, Şamaxı, Balakən rayonları və Naxçıvanın Mahmudkənd kəndində yas mərasimlərində ehsan verilməsi dayandırılıb.

Read More
Cəmiyyət 

Bakıda qotur küçə itləri çoxalır – Hər il 425 min manat hara xərclənir?FOTO

Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti Bakı küçələrində dolaşan sahibsiz itlər üçün 425 min 685 manat vəsait ayırıb. Tenderin qalibi “Fəza-F” MMC olub. Şirkətdən küçə itlərinə 150 ton quru yem alınacağı açıqlanıb. Amma bu məbləğ və miqyasda görülən işin yalnız qida ilə məhdudlaşması suallar doğurur. Küçə itlərinin təkcə ac qalmaması kifayət etmir, onların ciddi sağlamlıq problemləri də var. Ən çox yayılan xəstəliklərdən biri isə qoturluqdur. Bu gün küçələrdə bədənləri tüksüz, yaralarla dolu, qaşıntıdan və ağrıdan gəzə bilməyən, bəzən isə insanlara qarşı aqressivləşən itlər şəhər mənzərəsinin bir parçasına çevrilib. Onların nə müalicə aldığı,…

Read More
Cəmiyyət 

Hərbi Prokurorluqda yeni təyinat olub

Hərbi Prokurorluqda yeni təyinat olub. Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, ədliyyə polkovniki Ələsgərov Aydın Abdulla oğlu Hərbi Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili şöbəsinin rəisi vəzifəsinə təyin edilib. Qeyd edək ki, artıq bir müddətdir Hərbi Prokurorluqda islahatlar uğurla davam etdirilir.

Read More
Cəmiyyət 

Bu meyvə UCUZLAŞACAQ – SƏBƏB

Avqust ayında Quba rayonunda baş verən güclü külək bir çox meyvə bağlarında məhsulun məhv olmasına səbəb olub. Fermerlərin sözlərinə görə, küləyin təsirindən məhsulun böyük hissəsi yerə tökülüb və yararsız hala düşüb: “Armud bağımda məhsulun 70-80 faizi yerə tökülüb. Dərman aldığımız firmalara borcumuz var, bu qədər az məhsulla həmin borcları ödəyə bilməyəcəyik. Hər il bir hektardan 20-25 min manat gəlir əldə edirdik, bu il isə maksimum 2-3 min manat götürəcəyik”, – deyə fermerlərdən biri bildirib. Fermerlərin dediyinə görə, bağlarını sığortalaya bilməyiblər, çünki bunun üçün maddi imkanları yoxdur. “Belə güclü külək nadir…

Read More