Cəmiyyət 

Bunları yeyənlər daha cazibədar olurlar

Gündə beş dəfə meyvə və tərəvəz yemək sizi təkcə sağlam və arıq saxlamayacaq. Tərəvəz və meyvə yeyənlərin sevgi həyatı da daha yaxşı olur. Çünki bunları yemək parıltılı, gülərüz bir simaya sahib olmağınıza kömək edir. Beləcə daha cəlbedici görünürsünüz. Gün ərzində beş dəfə tərkibində tərəvəzlər olan salat və ya meyvə yeməyiniz məsləhətdir. Kembric Universitetinin mütəxəssisləri 20 qadın və kişi arasında sınaq keçirib. Onlar iştirakçıların fotolarını çəkərək hansının daha cəlbedici göründüyünü araşdırıblar. Çox meyvə və tərəvəz yeyən insanların daha parıltılı simaya sahib olduqlarını sübut ediblər. Əsasən də kök və ya digər sarı,…

Read More
Cəmiyyət 

Yaradıcı ziyalılardan dissidentlik ummaq adəti – çoxluq isə susur, başını qoruyur

Yeniyetmə vaxtı Azərbaycan yazıçılarının əsərlərini oxuyanda düşünürdüm ki, bu əsərlərin müəlliflərinin özləri çox ideal, dürüst, vicdanlı, xeyirxah, mərhəmətli, kristal adamlardır. Bir halda ki, onlar həmişə mənəvi paklıqdan, ülviyyətdən, saflıqdan yazırlar, deməli, özləri də başqa cür ola bilməzlər. Sonradan bu fikirdə müəyyən korrektələr oldu. Zaman gəldi, bu camiəyə daxil olan insanlarla tanışlıq, ünsiyyət belə bir qənaəti möhkəmləndirdi ki, cəmiyyətin fərdləri necədirsə, yazıçı və şairlərimiz də elədir. Onlar da çörək yeyirlər; yaşayış uğrunda mübarizə aparırlar; ailə-uşaqları, məişət qayğıları var; şöhrət və pul qazanmaq istəyirlər, bir-birilə intriqa aparırlar və s. Başqa sözlə, cəmiyyətin…

Read More
Cəmiyyət 

Bakı küçələrində ölüm “lyuk”ları – FOTOLAR

Bakının mərkəzi küçələrində, xüsusilə də “Neftçilər” metrostansiyasının çıxışında yerləşən piyadaların sıx hərəkət etdiyi ərazidə təhlükəli vəziyyət müşahidə olunur. Elektrik xətlərini örtən plastik qapaqlar sınıb, naqillər açıq havada qalıb. Kənar hissələrində olan döşəmə çökür. Bu, həm birbaşa naqillər ilə təmas riskini artırır, həm də qaranlıqda piyadaların yıxılıb zədə alması ehtimalını yüksəldir. Həmin ərazilərdə dərəyə yıxılmaq təhlükəsi də ciddi narahatlıq doğurur. Məsələ ilə bağlı memar, professor Cahid Həsənov Musavat.com-a açıqlamasında bildirib ki, paytaxt ərazisində bu cür “lyuk” adlandırılan texniki qapaqlar əvvəllər yol kənarlarında və ya hündür hissələrdə yerləşdirilirdi. Lakin son dövrlərdə, görünür, büdcəyə…

Read More
Cəmiyyət 

İlk 6 ayda diplomu tanınmayan şəxslərin sayı açıqlandı

Bu ilin ilk 6 ayı ərzində diplom təsdiqi üçün 2755 müraciət qeydə alınıb. Bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib. Bildirilib ki, həmin müraciətçilərin 2357-si barədə müsbət qərar verilərək, onlara müvafiq şəhadətnamələr təqdim edilib. “İlk 6 ayda 398 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlər Rusiya Federasiyası, Ukrayna, Gürcüstan və Türkiyə Respublikasının payına düşür”, – deyə məlumatda qeyd edilib.

Read More
Cəmiyyət 

Qanunsuz pensiya alanların NƏZƏRİNƏ: İndiyə qədər aldığınız təqaüdlər…

Türkiyədə Sosial Müdafiə Təşkilatı saxta sığorta yolu ilə qanunsuz şəkildə pensiya alanlarla bağlı araşdırmaları gücləndirib. Son iki ildə aparılan yoxlamalar nəticəsində 2023-cü ildə 89 min, 2024-cü ildə isə 100 minə yaxın şəxsin sığortası ləğv olunub. Bəs, Azərbaycanda da bu cür hallar aşkarlanarsa, artıq ödənilmiş pensiya vəsaiti geri tələb oluna bilərmi? Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli konkret.az-a açıqlamasında bildirib ki, ölkə qanunvericiliyi bu məsələyə açıq şəkildə aydınlıq gətirir. “Əgər düzgün hesablanmayan, saxta sənədlərlə və ya hüquqi əsas olmadan təyin olunmuş pensiya aşkarlanarsa, ödənilmiş məbləğ son qəpiyinə qədər geri alınır. Bu,…

Read More
Cəmiyyət 

Bu ərazilərdə İŞIQ OLMAYACAQ

Xəzər rayonunun Şüvəlan qəsəbəsinin bəzi hissələrində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq. Bu barədə Musavat.com-a “Azərişıq” ASC-dən məlumat verilib. Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən Şüvəlan qəsəbəsində 6 avqust tarixində yenidənqurma işləri həyata keçiriləcək. Bununla əlaqədar olaraq saat 08:00-dan 15:00-dək qəsəbənin Hacı Mövlan bağları yaşayış massivi, Hacı Aslan Aslanov küçəsi, Suçular məhəlləsi, İbo marketin ətrafı, Güney Azərbaycan küçəsinin bir hissəsi, Şüvəlan 16, Çöl Şüvəlan-Mərdəkan 53 adlanan ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin…

Read More
Cəmiyyət 

Vüsal Aslanov Nəbi Məmmədovu yüksək vəzifəyə təyin etdi

“Bakı Metropoliteni”nin “Bakımetrolayihə” İnstitutuna yeni rəhbər təyin edilib. Manset.az-ın əldə etdiyi məlumata görə, “Bakı Metropoliteni”nin sədri Vüsal Aslanovun müvafiq əmri ilə Nəbi Yusif oğlu Məmmədov “Bakımetrolayihə” İnstitutunun rəisi vəzifəsinə təyin olunub. 1987-ci il təvəllüdlü N.Məmmədov memarlıq üzrə fəlsəfə doktorudur. Qeyd edək ki, Nəbi Məmmədov son təyinatadək SOCAR-da bir sıra məsul vəzifələrdə çalışıb.

Read More
Cəmiyyət 

Azərbaycanda zəhərlənən 118 nəfərdən 3-ü öldü

İyul ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbi ilə 118 nəfər qəbul edilib. KTM-dən Musavat.com-a bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 39 nəfər dərmandan, 47-si sirkə turşusundan, 4-ü həlledici məhluldan zəhərlənən şəxslərdir. Həmçinin 20 nəfər ilan sancması, 3 nəfər allergik reaksiya, 3 nəfər botulizm, 2 nəfər göbələk zəhərlənməsi səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 3-ü (1 nəfər qadın cinsli, 2 nəfər kişi cinsli) dünyasını dəyişib. Ölüm halları sirkə turşusu və dərman zəhərlənmələrindən qeydə alınıb.

Read More
Cəmiyyət 

Zorakılıq normal həyat tərzinə çevrilir

Yeni nəsli kim qoruyacaq? Son illər Azərbaycanda, eləcə də ümumilikdə regionda müşahidə olunan sosial-psixoloji gərginlik və aqressiyanın artması artıq tək-tək hadisələrlə deyil, ardıcıl statistik və sosioloji müşahidələrlə də təsdiqlənir. Gənclər və yeniyetmələr arasında cinayət hadisələrinin artması, ailədaxili zorakılıq, emosional qeyri-sabitliyin yayılması cəmiyyətdə narahatlıq doğuran başlıca trendlərdəndir. Son aylarda medianı izlədikdə hər gün azı bir xəbərdə yeniyetmə və ya gəncin ailə üzvünü qətlə yetirməsi, ya da həmyaşıdına qarşı fiziki zor tətbiq etməsi kimi hadisələrlə rastlaşırıq. Bu xəbərlər yalnız kriminal statistikaya daxil olmur, eyni zamanda cəmiyyətin psixoloji portretinin dəyişməkdə olduğunu da göstərir.…

Read More