Cəmiyyət 

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il fevralın 1-nə Azərbaycanın milli valyutası – manatın dövretmə sürəti 2,84 bənd təşkil edib. “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,36 bənd, ötən il fevralın 1-nə nisbətən isə 0,42 bənd azdır. AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Read More
Cəmiyyət 

Bakı üzərindən uçuşlar artdı: Beynəlxalq reyslər səmada tıxac yaratdı – Foto

İran ətrafında gərginliyin artması, ABŞ və İsrailin mümkün zərbələri ilə bağlı müzakirələrin intensivləşməsi fonunda Yaxın Şərqdə hava məkanı böhranı yaranıb. Bir sıra ölkələr təhlükəsizlik səbəbilə öz hava məkanlarını qismən və ya tam bağlamağa məcbur qalıb. Nəticədə beynəlxalq aviaşirkətlər marşrutlarını saatlar içində dəyişmək məcburiyyətində qalıb. Məhz bu şəraitdə Azərbaycanın hava məkanı ön plana çıxıb. Məlumatlara görə, regionda məhdudiyyətlərin artdığı bir vaxtda Azərbaycan üzərindən keçən marşrutlar əsas alternativ istiqamətə çevrilib. Əvvəllər fərqli trayektoriyalarla hərəkət edən onlarla beynəlxalq reys indi Azərbaycan üzərindən uçur. Musavat.com-un məlumatına görə “Flightradar24” platformasının xəritəsində də aydın görünür ki,…

Read More
Cəmiyyət 

Yeni işıqforlar sürücüləri cərimələyəcək?

Paytaxtın bir sıra küçə və prospektlərində artıq “ağıllı işıqfor” sistemi tətbiq olunmağa başlayıb. Süni intellekt texnologiyası ilə işləyən bu qurğular yol hərəkətinin real vaxt rejimində sıxlığını analiz edərək siqnalların müddətini avtomatik şəkildə tənzimləyir. Pilot layihə çərçivəsində ümumilikdə 8 yol qovşağında işıqforlar quraşdırılıb. Yeni sistem adi işıqforlardan fərqli olaraq, xüsusilə pik saatlarda və yol-nəqliyyat hadisələri zamanı avtomobillərin hərəkət intensivliyinə uyğun şəkildə iş rejimini dəyişir. Bununla da nəqliyyat axını daha səmərəli idarə olunur. Mütəxəssislər qeyd edirlər ki, nəqliyyatın az olduğu vaxtlarda yaşıl işığın müddətinin artırılması sürücülərin vaxt itkisini minimuma endirir. Beynəlxalq təcrübəyə…

Read More
Cəmiyyət 

“Təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik” – Jurnalistlərə XƏBƏRDARLIQ

Medianın İnkişaf Agentliyi media mənsublarına müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Yaxın Şərqdə davam edən hərbi əməliyyatlar fonunda media və sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək məlumat axını müşahidə olunmaqdadır. Dezinformasiya risklərinin yüksək olduğu bir vəziyyətdə bütün media subyektlərini yalnız rəsmi mənbələrin məlumatlarına istinad etməyə, informasiya manipulyasiyalarına yol verməməyə çağırırıq. Jurnalistləri və ictimai fəalları yalnız rəsmi məlumatları yaymağa və cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə səsləyirik”.

Read More
Cəmiyyət 

Oruc tutanda bədənin su balansını qoruyun

Ramazan ayında formada qalmaq və immunitet sistemini güclü saxlamaq istəyən insanlar yeib-içdiklərinə diqqət etməlidirlər. Axşam.az xəbər verir ki, sahurdan iftara qədər olan dövrdə bədən tarazlığını qorumalıdır. Burada ən önəmlisi sudur. Bəziləri səhər saatlarında oyanmaqda çətinlik çəkir. Sahuru buraxmaq olmaz. Kefir və ayran kimi probiotik qidalara, xüsusən də yeməklər arasında üstünlük verilməlidir, çünki onlar immunitet sisteminə müsbət təsir göstərir. Oruc zeytun və xurma kimi qidalarla açılmalı və iftarda (orucu açan yemək) həddindən artıq yağlı qidalar qəbul edilməməlidir. Yeməklər qızartmaq əvəzinə, qaynadılmış və ya sobada bişirilmiş olmalıdır. İftar və sahurda böyük porsiyalar əvəzinə, fasilələrlə kiçik…

Read More
Cəmiyyət 

Bakıda 10 manata satılır: Xəstəlik mənbəyidir — AÇIQLAMA

Marketlərdə 10–15 manata “Tefal” adı ilə satılan tavalar alıcıların diqqətini cəlb edir və geniş maraq doğurur. Qiymətin bu qədər ucuz olması isə məhsulun keyfiyyəti və sağlamlığa mümkün təsiri ilə bağlı suallar yaradır. Bildirilir ki, mətbəx qablarının materialı və örtüyü insan sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır və keyfiyyətsiz məhsullar risk yarada bilər.  Musavat.com bildirir ki, məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən qida eksperti Fərid Səfərov bildirib ki, marketlərdə 10–15 manata “Tefal” adı ilə satılan tavalar istehlakçılarda haqlı sual yaradır. “Çünki Tefal beynəlxalq və tanınmış markadır. Orijinal məhsulların istehsal xərcləri, keyfiyyətə nəzarət mərhələləri…

Read More
Cəmiyyət 

7 Azərbaycan vətəndaşı İrandan TƏXLİYƏ EDİLDİ

Yeddi Azərbaycan vətəndaşı İrandan təxliyə edilib. Musavat.com xəbər verir ki, ABŞ və İsrailin İrana zərbə endirməsi fonunda Azərbaycan vətəndaşlarının qonşu ölkədən təxliyəsi həyata keçirilib. Bu gün saat 08:00-dan 20:00-dək yeddi vətəndaşın Azərbaycana keçidi təmin olunub. Daha əvvəl Azərbaycanın Xarici işlər İşlər Nazirliyi İranda təhlükəsizlik vəziyyətinin gərginləşdiyini nəzərə alaraq vətəndaşları İrana səfər etməkdən çəkinməyə, hazırda İran ərazisində olan vətəndaşlara isə yerləşdikləri bölgədən asılı olaraq İranı Azərbaycan və ya Türkiyə ərazisindən tərk etməyə çağırıb. Xatırladaq ki, ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. Donald Tramp iranlı hərbçilərə…

Read More
Cəmiyyət 

Azərbaycanda qar yağacaq – Bu tarixdə

Bakıda və Abşeron yarımadasında fevralın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib Günün birinci yarısında bəzi yerlərdə intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-5° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın…

Read More