Cəmiyyət 

AZAL: Naxçıvan istiqaməti üzrə reyslər ştat rejimində həyata keçirilir

Naxçıvan istiqaməti üzrə planlaşdırılan reyslər ştat rejimində həyata keçirilir. Bu barədə Musavat.com-a “Azərbaycan Hava Yolları” QSC-dən bildirilib. Məlumata əsasən, AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər mümkün dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaq. Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər. Qeyd edək ki, Yaxın Şərqdə baş verən son hadisələr ilə bağlı hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL tərəfindən Dubay, Doha, Ciddə və Təl-Əviv istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılıb. Xatırladaq…

Read More
Cəmiyyət 

Kartla baha, nağd ucuz – Vətəndaş nə etməlidir?

Nağdsız ödənişlərin təşviqi məqsədilə POS-terminal istifadəsinin məcburi tətbiqi bazarda gözlənilməz nəticələr doğurub. Son dövrlər bəzi mağazalarda eyni məhsul üçün iki fərqli qiymət formalaşıb: nağd ödəniş üçün bir, kartla ödəniş üçün isə daha yüksək məbləğ. Artıq alıcılar tez-tez “kartla baha, nağd ucuz” dilemması ilə üz-üzə qalırlar. Məsələn, üzərində 100 manat yazılan məhsul nağd alındıqda həmin qiymətə satılır, lakin POS-terminal vasitəsilə ödəniş zamanı müştəridən 105 manat tələb olunur. Sahibkarlar kartla ödəyən müştərilərə endirim tətbiq etmir, bəzi hallarda isə açıq şəkildə əlavə haqq qoyurlar. Bu praktika isə faktiki olaraq vətəndaşları nağdsız ödənişdən çəkindirir,…

Read More
Cəmiyyət 

Dənizin delikatesi – Yerli istehsal yoxdur, ən çox bu ölkədən gətirilir

Keçən ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrdən ümumilikdə 0,74 ton həcmində hisə verilmiş və mişarvari krevetka idxal edib. Krevetka idxalı əsasən Farer adaları, Qrenlandiya və Yaponiyadan həyata keçirilib. Farer adalarından idxal olunan məhsulun 1 kiloqramı 7,5 dollar (12,75 manat) olub. Ən böyük idxal payı isə Qrenlandiyaya məxsusdur. Qrenlandiya mənşəli məhsulun 1 kiloqramı isə 7,91 dollar (13,45 manat) təşkil edib. Qeyd edək ki, Azərbaycanda krevetkalar pərakəndə satış şəbəkələrində əsasən dondurulmuş 500 qr-1 kq paketlər şəklində təqdim olunur. Marketlərdə bu məhsulun qiyməti 22,50 manatdan 34,50 manata qədər dəyişir. “Əlçatan delikates” kimi təqdim…

Read More
Cəmiyyət 

Xınalığa yarım metrdən çox qar yağıb

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Bəzi yerlərdə qar yağır. Qarın hündürlüyü Xınalıqda 34, Qrızda 31, Şahdağda 26, Xaltan, Qusarda 25, Əlibəydə (Zaqatala) 22, Yardımlıda 19, Kəlbəcər, Qubada 17, Lerik, Kişçayda (Şəki) 16, Masallıda 14, Laçın, Qubadlıda 12, Xızıda 10, İsmayıllıda 7, Qobustan, Oğuzda 6, Şuşa, Sarıbaşda (Qax) 5, Gədəbəy, Qəbələdə 3, Daşkəsəndə 1 sm-dir. Düşən yağıntının miqdarı Tərtərdə 37, Naftalanda 29, Balakən, Ağdamda 24, Şahbuz, Lənkəran, Astarada 15, Ağsu, Ordubad, Goranboyda 13, Bərdə, Zərdabda…

Read More
Cəmiyyət 

Qaxda avtomobil yolları qardan təmizlənir

Azərbaycanın şimal-qərb bölgəsi rayonlarında qeyri-sabit hava şəraiti hökm sürür. Havanın tempraturu xeyli aşağı düşüb. Fevralın 28-i gecə saatlarından başlayaraq bölgənin rayonlarına, o cümlədən Qax rayonunun ərazisinə qar yağır. “İki sahil” xəbər verir ki, yağan qarın təmizlənməsi üçün Qax Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlər həyata keçirilir. Eləcə də Avtomobil Yolları Dövlət Agentliyi rayonun respublika əhəmiyyətli Qorağan-Qax-Zaqatala avtomobil yolunda, eləcə də yerli əhəmiyyətli avtomobil yollarında nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunması üçün zəruri tədbirlər görülür, avtomobil yolları texnikanın köməyi ilə qardan təmizlənir. Eyni zamanda, rayonun Kommunal Müəssisələri Kombinatının əməkdaşları tərəfindən Qax şəhərinin küçələri,…

Read More
Cəmiyyət 

Təl-Əvivə uçan təyyarə də Bakıya geri qayıtdı

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-021 nömrəli Bakı-Təl-Əviv reysi İsrail hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına 12:24-də uğurla eniş edib. Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətinin məlumatında bildirilib. AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətlə əlaqə saxlaya bilərlər.

Read More
Cəmiyyət 

Sürücülərin nəzərinə!

Bu gün dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, bu gün ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Read More
Cəmiyyət 

Şamaxıya baş memar təyin edildi

Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub. Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb. Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub. R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.

Read More
Cəmiyyət 

İran hava məkanı bağlı olduğu üçün Bakıya eniş etdilər – AZAL-dan RƏSMİ AÇIQLAMA

Azərbaycan Hava Yolları aviaşirkətinin J2-011 nömrəli Bakı-Dubay və J2-1091 nömrəli Bakı-Ciddə reysləri İran hava məkanının bağlı olması səbəbindən Bakıya geri qayıdıb. Musavat.com xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” məlumat yayıb. Bildirilib ki, Bakı-Dubay reysi Heydər Əliyev Beynəlxalq Aeroportuna 10:47-də uğurla eniş edib. Ciddə reysinin Bakı hava limanına yaxın zamanda enişi gözlənilir. AZAL Yaxın Şərqdəki mövcud vəziyyəti diqqətlə izləməyə davam edir və uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün bütün lazımi tədbirləri görür. Sərnişinlər uçuş cədvəlindəki dəyişikliklər barədə operativ şəkildə məlumatlandırılacaqlar. Əlavə məlumat əldə etmək üçün sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə…

Read More