Cəmiyyət 

Şamaxıya baş memar təyin edildi

Şamaxı Rayon İcra Hakimiyyətində yeni kadr təyinatı olub.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov Əmr imzalayıb.

Əmrə əsasən, Rəvan Əlizadə qurumun Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini, Memarlıq-tikinti məsələləri sektorunun müdiri – şəhərin baş memarı vəzifəsinə təyin olunub.

R.Əlizadə artıq vəzifəsinin icrasına başlayıb.

Daha çox xəbərlər