Cəmiyyət 

Şuşaya qar yağıb – FOTO

Ölkədə müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra bölgələrdə qar yağıb. Şuşada müşahidə edilən qarlı hava şəraiti ilə əlaqədar yol hərəkətinin təhlükəsizliyinin təmin olunması və mümkün fəsadların qarşısının alınması məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejiminə cəlb olunublar. Şəhər ərazisində patrul xidmətləri artırılıb, avtomobil yollarında nəzarət tədbirləri gücləndirilib. Eyni zamanda aidiyyəti qurumların texnikası əraziyə cəlb olunaraq yolların qardan təmizlənməsi və buzlaşmanın qarşısının alınması istiqamətində tədbirlər görülür.//Milli.Az

Read More
Cəmiyyət 

İlin ilk Ay tutulması bu tarixdə olacaq

Martın 3-də ilin ilk Ay tutulması baş verəcək. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Musavat.com-a verilən məlumata görə, bu, tam Ay tutulması olacaq. Qeyd olunub ki, Yer kürəsinin kölgəsi Ayı tam örtəcək və Ay səmada qırmızımtıl rəngə boyanacaq. Bu hadisə “qanlı Ay” effekti ilə müşayiət olunur. Bunun səbəbi Yer atmosferinin Günəş işığını süzərək qırmızı-narıncı şüaların Ay səthinə çatmasıdır. Əslində Yerin kölgəsi iki hissədən ibarətdir: yarımkölgə və kölgə. Ay yarımkölgəyə daxil olanda yarımkölgəli Ay tutulması başlayır, onu adi gözlə hiss etmək çox çətindir. Ay Yerin kölgəsinə daxil olduqda isə adi…

Read More
Cəmiyyət 

İki manata geyim almaq olarmı? – Əməkdaşımız görün nələr tapdı…

Azad İstehlakçılar Birliyinin sədrindən məsləhət: “Kəskin kimyəvi iy varsa…” Paytaxtda insanların ən gur olduğu ünvanlarından birindəyik-“8-ci kilometr bazarı”nda… Səhərin erkən saatlarından burada həyat qaynamağa başlayır. Dar keçidlərdə çiyin-çiyinə addımlayan insanlar, piştaxtalardan gələn səslər, satıcıların müştəri çağırışları… Bazar Bakının nəbzinin ən aydın hiss olunduğu yerlərdən biridir. Əksər paytaxt sakinləri üçün “8-ci kilometr bazarı” ilk növbədə münasib qiymət deməkdir. Xüsusilə ərzaq alış-verişi üçün üz tutulan əsas məkanlardan biridir. Burada həm məhsul bolluğu var, həm də qiymətlər supermarketlərlə müqayisədə daha əlçatandır. Elə buna görə də, demək olar ki, yolu bu bazardan düşməyən az-az…

Read More
Cəmiyyət 

Azərbaycanda turizmlə bağlı son dəqiqə açıqlamaları

Bu gün Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda dinləmələr keçirilib. Musavat.com-un məlumatına görə, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev çıxış edib. Bildirib ki, Azərbaycanda hazırda turizm sektorunda 80 minə yaxın adam çalışır: “Hesablamalar göstərir ki, turizmin inkişafı yaxın illərdə 450 mindən çox iş yerinin açılmasını dəstəkləyə bilər”. Musa Quliyev bildirib ki, turizm 50-dən çox sahəni birləşdirir. Onun sözlərinə görə, bu sektor inkişaf etdikcə dövlətin gəlirləri və məşğulluq artır, kiçik və orta biznes genişlənir, regionlar dirçəlir: “Etiraf edək…

Read More
Cəmiyyət 

Yazın ilk ayında havalar necə OLACAQ? – PROQNOZ

Bu ilin mart ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 3°dərəcəyədək şaxta, gündüzlər 8-13 dərəcə isti, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir.…

Read More
Cəmiyyət 

Növbə problemi yenidən gündəmdə – Tibbi xidmətin SAĞALMAZ “yarası”

Son illər dövlət tibb müəssisələrində növbə problemi yenidən ictimai müzakirə mövzusuna çevrilib. Xüsusilə icbari tibbi sığorta çərçivəsində müraciətlərin artması poliklinika və xəstəxanalarda sıxlığı daha da artırıb. Səhər saatlarından etibarən qeydiyyat şöbələrinin qarşısında insanların toplaşması, xəstələrin günlərlə analiz və ya müayinə vaxtı gözləməsi, MRT və digər diaqnostik xidmətlər üçün həftələrlə növbə gözləntisi artıq adi mənzərəyə çevrilib. Musavat.com xəbər verir ki, problem xüsusilə rayonlardan paytaxta üz tutanlar üçün daha ağrılıdır. Bölgələrdə ixtisaslaşmış həkim və avadanlıq çatışmazlığı səbəbindən Bakıya gələn xəstələr həm uzun növbə ilə qarşılaşdıqlarını, həm də qalmağa yer tapmaqda çətinlik çəkdiklərini deyirlər.…

Read More
Cəmiyyət 

Xocavənd kəndinə bu il daha 130 ailənin köçürülməsi planlaşdırılır

Xocavənd rayonuna media-tur təşkil olunub. “İki sahil” xəbər verir ki, media nümayəndələri ilk olaraq Xocavənd rayonunun Xocavənd kəndində olublar. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli kənddə görülmüş bərpa-quruculuq işləri bağlı məlumat verib. Bildirib ki, Xocavənd rayonunun Xocavənd kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin antiterror tədbirləri nəticəsində işğaldan azad edilib. Burada ümumilikdə 278 fərdi ev var. Onlardan 128-i yararsız, 150-si isə qismən yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il daha 130 evdə təmir işləri aparılacaq. Bu ilin fevralında Xocavənd…

Read More
Cəmiyyət 

Cürdəkdən mey içən, taksidən düşüb qaçan – ictimai ikitirəliklər

Bir himə bəndik ki, iki tirəyə ayrılaq və sözün çürüyü çıxana qədər mübahisə edək. Söz gövşəmək işində də region lideri olarıq, əl-əlbət. O gün AMEA-nın iclasında mürgüləyən alimlərə görə ikiyə bölünmüşdük. “Yatdılar”, “yuxuladılar” lağlağısı ərşə-gürşə dirənmişdi. Halbuki söhbət yüngülvarı, 1-2 dəqiqəlik mürgüləməkdən gedə bilərdi. Yatmaq başqa şeydir. Yaşlı adamlara hörmət etmək lazımdır. Biz o yaşa çatanda… (bu yerdə müəllif baxır ki, artıq o yaşa çatmaq üzrədir, ona görə də cümləni tamamlamır). O vaxt, yəni 40-50 il əvvəl İslam Rzayev əbəs yerə oxumurdu ki, “biz sizə minnətdarıq, qocalar, ay qocalar”. İndi…

Read More
Cəmiyyət 

ATV-dən şok qərar – Zaurun da verilişi bağlandı

Azərbaycanın televiziya məkanında reytinqli verilişlərin ard-arda bağlanması ilə bağlı gərginlik davam edir. Elgiz Əkbər və Tolikin proqramlarından sonra, ATV-də yayımlanan və Zaur Nəbioğlunun təqdim etdiyi “Rəngarəng” verilişinin də yayımı dayandırılıb. Hazırda kanalın efirində proqramın yeni buraxılışı deyil, film nümayiş olunmaqdadır.(milli.az)

Read More
Cəmiyyət 

Yaşı 60-dan çox olanların NƏZƏRİNƏ

Əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin siyahısının genişləndirilməsi təklif edilir. Bu, İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində öz əksini tapıb. Sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Qeyd edilib ki, 60 yaşdan yuxarı olan şəxslərin əmək müqaviləsinə xitam verilməsinin qadağan olunması təklif edilir. Hazırkı qanunvericiliyə görə, işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi iş yeri olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin əmək müqaviləsinə xitam verilməsi…

Read More