Cəmiyyət 

Efiopiyannın Baş naziri Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Fevralın 27-də Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. “İki sahil” xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb. Həmçinin görkəmli dövlət və ictimai xadim Əziz Əliyevin və istedadlı həkim Tamerlan Əliyevin məzarları ziyarət olunub və məzarların önünə gül dəstələri qoyulub.

Read More
Cəmiyyət 

“Kosa” və “keçəl” “soyğunu” -REPORTAJFOTO

Azərbaycanda yazın gəlişi təkcə təbiətin oyanışı deyil, həm də bazarların canlanması deməkdir. Hər il Novruz yaxınlaşdıqca eyni mənzərə təkrarlanır: çərəz piştaxtaları bəzənir, alıcıların sayı artır, qiymətlər isə sanki “qanad açır”. Artıq illərdir formalaşmış ənənə var – bayram gəlirsə, məhsullar bahalaşmalıdır. Onsuz da əvvəlcədən bahalaşan ərzaq məhsulları bayram ərəfəsində bir qədər də “təpəyə çıxır”. Satıcıların dili ilə desək, “optovoy” bahadır. Alıcıların dili ilə desək, “cib yanır”. Novruz süfrəsi azərbaycanlı üçün sadəcə yemək masası deyil, milli qürur, adət-ənənə məsələsidir. Ən kasıb ailə belə çalışır ki, xonçası boş qalmasın. Tələbat artır, qiymət də…

Read More
Cəmiyyət 

“Razı olarsınızmı boynunuzu qucaqlayıb, üzünüzdən öpüm?”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri bu gün Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, Prezident İlham Əliyev Memorialın önünə əklil qoyub sonra çıxış edib. Ardınca Xocalı sakinləri hisslərini bölüşüblər: Qadın sakin: Bizə bu sevinci yaşatdınız, qürur duyuruq Sizinlə. Cənab Prezident, razı olarsınızmı Sizin boynunuzu qucaqlayıb, üzünüzdən öpüm. Ona görə ki, 2011-ci ildə Siz mənim evimdə çıxış etmisiniz. Siz orada mənə söz verdiniz ki, vaxt gələcək torpaqlarımız alınacaq, sizə bundan da gözəl evlər tikiləcək. Şükür, Allah Sizi qorusun. Allah sənin…

Read More
Cəmiyyət 

Leyla Əliyeva qızı ilə Rəvan Əzizovun evində

Leyla Əliyeva qızı Əminə ilə Sumqayıtda II Qarabağ Müharibəsi iştirakçısı Rəvan Əzizova baş çəkib. “İki sahil” xəbər verir ki, bu barədə o, instaqram səhifəsində paylaşım edib. Qeyd edək ki, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edən qazimiz Murovdağda mərmi partlayışı nəticəsində yaralanıb. Xatırladaq ki, Mehriban xanım Əliyevanın tapşırığı ilə onun müayinə, müalicə və reabilitasiyası Heydər Əliyev Fondu tərəfindən qarşılanıb.

Read More
Cəmiyyət 

AMEA-nın alimləri nə qədər maaş alır? – MƏBLƏĞ

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Azərbaycan elmində əldə olunmuş yeniliklərin müzakirə edildiyi toplantıda AMEA Rəyasət Heyətinin üzvləri, elmi müəssisə rəhbərləri və müxtəlif dövlət qurumlarının rəsmiləri iştirak ediblər. Toplantıda illik hesabat çıxışları səsləndirilib, ötən ilin elmi nəticələri və qarşıya qoyulan digər məsələlər diqqətə çatdırılıb. Elmi mövzuların müzakirə edildiyi tədbirdə aralarında alimlərin yer aldığı bəzi iştirakçıların mürgülədiyi müşahidə olunub. Bu da sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Alimləri tənqid edən, hətta onlara lağ edənlərlə yanaşı, elm adamlarına qahmar çıxan, onların tərəfini tutanlar da olub.…

Read More
Cəmiyyət 

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini andı – VİDEO

DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb. Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib. Abidənin önünə gül dəstələri qoyulub, soyqırımı zamanı həlak olanların əziz xatirəsi dərin ehtiramla yad edilib.  

Read More
Cəmiyyət 

“Sizi televizorda görəndə çox sevinirəm” – Video

Ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı rayonunun Xanabad kəndinə etdikləri səfər çərçivəsində kənd sakini Əmrah Sahiblinin evində olublar. Axşam.az-ın məlumatına görə, dövlət başçısı ilə Sahibli ailəsinin kiçik üzvü arasında maraqlı dialoq yaşanıb. Belə ki, azyaşlı qız Prezidentə “Mən sizi televizorda görəndə çox sevinirəm” deyib. Onun bu sözləri İlham Əliyev və ailə üzvləri tərəfindən gülüşlə qarşılanıb.

Read More
Cəmiyyət 

Ramiz Əzizbəylinin xanımı vəfat etdi

Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli vəfat edib. Musavat.com Baku.ws-ə istinadən xəbər verir ki, Zümrüd Əzizbəyli bir ay komada qaldıqdan sonra dünyasını dəyişib. Bu barədə sayta R.Əzizbəylinin qardaşı gəlini Nərmin Əzizbəyli bildirib. O qeyd edib ki, Z.Əzizbəyli uzunsürən xəstəlikdən sonra ötən gün həyatını itirib. Xatırladaq ki, Ramiz Əzizbəyli 2021-ci ildə uzunsürən xəstəlikdən sonra vəfat edib.

Read More
Cəmiyyət 

Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət etdiFOTO

İnsanlıq əleyhinə ən qanlı cinayətlərdən olan Xocalı soyqırımının 34-cü ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin kollektivi, aparıcı mədəniyyət ocaqlarının rəhbərləri və tanınmış mədəniyyət xadimləri fevralın 26-da Bakıda Xocalı soyqırımı abidəsini ziyarət ediblər. Musavat.com xəbər verir ki, abidənin önünə tər çiçəklər düzülüb, faciə qurbanlarının xatirəsinə ehtiram ifadə olunub. Xatırladaq ki, 1992-ci il fevralın 26-na keçən gecə erməni silahlı dəstələri Xocalı şəhərini yerlə yeksan edib, dinc əhaliyə qarşı soyqırımı həyata keçiriblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər həlak olub. 1275 dinc sakin əsir götürülüb, 150 nəfərin taleyi isə hələ…

Read More
Cəmiyyət 

Bakıda taksi sürücüsü qadın müştərini biabır etdi — FOTOLAR

Sosial şəbəkələrdə yayılan video müzakirə doğurub. Görüntülərdə taksi sürücüsü və ondan qaçan qadın müştəri əks olunub. Bakıda taksi sürücüsü qadın müştərini rüsvay edib. Taksi sürücüsünün iddiasına görə Əhməd Rəcəbli ünvanından götürdüyü həmin müştəri gediş haqqını ödəməyərək maşından düşüb qaçıb. Taksi sürücüsü həmin anları lentə alıb, sonra da arxasından “özünə tiktokda baxarsan” deyib. Daha sonra görüntüləri sosial şəbəkədə paylaşıb.**Demokrat.az

Read More