Cəmiyyət 

Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanının evində – FOTOLAR

Fevralın 24-ü Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib. Musavat.com xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub. Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlət başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb. Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla…

Read More
Cəmiyyət 

Sabah bu yollar bağlanacaq – Sürücülərə XƏBƏRDARLIQ

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə Musavat.com-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir. Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək. “Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”,…

Read More
Cəmiyyət 

Bir ay davam edən orucluq zamanı ORQANİZMDƏ NƏLƏR BAŞ VERİR?

Milyonlarla Müsəlmanın oruc tutduğu Ramazan ayında bu ibadətin orqanizmə təsiri yenidən müzakirə mövzusuna çevrilib. Mütəxəssislər bildiriblər ki, 30 gün davam edən oruc rejimi bədəndə mərhələli şəkildə dəyişikliklər yaradır və xüsusilə ilk həftədən sonra adaptasiya prosesi daha aydın hiss olunur. İlk günlər ən çətin mərhələdir “BBC Türkçe”nin mövzu ilə bağlı məlumatına görə, insan orqanizmi son qidadan təxminən 8 saat sonra aclıq rejiminə keçdiyini “dərk edir”. Bu mərhələdə bağırsaqlar qəbul edilən qidaları tam həzm etdikdən sonra orqanizm öz enerji ehtiyacını ödəmək üçün qaraciyər və əzələlərdə toplanmış qlükozadan istifadə etməyə başlayır. Qlükoza ehtiyatı…

Read More
Cəmiyyət 

XOCALI SOYQIRIMINDAN 34 İL ÖTÜR

Xocalı soyqırımından 34 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarların Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Azərbaycan Respublikasının Prezidenti İlham…

Read More
Cəmiyyət 

Ağdam şəhərində ilk bayram tonqalı qalanıb

Ağdam şəhərində Su çərşənbəsi münasibətilə ilk bayram tonqalı qalanıb. “İki sahil” xəbər verir ki, tonqal ətrafında sakinlər bir araya gələrək bayram əhvali-ruhiyyəsini bölüşüblər. Uşaqlar tonqal üzərindən tullanaraq qədim inanclara uyğun şəkildə ilin ağırlıq və çətinliklərini arxada qoyublar. Qeyd edək ki, işğaldan azad edilən Ağdam şəhərində artıq ilin əvvəlindən etibarən sakinlərin məskunlaşdırılmasına başlanılıb. Hazırda Ağdam şəhər 2-ci yaşayış kompleksində 223 ailə, 821 sakin yaşayır.

Read More
Cəmiyyət 

Kəlbəcər şəhərində 33 il sonra çərşənbə tonqalı

Kəlbəcər şəhərinə yeni köçən sakinlər 33 ildən sonra ilk dəfə su çərşənbəsini doğma yurdlarında tonqallar qalamaqla qeyd ediblər. 33 ildən sonra azad və yenidən qurulan doğma Kəlbəcərdə çərşənbə tonqalının alovlanması illərin həsrətinə son qoyan müqəddəs bir anın rəmzidir. Bu tonqallar yalnız od deyil ümidin, qayıdışın, birliyin və yenidən doğulan həyatın işığıdır. Otuz üç il idi ki, bu alovlara həsrət qalmışdıq; bu gün isə o işıq doğma torpağımızda yenidən nur saçır.

Read More
Cəmiyyət 

Xankəndidə həyat — VİDEOREPORTAJ

Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr canlanır, insanlar evə tələsir. Amma elə şəhərlər var ki, orada axşam düşməsi təkcə günün bitməsi deyil, həm də həyatın qayıdışının simvoludur. Bu gün sizi Qarabağın ürəyinə – Xankəndiyə aparırıq. Axşam saatlarında bu şəhərdə həyat necə davam edir? Küçələrdə hansı səslər eşidilir? İnsanlar nə düşünür, nə hiss edir? Xankəndində canlanma da elə axşam saatlarından başlayır… Bu saatlarda burda olmaq, bu doğmalığı hiss eləmək tam başqa bir hissdir. Bu saatlarda işdən çıxanlar tələsmir, yavaş addımların hər birində günün zəhməti, alnın təri, bir də…

Read More
Cəmiyyət 

Pensiya alanlara NƏZƏRİNƏ: Mart ayında…

Novruz bayramı ilə əlaqədar mart ayı üzrə pensiyalar vaxtından əvvəl ödəniləcək. Musavat.com xəbər verir ki, pensiyaların martın 15-nə qədər tam ödənilməsi nəzərdə tutulub. Bununla bağlı müvafiq qurumlara göstəriş verilib. Novruz bayramı ilə əlaqədar mart ayının pensiyalarının nəzərdə tutulan qrafikdən daha əvvəl olmaqla, bayrama qədər ödənişinin həyata keçirilməsi üçün aidiyyəti işlər aparılır.

Read More
Cəmiyyət 

Ramazanda xurma istehlakının faydaları

Ramazan ayında oruc tutan şəxslərin qidalanmasında xurma mühüm yer tutur. “İki sahil” xəbər verir ki, Yüksək qidalılıq dəyərinə malik olan xurma orqanizmin enerji dəyərinin qorunmasına və uzun müddət toxluq hissinin saxlanmasına kömək edir. Bir ədəd quru xurma təxminən 20–28 kalori ehtiva edir və vitaminlər, minerallar, təbii meyvə şəkərləri, zülal, karbohidrat və liflə zəngindir. Tərkibində lifin miqdarının çox olmasına görə toxluq hissi yaranır ki, bu da uzun müddət aclığa qarşı orqanizmin müqavimətini artırır. Bununla yanaşı, xurma karbohidratlarla zəngin olduğundan həddindən artıq istehlak edildikdə qan şəkərinin yüksəlməsinə səbəb ola bilər. Şəkərli diabet və…

Read More
Cəmiyyət 

Əhaliyə ciddi xəbərdarlıq – Bu gün gün ərzində…

Fevralın 24-də Yer kürəsində G2 səviyyəli, yəni orta güclü maqnit fırtınası gözlənilir. Musavat.com xəbər verir ki, məlumata görə, hazırda planetimiz Günəşdə yaranmış tac dəliyindən çıxan yüksək sürətli günəş küləyi axınının təsiri altındadır. Bu axının sürəti təxminən 700 km/s-ə çatıb və son günlərdə zəif maqnit fırtınalarına səbəb olub. Mütəxəssislər prosesin bu gün müəyyən vaxtlarda güclənərək G2 səviyyəsinə yüksələ biləcəyini istisna etmirlər. Alimlərin bildirdiyinə görə, G2 maqnit fırtınaları Günəşdə baş verən partlayışlar və tac kütlələrinin atılması nəticəsində yaranır. Yüklü hissəciklər Yerin maqnitosferinə daxil olduqda geomaqnit aktivlik artır və bu da texniki sistemlərə, eləcə…

Read More